Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


– Sizin beynəlxalq fəaliyyətiniz çox genişdir



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə28/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   24   25   26   27   28   29   30   31   ...   152
– Sizin beynəlxalq fəaliyyətiniz çox genişdir.

Siz Ümumdünya Ortoped‐Travmatoloq və

Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya,

Macarıstan Onkoloqlar Cəmiyyət ləri nin, Avropa

Bərpa Cərrahlığı Assosiasi yasının fəxri, Ame ‐

rika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət

Elmləri Akademiyasının, Polşa Tibb Elmləri

Akademiyasının, AMEA‐nın Rusiya Tibb Elmləri

Akademiyasının həqiqi üzvü, akade mikisiniz.

Həmçinin UNESCO‐nun eks perti, Türkdilli

Ölkələrin  Parlament  Assamb le  yasının  Parla ‐

mentlərarası  Komissiya sının  səd  ri siniz.  Bütün

bunlar cərrahlıq fəaliyyə tinizə mane olmur ki?

– Mən birmənalı şəkildə deyə bilərəm ki,

həkimlik fəaliyyətimi heç vaxt beynəlxalq, elmi‐

pedaqoji və ictimai fəaliyyətimə qurban vermə ‐

mişəm. Tibbi praktik fəaliyyət mənim üçün

daim prioritet istiqaməti olmuşdur və həmişə

çalışmışam vaxtımı elə bölüm ki, məndən asılı

olan işlərin heç birində, cüzi də olsa, problem

yaranmasın. Mən hər bir sahəyə, hər bir işə

diqqət və dəqiqliklə yanaşmağa çalışır və

məsuliyyət hissimi hər vaxt iti saxlamağa cəhd

edirəm. Xəstələrin konsultasiyasını və cərrahi

əməliyyatları əvvəlcədən tərtib edilmiş cədvəl

üzrə səhər saatlarında aparıram. Odur ki, sada ‐

ladıqlarınızın heç biri mənim cərrahi‐onkoloq

fəaliyyətimə mane yox, mən deyərdim ki,

əksinə, hətta kömək edir. Çünki cərrah ağır bir

əməliyyatdan sonra tamam başqa bir sahənin

əhatəsinə düşdükdə onun daxili enerjisi daha

da artır, xəstənin vəziyyətinin yaxşılaşma dina ‐

mikası isə həkimi ruhlandırır və ona əsl mənəvi

rahatlıq bəxş edir. Cərrahın peşə sevgisi, duy ‐

ğusu elə bir hisdir ki, o daim qorunmalı və

mühafizə olunmalıdır.



Söhbəti apardı: 


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin