244 ШиринХаным Кяримбяйли Шадиман
*** Zəngilan məzarları bürünüb dumanlara,
Zəhər yağır, qan yağır elsiz keçən anlara.
Quranı, yasini də unudulub ruhların,
Tanrı özü eşidir qəbirlərin ahların.
Güllələrin səsindən bağrı yarılan ruhlar,
Sizin də bəxtinizdə acı bir şəhidlik var.
Əsir düşüb əbədi dünyamız quduzlara,
Dərdinizi söyləyin Allaha, ulduzlara.
Deyin ki, məzarlara erməni divan tutur,
İnsan adı daşıyan insanlığı unudur.
*** Mələk donlu ruhlar da dolaraq bir yaz kimi,
Fəğanı ərşə bülənd rəbbə etiraz kimi,
Şimşək təki səmanın sinəsində çaxaraq,
Fəryadlarla dünyanın sinəsini sıxaraq,
Ağlayıb hönkür-hönkür məzarların önündə,
Yandırılmış yurdlara qoşulub qara gündə.
*** Vətəndə qaçqın olmuş əzizlərin haylayır,
Asitək obaların sinəsində vaylayır.
Zəngilana səsləyir qaçqın düşmüş elləri,
Çağırır ruha dönmüş min illik nəsilləri...