yubileyi
bizə imkan verdi ki, dünya geo ‐
logiya elmində müasir mövqelərdən elmi
problemlərin həlli çərçivəsində bu prosesləri
yenidən dərk edək. AMEA Geologiya
İnstitutu səksən illiyində də Azərbaycanın
gələcək sosial‐iqtisadi inkişafına layiqincə
diqqət yetirəcək».
Keçmiş illərdə olduğu kimi, yubiley
ilində də akademik A.Әlizadənin rəhbərliyi
ilə çox əhəmiyyətli üç dövlət proqramı hazır ‐
lanmış və hökumət tərəfindən təsdiq
edilmişdir. Bunlardan biri «Cənubi Xəzər
çökəkliyinin Azərbaycan hissəsinin geodi ‐
na mikası və karbohidrogen potensialının
öyrənilməsi istiqamətində aparılacaq işlərin
proqramı (2007‐2014‐cü illərdə)» adlanır. Bu
iş ARDNŞ əməkdaşları ilə birgə görülür.
«Azərbaycanın metal yataqlarının hasila tın ‐
da təbiəti mühafizə texnologiya
larının
tədqiqi və tətbiqi (2008‐2014‐cü illər)» isə
icra olunur. «Azərbaycan Respublikasında
nadir geoloji obyektlərin qorunması və
uzunmüddətli istifadə olunmasının tədbir ‐
lər planı (2009‐2014‐cü illər)» Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə
birgə yerinə yetirilir.
Akif Әlizadənin elm sahəsində xidmət ‐
ləri böyükdür və bunlara layiqincə qiymət
verilmişdir. 1980‐ci ildə o, Azərbaycan EA‐nın
müxbir üzvü və 9 ildən sonra həqiqi üzvü
seçilmişdir. 1991‐ci ildə alim əməkdar elm
xadimi adını almış və Azərbaycanın Dövlət
mükafatı laureatı olmuşdur. Uzun illərdir
ki, o, AMEA Yer elmləri bölməsinin aka ‐
demik katibi, AMEA Rəyasət Heyətinin üzvü ‐
dür. A.Әlizadə «AMEA Xəbərləri»nin Yer
elmləri seriyası və «Geologiya İnstitutu nun
Әsərləri» jurnallarının baş redaktoru,
Azərbaycan Geoloqlarının Milli Komitəsinin
prezidentidir. «Elm dünyası» elmi‐kütləvi
jurnalının və «AMEA‐nın Xəbərləri məcmuəsi»
elmi‐ictimai jurnalının baş redaktorudur.
Dostları ilə paylaş: