Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə178/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   174   175   176   177   178   179   180   181   ...   282
 08. 05. 2006
 *** 
Gərək insan özünü yaxşılığa sövq eləsin,
Etdiyi yaxşılığı, yaxşılığa zövq eləsin.
Verən o canı bizə, eşqə giriftar elədi, 
Olub eşqə şüada, hər işini fövq eləsin.
Tənə can verdi Xuda sirrini izhara görə, 
Ki, canı verdiyitək, almağı hər tövq eləsin.
Cəhi-cəlal əsiri olmağa tələsməyin heç,
Üzünü Həqqa tutub, haqqını çox rövq eləsin.
Şadimana, ver təbə öz eşqini bundan sonra,
Gətirib ruhu cana, aləmə min şövq eləsin.
 09. 05. 2006 


224
Ширин Ханым Кяримбяйли Шадиман
 *** 
Sözü düzgün, özü mərd ol bu cəsarətdə, oğul, 
Ağlını qoyma qala şərə əsarətdə, oğul. 
Yüz belə hökmü ola, şeytan elə şeytandır bil, 
Onun hiyləsinə bax, qalma ətalətdə, oğul. 
Ataya, anaya olsun can var ikən eşqin çox, 
Onların haqqını bil, bunca itaətdə, oğul. 
Vətən eşqini danıb, qürbətə etmə sevdanı, 
Babovun saldığı yurd Rəbbə əmanətdə, oğul.
Elimə, biliyə sal meylini, ol gözüaçıq,
Canı et ağla əta, haqqa zəmanətdə, oğul.
Elə sev, sevdiyinin sevdası olsun lap dürüst, 
El içində olasan bunca ədalətdə, oğul.
Şadiman hər yetəni mədh eləməz yaxşı tanı,
Baxma ki, ömrü keçir öylə zəlalətdə, oğul. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin