saldırmırlar, onların böyük əksəriyyətinin 8–12
uşağı olur və uşağı 1,5–2 ya şına çatana qədər
əmizdirirlər.
Bədxassəli şişlərin profilaktikası məqsədilə
həyata keçirilən tədbirlər iki qrupa bölünür:
birincili və ikincili profilaktika. Bədxassəli
şişlərin birincili profilaktikası şiş əmələ gətirən
amillərin orqanizmə təsirini aradan qaldır mağa
və ya əhəmiyyətli dərəcədə azaltmağa, orqaniz ‐
min müqavimətini artırmağa doğru yönəldilmiş
tədbirlər kompleksidir. Bədxas səli şişlərin birin ‐
cili profilaktikası siqaret çəkmə ilə mübarizə,
havanın çirklənməsi ilə mübarizə, o cümlədən
məişətdə və isteh sa lat da havanın təmizliyinin
saxlanması və rasio nal qidalanma komponent ‐
lə rindən ibarətdir. Bəd xassəli şişlərin birincili
profilaktikası məq sə dilə həyata keçirilən tədbir ‐
lər sırasında siqaret çəkmə ilə mübarizə mühüm
əhəmiyyət kəsb edir. Әgər kişilər siqaretçəkmə
adətinə məruz qalmasaydılar, 40%‐dən yuxarı
hallar da ürəyin işemik xəstəliyi və bədxassəli
şişlər dən – ölümdən qaçmaq olardı. Buna görə
si qaret çəkmə ilə ciddi mübarizə aparılmalıdır.
Təsadüfi deyildir ki, ÜST tərəfindən XXI əsrdə
bədxassəli şişlərlə mübarizədə əsas istiqamət ‐
lər dən biri – siqaretçəkmə ilə qlobal mübarizə
hesab edilir.
Bədxassəli şişlərin birincili profilaktikası məq ‐
sə
dilə həyata keçirilən tədbirlər sırasında
rasional qidalanmanın təbliğatı mühüm rol
oynayır. Әhaliyə A, E vitaminləri və karoti noid ‐
lərin qəbuluna üstünlük verilməsi tövsiyə
olunmalıdır. Həmçinin qidada piyin və xörək
duzunun miqdarını azaltmaq, spirtli içkilərin
istifadəsini məhdudlaşdırmaq lazımdır.
Bədxassəli şişlərin birincili profilaktikası
məqsədilə qidalanmanın qeyri‐qənaətbəxş xüsu ‐
siyyətlərini aradan qaldırmaq üzrə proqra mın
işlənib hazırlanması və həyata keçirilməsi vacib ‐
dir. Təsadüfi deyil ki, ÜST dünyanın müxtəlif
bölgələrinin xüsusiyyət lə rinə uyğun optimallaş ‐
dırılmış qidalanma proq ramlarının işlənib hazırlan ‐
masını XXI əsrdə bədxassəli şişlərlə müba rizədə
əsas istiqamət lərdən biri kimi nəzərdə tutur.
Bədxassəli şişlərin ikincili profilaktikası həm
xərçəngönü xəstəliklərin aşkar edilməsi, həm də
xərçəngin erkən diaqnostikası üzrə müvafiq
tədbirlərin təşkili və aparılmasını nəzərdə tutur.
Bu tədbirlər profilaktik müayinələrin aparılması
ilə həyata keçirilir.
Bədxassəli şişlərin müalicəsində cərrahi,
şüa, dərman, kombinəedilmiş və kompleks
müalicə üsulları istifadə olunur. Son illərdə bəd ‐
xassəli şişlərin müalicəsində böyük nailiyyətlər
əldə edilmişdir. Bu nailiyyətlər cərrahi, dərman
və şüa müalicəsindən ibarət olan kompleks
müalicə üsulunun tətbiqi sayəsində mümkün
olmuşdur.
Dostları ilə paylaş: