Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə35/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   31   32   33   34   35   36   37   38   ...   152
Rəfiqə Әzimova (AMEA Fəlsəfə, Sosiolo ‐

giya və Hüquq İnstitutu,  Sosiologiya və sosial

psixologiya şöbəsinin müdiri).

Filosof öz yerini cəmiyyətdə özü müəyyən ‐

ləşdirir, daha doğrusu, onun əzəldən müəy ‐

yən 


ləşmiş mövqeyi dünyanı makrokosmos

prizmasından dərk etməkdən ibarətdir. Makro ‐

kosmos filosofun «daimi yaşayış yeridir». N.O.Los ‐

ski yazırdı: «Gerçəkliyin ümumi tə 

rəflə 

rini


öyrənmək üçün müşahidənin xüsusi istiqa ‐

mətini müəyyən etmək, hadisələrin rənga rəng

səhnəsindən uzaqlaşmaq bacarığına malik

olmaq, hə a ola bilsin ki, həyatın bütün xırda

maraq və ehtiyacları üzərində tərəd düdsüz

yüksəlmək xarakterinə sahib olmaq lazımdır».

Həqiqətən də, filosof həyatın gündəlik

qarışıqlığı içərisində olanda və onda iştirak

edəndə, təbii olaraq, ona xas olan  qabaqcadan

hadisələri bilmə (öncəgörmə) xüsusiyyətinə

görə o, paralel olaraq, öz yerini dünyanın uc ‐

suz‐bucaqsız guşələrinə dəyişə bilir. «Tri‐

bunadan» filosofun səsi insanı həyat və onun

bu həyatda yeri haqqında  düşünməyə çağırır.

Çoxtəbəqəli bütöv dünyanın ayrılmaz bir

hissəsi kimi iti özlük hissi filosofu insanı ən

mürəkkəb sistem kimi dərk etməyə imkan

verir, çünki o bütün həyat məkanı çərçivə sində

materiya və ruhun sintezini ifadə edir.

İnsanın təbiətini nəzərdən keçirən Leonar ‐

do da Vinçi yazırdı: « – Әgər onun quruluşu

səndə təəccüb doğurursa, düşün ki, bu onun

bu binada yaşayan ruhu ilə müqayisədə heç

nədir.


Həqiqətən də, nə cür olursa‐olsun, ruha öz

əsərində istədiyi kimi yaşamağa  imkan ver və

öz qəzəb və kininlə həyatı dağıtmağa cəhd

göstərmə, çünki doğrudan da, həyata qiymət

verə bilməyən ona layiq deyil... Qəlb və həyat

isbatedilməzdir». 

Filosof mədəni məkanın konturlarını

yaradır. O, mədəniyyətin bələdçisidir. Bələdçi

olaraq filosof  zəruri olandan çıxış edərək hü‐

dudsuz və zamansız mədəni məkanda gör ‐

düyü və təxəyyülündə canlandırdığı yaxın və

uzaq perspektivləri proqnozlaşdırır. Filosof

yalnız planetar‐kosmik varlıq üçün təlaş keçir‐

mir, həm də o, baş verənlərə şərik olan şəxsiy ‐

yətdir. Bu səbəbdən də düşünürəm ki, baş qa  sına

qarşı insanlığın, humanizmin mahiyyəti məhz

dəyərlərin qəbul edilməsində və digərinin

qəlbinin toxunulmazlığındadır.

«Homo Sapiens» anlayışı insanın dərkinə,

mürəkkəb sistem olan müasir insan da  daxil

olmaqla, birtərəfli yanaşmadır. Bu yanaşma

«Homo Sapiens»in  nəyə görə getdikcə daha

tez‐tez özünün yaratdığı daşlara çırpılması

sualına cavab verməyə imkan yaratmır. Güman

etmək olar ki, bu anlayış insanın mahiyyətinin

tamlığını, onun həyəcanını, başqasının dərdinə

şərik olmasını  ifadə edə bilmir. Və bu mənada,

«homo‐humanus‐sapiens» bu gün özündə

daha böyük etik yük daşıyır, lazım olan səviy ‐

yədə «işləyir». Başqa sözlə, dünya cəmiy yət ‐

lərinin inkişafının taktika və strategi 

yasını,


əzəldən əsası qoyulmuş və qoyulması vacib

olan – İnsan müasir sivilizasiyanın inkişafının

ən yüksək məqsədidir – humanitar komponent

təşkil etməlidir.

Humanitar perspektiv nəzərə alınmazsa,

müasir dünya birliyinin inkişafının  taktika və

strategiyası bu və ya digər şəkildə müvəf fəqi y ‐

yətli ola bilməz. Həm ideya, həm də həyat

praktikası olaraq humanizm XXI əsr siviliza si ‐

yasının çağırışıdır.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin