xarici ölkələrin tibb
fakül tələrində təhsillərini
davam etdirmələrinə əlve
rişli şərait yaratdı.
Hazırda onların bir qismi artıq təhsillərini başa
vuraraq vətənə qayıdıb və işlə təmin olunublar.
Digər tərəfdən bizdə uzun illər diplom
‐
dansonrakı hazırlıq birillik internatura sistemi
ilə aparılıb. 2011–2012‐ci tədris ilindən etibarən
diplomdansonrakı hazırlığın, başqa ölkələrdə
olduğu kimi, rezidentura sistemi ilə aparıl ması ‐
nın təməli qoyuldu. Cənab Prezident bu layihə ‐
ləri ardıcıl olaraq həyata keçirdikcə bizimlə
birlikdə ürəkdən şad olur, sevinirdi. O, bilirdi
ki, bu klinikalar inkişaf etmiş xarici ölkələrdə
olan klinikalardan heç də geri qalmır, hətta bəzi
göstəricilərinə görə onları üstələyir. Cənab
Prezident sevinirdi ki, bu klinikalar tam gücü
ilə işlədikdən, lazımi mütəxəssislərlə təmin
olunduqdan sonra daha bizim gənclərimizin
xaricə oxumağa getmələrinə ehtiyac qalmaya ‐
caq. Hər şey maddi‐texniki bazanın gücündən,
bacarıqlı mütəxəssislərin qüdrətindən asılıdır.
Cənab Prezident sitat gətirdiyiniz ifadəni
işlədəndə sanki bu müdrik kəlamı ilə deyirdi ki,
belə unikal klinikaları olan tələbələrin xaricə
getmələrinə heç bir ehtiyac qalmayacaq.
Dostları ilə paylaş: