25.11.2013. Pirallahi *** Gözümü yolda qoyan, yari-vəfadar gələsən,
Verəsən səsimə səs, könlümə dildar gələsən.
Ürəyim sözlə dolu oxşayır hər sətirimi,
Dilimin ahı gəzir aləmi, bir yar gələsən.
Baxıram pəncərəmə, bağça-bağı qəm bürüyüb,
Sənə ürəkdən əziz min diləyim var gələsən.
Bu payız xəzanına çatmayır heç bir ağırı,
Əsir hicran küləyi, var başında qar gələsən.
Üzümə dərdi əsir sübh-səhərin yellərinin,
Ayrı bir gülüzlüyə olmayıb dildar, gələsən.
217 Сечмяляр (шеирляр)
Ayırıb tellərimi sinəmə bir tar elədim,
Çalıram Segahı mən, qalmışam ögar, gələsən.
Vurma gəl Şadimanın qəlbinə hicran yarası,
Eləyir dərdin özü çəkdiyimə ar, gələsən.