İştirak edirlər:
Sultan kişi-60 yaşında
Fatimə ana-52 yaşında
Azərtac-onların qızı16 yaşında
Günay-onların qızı 14 yaşında
Qorqud-oğlu 18 yaşında
Suzanna-erməni qadını 45 yaşında
Boris - onun əri 50 yaşında
Digər əskər və zabitlər, gözətçilər
İlahi səs
I-Cİ PƏRD. I-ci şəkil
1 mart 1992-ci il. Bir neçə gündür ki, Xocalı şəhəri erməni
işğalçıları tərəfindən darmadağın edilib. Vəhşi işğalçılar
hələ də dağ-daşda, meşədə, düzənlikdə qalan yüzlərlə me-
yidin öz torpaqlarında dəfn olunmasına belə aman vermir.
Təsadüf nəticəsində işğalçılardan canı qurtulmış Sultan kişi
üç uşağı və həyat yoldaşı ilə birlikdə rast gəldikləri balaca
kahada gizlənirlər. Sübh, səhər dan yeri yenicə sökülmüş, bu
zaman yaxınlıqdakı cığırdan Əskərana gedən erməni qadını
Suzanna seyrək ağaclıqda bir kişinin əyilə-əıyilə quru şaxları
Dostları ilə paylaş: |