– Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Әliyev Tibb Universitetinin
Tədris‐Cərra hiyyə Klinikasının açılışında belə
bir maraqlı ifadə işlətmişdir: «Elə etməliyik ki,
bizim gənclər xaricə oxumağa getməyə ehtiyac
duyma sınlar». Tibb sahəsində bunu etmək
üçün hansı addımlar atılmalıdır?
– Siz bu sualı verəndə mən ATU‐nun insan
anatomiyası kafedrasının tədris muzeyi haqqında
olan rəy kitabındakı bir yazını xatırladım.
Amerika Birləşmiş Ştatlarından gəlmiş bir tibb
professoru muzeyi gəzdikdən sonra yazırdı:
«Belə zəngin anatomik muzeyi olan tələbənin
pis oxumağa haqqı yoxdur!»
Zati‐aliləri möhtərəm cənab İlham Әliyev
Azərbaycan Tibb Universitetində təhsilin tədri ‐
sinin yüksək səviyyədə aparılması üçün bu
təhsil ocağına son 5 il ərzində 3 möhtəşəm
klinika bəxş etmişdir və cənab Prezident bu
klinikaların potensial imkanlarını hamıdan yaxşı
bilir. Sizin cənab Prezidentdən sitat gətirdiyiniz
kəlamında bu sualın cavabı dolayısı yolla
verilib, çünki sizin dediyiniz addımlar artıq
cənab Prezident İlham Әliyev tərəfindən atılıb.
Özü də böyük inamla atılıb. ATU‐nun rəhbərliyini
uzun illərdən bəri narahat edən ən vacib prob ‐
lemlərdən biri onun öz klinikalarının olmaması
problemi idi. İlk dəfə bu problemin aradan
qaldırılmasının təməlini ulu öndər Heydər
Әliyev qoydu. Ümummilli liderimizin yaxından
köməyi ilə 2001‐ci ildə ATU‐nun ilk klinikası
olan stomatoloji klinika yaradıldı. 2007–2013‐cü
illər arasında isə bu təhsil oca ğında bir‐birinin
ardınca onkoloji, tədris‐terapevtik və tədris‐
cərrahiyyə klinikaları istifa
dəyə verildi. Ulu
öndərin sədaqətli davamçısı cənab İlham Әliyev
təkcə bu klinikaların divarlarını yaratmadı, həm
də paralel olaraq onların müasir təchizatını və bu
klinikalarda çalışmaq iqtida
rında olan gənc
kadrların hazır lanmasını təmin etdi. O, gənclərin
Dostları ilə paylaş: |