tında əvəzedilməz rolu barədə məlumat veri -
lir. Burada Prezident İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın bu tibb ocağında keçirilən tədbir -
lərdə iştiraklarını əks etdirən fotostend vardır.
Qeyd edildi ki, klinikanın şöbələrində ən
müasir tibbi avadanlıq quraşdırılmışdır. Bu
cihazlar müayinə və müalicə işini ən yüksək
səviyyədə həyata keçirməyə tam imkan verir.
Klinikanın həkim, dərs və kompyuter otaqları
bütün zəruri avadanlıqla təchiz olunmuşdur.
Burada, həmçinin ictimai tədbirlərin keçiril -
məsi üçün xüsusi akustika və müasir mul -
time
dia sistemlərinin quraşdırıldığı 250
yerlik konfrans zalı da vardır. Ümumilikdə
klinikada hər biri 100 nəfərlik olmaqla 9
mühazirə zalı, 50-dən çox praktik məşğələ
üçün treninq otağı yaradılmışdır. Klinikanın
şöbələrində quraşdırılan avadanlıq dünyanın
aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar
vasitəsilə qısa müddətə müayinələrin nəticə -
lərini daha dəqiq əldə etmək mümkündür.
Məlumat verildi ki, klinikanın mərkəzi
laboratoriyası yüksək səviyyədə qurul muş -
dur. Ölkənin yeganə universitet klinikası olan
bu bölmədə biokimya, mikrobiologiya, im -
muno logiya, molekulyar genetika və digər
bölmələr fəaliyyət göstərir. Laboratoriyada
dünya universitetlərinin referens laboratori -
yalarında istifadə olunan tam avtomatlaşdı -
rılmış, ən müasir biokimyəvi, mikrobioloji,
immunoloji, genetik və digər analizatorlar
vardır. Bu isə istənilən laborator müayinələri
maksimum az vaxtda və dəqiq yerinə yetir -
məyə imkan verir. Laboratoriyada ölkəmizdə
ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkila -
tının qəbul etdiyi “CLSI” standartlarına uy -
ğun biokimyəvi və immunoloji analizlər
apa rılacaqdır. Pasiyentlər dünyanın istənilən
ölkəsindən şəxsi kodları ilə klinikanın saytına
daxil olaraq laborator analizlərinin nəticə -
lərini əldə edə biləcəklər.
Diqqətə çatdırıldı ki, buradakı avadanlıq
tibbi müayinələrin görüntülərini də yüksək
səviyyədə əldə etməyə imkan verir. Klini -
kada, həmçinin “Tesla” maqnit rezonans
tomoq rafı, 128 kəsikli kompyuter tomoqrafı,
iki yüksək tezlikli rəqəmsal rentgen qurğusu,
universal tipli angeoqraf, 4D rejimli ultrasəs
müayinəsi aparatı quraşdırılmışdır.
Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reani -
masiya zalı, 18 əməliyyatxana yaradıl mışdır.
Reanimasiya zallarında Avropa istehsalı olan
çoxfunksiyalı elektrik yataqlar, mərkəzləş -
dirilmiş qaz sistemləri, monitorlar, süni
tənəffüs cihazları quraşdırılmışdır. Burada
çətinliyindən asılı olmayaraq, reanimasion-
intensiv terapiya xidmətləri xaricdə təhsil
almış təcrübəli reanimatoloqlar tərəfindən icra
edilir. Burada quraşdırılan xüsusi çoxfunk -
siyalı işıqlandırma sistemi və kamera vasi -
təsilə əməliyyat prosesləri dərs otaqlarına,
tədris və konfrans zallarına, həmçinin xaric -
Dostları ilə paylaş: