224
Ширин
Ханым Кяримбяйли Шадиман
***
Sözü düzgün, özü mərd ol bu cəsarətdə, oğul,
Ağlını qoyma qala şərə əsarətdə, oğul.
Yüz
belə hökmü ola, şeytan elə şeytandır bil,
Onun hiyləsinə bax, qalma ətalətdə, oğul.
Ataya, anaya
olsun can var ikən eşqin çox,
Onların haqqını bil, bunca itaətdə, oğul.
Vətən eşqini danıb, qürbətə etmə sevdanı,
Babovun saldığı yurd Rəbbə əmanətdə, oğul.
Elimə,
biliyə sal meylini, ol gözüaçıq,
Canı et ağla əta, haqqa zəmanətdə, oğul.
Elə sev, sevdiyinin sevdası
olsun lap dürüst,
El içində olasan bunca ədalətdə, oğul.
Şadiman hər yetəni mədh eləməz yaxşı tanı,
Baxma ki, ömrü keçir öylə zəlalətdə, oğul.
Dostları ilə paylaş: