221
Сечмяляр (шеирляр)
***
Vəfa qılma
bir kimsədən, vəfa candan doğmayırsa,
Sənə doğru gələn şəri, dost bildiyin boğmayırsa.
Ömür
nazik ipə bənzər, qırılmağın bir kəs bilməz,
Qəlbi
boşdan hikmət uyma, ağla hikmət yağmayırsa.
Can çırpınır bədənlərdə istədiyin bulmayanda,
Çox vaxt şimşək sarır yeri, bulud göyü sağmayırsa.
Qəlbi boşlar bilməyirlər,
pislik ömrə bir zillətdi,
Öz canına xəta edər şərin ipin yığmayırsa.
Zaman elə cəlladdır ki, verdiklərin alır səndən,
Çox qalxanlar enir yerə, nəfisini sığmayırsa.
Hamı
bidad edir candan, can tənhadır, dilək sonsuz,
Ömrə düşən vaxt darısqal, gələn özün sağ sayırsa…
Şadimandan
uman könlü, onun könlü şüşədədi,
Qırmaq qurmaqdan asanddı, nifrət cana sığmayırsa.
Dostları ilə paylaş: