lərin məhsuldarlığının iki dəfə artırılmasına
imkan verir.
Heyvandarlıqda nanoəlavələr yem hazırlan -
ma sında geniş tətbiq olunur və nəticədə hey -
van
ların məhsuldarlığı 1,5–3 dəfə artır və
həmçinin onların infeksiyalı xəstəliklərə və
stresslərə müqavimətini artırır.
Qida əlavələrinin nanoölçülü hissəcikləri
qida məsrəfini xeyli azaltmağa imkan verməklə
yanaşı, heyvanlar tərəfindən qidanın tam və
səmərəli mənimsənilməsini də təmin edir.
Suyun təmizlənməsi və dezinfeksiyası üçün
nanotexnologiyanın istifadəsi olduqca böyük
əhəmiyyət kəsb edir. Membran təmizləmə
sisteminin, həmçinin gümüş əsasında xüsusi
biosid örtüklərin və materialların istifadəsi
kənd təsərrüfatı heyvanlarının saxlanmasını
sadə
ləşdirməyə və keyfiyyətini yaxşılaşdır
-
mağa imkan verir, onları keyfiyyətli içməli su
ilə təmin etməyə şərait yaradır.
Bəşəriyyəti kifayət qədər içməli su ilə təmin
etmək heç də az aktual deyil. İstifadəyə yararlı
şirin suyun ehtiyatı cəmi 3%-ə qədərdir ki,
bundan cəmi 1%-i yer əhalisi tərəfindən
istifadə olunur. Hazırda 1,1 milyard insan təmiz
şirin su istifadə etmək imkanına malik deyil.
Hesablamalar göstərir ki, 2050-ci ildə yer
əhalisinin üçdə ikisi istifadəyə yararlı içməli su
çatışmazlığından əziyyət çəkəcək.
Hesab edilir ki, nanotexnologiya bu sahədə
bəşəriyyətin köməyinə çata bilər.
Nanotexnologiya və qlobal
Dostları ilə paylaş: