– Azərbaycanda elmin təşkili və maliy ‐
yələş məsinə aid fikirlərinizi bilmək istərdik.
– Azərbaycanda elmin inkişafı, onun təşkili
və maliyyələşdirilməsi birbaşa dövlət qayğısı və
dəstəyi ilə müvafiq təşkilatlar tərəfindən yerinə
yetirilir. Cənab Prezident İlham Әliyevin sərən ‐
camı ilə 2011‐ci ildə Azərbaycanda Elmin
İnkişaf Fondu yaradılmışdır. 2013‐cü ildə bu
komis
siyanın tərkibində bəzi dəyişikliklər
edilərək, yenidən təsdiq edildi. Bilirəm ki,
ölkəmiz elmin inkişafını və maliyyələşdiril
‐
məsini yüksək səviyyədə təşkil edən ölkələrin
ön cərgəsindədir. Xüsusilə də gənc mütəxəs ‐
sislərin apardığı elmi işlərə dəstək üçün Prezi ‐
dentimiz böyük maliyyə köməyi edir və həm də
bu, ötəri yox, daimi xarakter daşıyır. Bununla
birlikdə, həm ölkə daxilində, həm də xaricdə
alimlərimiz böyük məbləğdə qrantlar udur və
elmi işlərini yüksək səviyyədə davam etdirirlər.
1 milyon ABŞ dolları dəyərində olan elektron
mikroskopun qrant yolu ilə alınıb Azərbaycan
Tibb Universitetinə gətirilməsi dediklərimizin
əyani sübutudur. Sadəcə olaraq, elmə cavabdeh
olan hər bir rəhbər işçi yerlərdə işə vicdanla,
vətən daşlıq mövqeyindən yanaş malı, vəzifə
borcunu ardıcıllıqla yerinə yetirməlidir.
Dostları ilə paylaş: |