həssaslığın və struktur dayanıqlığın və s.
problemlərin fəlsəfi nöqteyi‐nəzərdən təhlili
xüsusi elm sahələrinə aid xüsusi obyekt –
mürəkkəbliyin, müxtəlif sahələrdə mövcud
olan izomorf qanunların, analogiyaların müəy ‐
yənləşdirilməsi üçün onların nəzəri quruluşu ‐
nun dəqiq və əsaslandırılmış şəkildə formulə
edilməsinə imkan verir. Mürəkkəb sistem lərin,
həmçinin elə mürəkkəblik fenomeninin
özünün də, dialektikasının dərk edilməsinin nə
dərəcədə əhəmiyyətli və aktual olması,
bütövlükdə, ekoloji, demoqrafik, energetika,
maliyyə‐iqtisadi, qloballaşma və s. kimi müasir
dövrün ümumbəşəri problemlərinin timsa
‐
lında daha aydın görünür. Məlumdur ki, bu
problemlərin həlli çox böyük həcmdə resurs ‐
ların (maliyyə, insan, intellektual) cəlb edil ‐
məsini tələb edir. Həm də qlobal səviyyəli
mürəkkəbliklər real eksperimentə çətin tabe
olurlar. Burada sınaq və səhvlər metodu ilə
sual lara cavab tapmaq mümkün deyil (bu, heç
əlverişli də deyil), obyekt‐mürəkkəbliyə zəruri
olan davranışı «zorla boynuna qoymaq» isə
problematikdir. Görünür, burada qlobal mürək ‐
kəbliklər haqqında bilik mühüm rol oynaya‐
caq, lakin yaradıcı konvergensiya səviy yə sində
bu biliklərin sintezi, yalnız bu təfəkkürün
ayrılmaz xüsusiyyəti kimi, daxili dialoqu təmin
edə biləcək ümumi epistemoloji kons
truk
‐
siyanın əsasında və onun köməyi ilə müm kün
ola bilər. Belə bir təfəkkürün əsas larını işləyib
hazırlamaq filosofun birinci dərə cəli işidir.
Dostları ilə paylaş: