perspektivləri» mövzusunda müvəf fəqiy yətlə
müdafiə etdiyi doktorluq dissertasi yasında öz
əksini tapmış və o fizika‐riyaziyyat elmləri
doktoru elmi dərəcəsinə layiq görül müşdür.
Mikroelektron vericilər sahəsində işlərini
davam etdirərkən A.Paşayev tərəfindən yeni
növ inteqral temperatur, təzyiq, rütubət, güc,
təcil və vibrasiya vericiləri yaradılmışdır. Bu
vericilər gəmiqayırmada, neft maşınqayır ma ‐
sında, tibdə, müdafiə sənayesində və digər sahə ‐
lərdə geniş tətbiq olunan yüksək cəldliyə malik
nəzarət sistemlərinin yaradılmasında istifadə
olunur.
Onların əsasında sualtı obyektlərə nəzarət
və tədqiq üçün nəzərdə tutulmuş telemetrik,
çoxfunksiyalı, hidroakustik kompleks apara ‐
tura yaradıldı. 1991‐ci ildə A.Paşayev «Avto ‐
nom hidroakustik informasiya sisteminin
yara dılması sahəsində kompleks işlərə görə»
Azərbaycan Dövlət mükafatı laureatı adına
layiq görülmüşdür.
Mikroelektron vericiləri sahəsindəki elmi
tədqiqatların nəticələri iki monoqrafiya şək ‐
lində çap edilmişdir: «Qeyri‐elektrik kəmiy ‐
yətlərin bərk cisimli mikroelektron çeviriciləri»
(1998) və «Bərk cisimli mikroelektron maqni ‐
toelektrik və rütubətli elektrik çeviriciləri»
(1999).
A.Paşayev tərəfindən
işlənmiş bir çox cihaz
və qurğular ixtira səviyyəsində yerinə yetiri ‐
lərək keçmiş SSRİ‐nin müxtəlif sənaye müəs ‐
sisələrində tətbiq edilmiş, müxtəlif beynəlxalq
sərgi və müsabiqələrdə qızıl, gümüş, bürünc
medal və diplomlara layiq görülmüşdür.
A.Paşayev uzun müddət – 1971‐ci ildən
1996‐cı ilə qədər Azərbaycan Milli Elmlər
Akademiyası Fizika İnstitutunun «Zədəsiz
ölçmə və nəzarətin fiziki üsulları» laborato ‐
riyasına rəhbərlik etmişdir və İnstitutun elmi
istiqamətlərinin müəyyən edilməsində fəal
iştirak etmişdir. Məhz bu müddət ərzində onun
alim və elmi təşkilatçı kimi görkəmli qabi ‐
liyyətə malik olması bütövlükdə özünü büruzə
vermişdir.
1996‐cı ildən hazırkı dövrə kimi akademik
A.Paşayev «Azərbaycan Hava Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akade ‐
miyasının rektorudur.
Rektor təyin olunduğu 1996‐cı ildən Milli
Aviasiya Akademiyası yeni bir inkişaf pilləsinə
qədəm qoymuşdur. Akademik A.Paşayev fəaliy ‐
yətində tədris prosesinin, elmi‐tədqiqat işləri ‐
nin ən müasir tələblər səviyyəsində təşkilinə
nail olmuşdur.
Dostları ilə paylaş: