iştirakçısıdır. Bu səbəbdən də mədəniyyətlərin
mədəni mövqeyi paradoksal şəkil alır. Filosof
mədəniyyətin yaradıcılarından biri kimi, öz
sosiomədəni fəaliyyətinin nəticələrini təhlil
etməlidir. Müxtəlif mədəni sistemlərin qarşı ‐
lıqlı əlaqəsindən söhbət gedəndə situasiya bir
az da mürəkkəbləşir. Burada bir neçə mədəni
sistemin nümayəndələri ilə dialoqun təşkil
olunması və aparılması problemi ön plana
keçir. Bununla belə, onun özü bu dialoqun
iştirakçısı olduğu halda, bu dialoqda modera‐
tor rolunu yerinə yetirə bilməsi sualı meydana
çıxır. Biz bu suala müsbət cavab vermək
niyyətindəyik, çünki qlobal (V.İ.Vernadskinin
ifadəsinə görə «planetar») təfəkkürün pers pek ‐
tivlərinə inanırıq. Lakin məsələ ondadır ki, bu
təfəkkürün fəlsəfi‐metodoloji əsaslandı rılması
ciddi çətinliklərlə rastlaşır. Biz mürək kəbin
dərk edilməsi problemini nəzərdə tuturuq.
Mədəniyyət mürəkkəb sistemdir. Burada ak‐
tual problemlərdən biri müşahidəçinin mövqe ‐
yinin müəyyənləşdirilməsidir. V.İ.Arşi nov obyek tin
dərki prosesində özünüdərk imkan ları yaradan
«metamüşahidəçi» haq qın da danış mağı üstün
tutur. İdrak nəzəriy yəsinin post qeyri‐klassik,
mürəkkəblik epis te molo giya və ya «fraktal epis ‐
temologiya» çərçivə sində ümidverici mənzərə
yaranır. Məsələn, E.More nin, D.Zolonun yanaş ‐
maları və necə deyərlər, «mühiti yanaşma»
daha perspektivli görünür. Sonuncu yanaşma
V.E.Lepski tərəfin dən irəli sürül mü ş dür. O, inno ‐
va sion inkişafda reflektiv‐aktiv mü hitin yaradıl ‐
ma sında metodo logiya kimi nəzər dən keçirilir.
Fikrimcə, «metamüşahidəçi» mədəniyyət ‐
lə
rin dialoqunda ideal moderatordur. Bu
kontekstdə moderator kimi onun imkanları
filosofun mədəniyyətdə imkanlarına müvafiq
olur. Məhz fəlsəfi refleksiya, idrak mövqeyi
olaraq, müxtəlif mədəniyyətlərin nümayən ‐
dələri arasında dialoqda effektli rol oynaya
bilər. Bu mənada, mədəni sistemlərin kəsişən
zonalarında reflektiv‐aktiv mühitin yara dıl ‐
ması, dialoq prosesinin mühüm tərkib hissəsi
olaraq, sosiumun «özünüaktuallaşdırma özək ‐
ləri» kimi təqdim edilir.
Roida Rzayeva (AMEA Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun direktor müavini).
Müasir həyatın qloballaşması və beynəl ‐
miləlləşməsi dialoqun yenidən dərkini şərt ‐
ləndirir, bu da öz növbəsində, bir tərəfdən
onun forma və interpretasiyasına, digər tərəf ‐
dən isə həyatın müxtəlif sahələrində funk
‐
Dostları ilə paylaş: