Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


– Azərbaycanda elmin, səhiyyənin, təhsilin



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə23/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   19   20   21   22   23   24   25   26   ...   152
– Azərbaycanda elmin, səhiyyənin, təhsilin,

mədəniyyətin, incəsənətin böyük hamisi olan

Heydər Әliyev Fondunun prezidenti millət

vəkili, birinci xanım Mehriban Әliyevanın

konkret olaraq səhiyyəmizin inkişafı naminə

gördüyü işlər barədə fikirləriniz maraqlı olardı. 

– Mən əminliklə deyirəm ki, yuxarıda qeyd

edilən uğurların əldə edilməsində Heydər

Әliyev Fondunun prezidenti, UNESCO‐nun və

ISESCO‐nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Әliyevanın müstəsna

xidmətləri olmuşdur. Belə ki, Mehriban xanım

Әliyevanın qayğısı sayəsində təhsil, səhiyyə,

mədəniyyət və digər sosial layihələr reallaşdı ‐

rılmış, minlərlə insanın sosial şəraiti, o cümlə ‐

dən onların sağlamlığının yüksək səviy yədə

qorunmasına, yaxşılaşmasına əlve rişli imkanlar

yaradılmışdır. Onu qeyd etmək lazımdır ki, əldə

olunan nailiyyətlərin əyani liyini təmin etmək

üçün Heydər Әliyev Mərkə zində təşkil edilən

sərgidə Heydər Әliyev Fondunun çoxşaxəli

fəaliyyəti, o cümlədən fondun təhsil, səhiyyə,

mədəniyyət və digər sahələrdə həyata keçirdiyi

layihələr haqqındakı məlumatlar öz əksini

tapmışdır.

Mehriban xanım Әliyevanın son 10 il

ərzində təhsilə və səhiyyəyə göstərdiyi hima ‐

yədarlıq təkcə paytaxt Bakı şəhəri və onun

ətrafında deyil, vətənimizin bütün regionla ‐

rında hiss edilir, duyulur. O, xalqımıza payla ‐

dığı maarifçilik nurunun təmsilçisi kimi ən

ucqar kəndləri, obaları belə gözdən kənarda

qoymur, hər yerdə yeni məktəb binaları, müva ‐

fiq ali təhsil ocaqları, uşaq bağçaları, səhiyyə

müəssisələri tikdirməklə yanaşı, onların ən

müasir avadanlıqla təchiz olunmaları məsələ ‐

lərini də müvəffəqiyyətlə həll edir.

Mehriban xanım Әliyevanın Azərbaycan tibb

elmi və tibb təhsilinə göstərdiyi diqqət və qayğı

bu ali tibb təhsili ocağının professor‐müəllim

heyəti, eləcə də çoxminli tələbə‐gəncləri tərəfin ‐

dən böyük məmnunluqla qarşılanır, ürəkdən

alqışlanır. Kollektivimizin yaxşı xatirindədir ki,

Mehriban xanım Әliyeva son illərdə – 2007‐ci il

sentyabrın 18‐də, 2012‐ci il oktyabrın 1‐də və

2013‐cü il sentyabrın 12‐də ölkə Prezidenti

cənab İlham Әliyevlə birlikdə üç dəfə

Azərbaycan Tibb Universitetində olmuş, bu ali

tibb təhsili ocağının əməkdaşları ilə görüşmüş,

dəyərli təkliflər, məsləhətlər vermişdir. ATU

kollektivi regionda analoqu olmayan iki

möhtəşəm klinikanın – Tədris‐Terapevtik Klinika

və Tədris Cərrahiyyə Klinikasının təməlqoyma

mərasimində, sonra isə onların açılışlarında

yaxından iştirak edən, bu unikal klinikaların

ərsəyə gəlməsində diqqət və qayğıkeşliklə

yanaşan Mehriban xanım Әliyeva ilə tarixi görüş ‐

lərini səmimi minnətdarlıq və məmnunluq

hisləri ilə qarşılamışdır.

Hazırda ATU‐nun bu klinikaları, eləcə də

onlardan əvvəl istifadəyə verilmiş stomatoloji

və onkoloji klinikalar tibb təhsilinin tədrisinin

kredit sistemi ilə aparılmasında, rezidentlərin

hazırlanmasında ən möhkəm maddi‐texniki

baza kimi uğurla fəaliyyət göstərirlər. Məhz bu

klinikaların çoxşaxəli fəaliyyəti sayəsində

Azərbaycan Tibb Universitetinin beynəlxalq

əlaqələri geniş miqyas almış, dünyanın ən

qabaqcıl tibb təhsili müəssisələri ilə qarşılıqlı

müqavilələr imzalanmışdır.


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin