|
Сечмяляр (шеирляр)
ƏCƏB BƏNÖVŞƏLƏR AÇIB TELLƏRİ
237
Сечмяляр (шеирляр)
ƏCƏB BƏNÖVŞƏLƏR AÇIB TELLƏRİ
Əcəb bənövşələr açıb telləri,
Çiçəklər baxışır ləçək içində.
Sanki ilahidən oxur dilləri,
Duyğular dirçəlir ürək içində.
Torpağın üstündə qurub çətirlər,
Aləmə yayılır zərif ətirlər,
Hər biri bülbültək sanki ötürlər,
Şəbnəmdən don geyib dilək içində.
Nazik vücudların yellər əsdirir,
Hicranın yolunu eşqlə kəsdirir,
Ürəyi qüssədən, qəmdən küsdürür,
Ağlı-huşu alır kələk içində.
Kolların dibinə düzülüb qalıb,
Hər biri yarpaqdan üzülüb qalıb,
Bənövşə ətəklər süzülüb qalıb,
İlahi, bağçamız mələk içində.
18.04.2012
|
|
|