Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1.02 Mb.
PDF просмотр
səhifə5/15
tarix07.12.2016
ölçüsü1.02 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

29

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



(0,00000001 sm) Yerdən kiçik olduğu qədərdə

kiçikdir. Biz nəhəng Kainatın bir küncündəki

tozcuğun üzərində yaşayırıq. Qoy həyatımız

qısa, Kainatla əlaqəmiz isə zəif olsun – bizim

çox böyük olan haqqında da, çox kiçik olan

haqqında da, bu iki hədd arasında olan – insan

həyatı haqqında da elmi biliklərimiz

böyükdür. Bu hədlər arasında hər şey –

atomdan kosmologiyaya qədər yeni biliklərin

elmi axtarışlar obyekti kimi çıxış edir,

Xristofor Kolumbla bağlı halda olduğu kimi,

kəşflərimiz mədəniyyətə, fəlsəfəyə, bütöv -

lüklə bəşəriyyətə böyük təsir göstərir. Lakin

biliklərimiz və texnoloji imkanlarımız nə

qədər artmış olsa da, unutmamalıyıq ki, onlar

insanların həyatının yaxşılaşdırılmasına xid -

mət edirlər. Yadda saxlamalıyıq ki, zirvələrə

gedən yolda aşağıda olanlara kömək etmək

lazımdır.

Uşaq vaxtı düşünürdüm ki, Nilin delta -

sında yerləşmiş şəhərim Kainatın mərkəzidir.

Başa düşürəm ki, Kainat haqqında indinin

özündə də çox az şey bilirəm. İndi mən bizə

nə qədər az vaxt verildiyini bilirəm. Uşaq

vaxtı mənim üçün müvəffəqiyyət imtahanda

ən yüksək qiymət almaq idi, indi isə mən

yaxşı səhhəti, ailəmlə və dostlarımla yaxınlığı,

işdə qazanılan nailiyyətləri və başqalarına

kömək etməyi müvəffəqiyyət sayıram. Mənim

zamanın içərisi ilə səyahətim, həyatı mın məni

Nobel mükafatına gətirən bütün mərhələləri

mənə çox şey öyrətdi. Harri S.Trumenin

sözləri ilə desək, mən kim və haradan

olduğumu unutmamağa çalışırdım. Kainat

miqyasında bir zərrə olmağımıza baxmayaraq,

mən imanın və təlimin vacibliyini də yaddan

çıxartmırdım. Mən inanıram ki, biliklərin və

rasional təfəkkürün gücündən istifadə etməklə

biz insanlar, mədəniyyətlər və ölkələr arasında

körpülər sala bilərik və salmalıyıq”.

“Qeyd etmək istərdim ki, Əhməd Zevaylın

bu məqalədə verilən fikirləri onun ingilis

dilindən tərcümə olunmuş və “Zaman içrə

səyahət” adlı kitabından götürülmüşdür. Kitab

2012-ci ildə Azərbaycan Milli Ensiklope 

-

diyası tərəfindən nəşrə hazırlanmış və “Şərq-



Qərb” nəşriyyat evində çap olunmuşdur.

Vaqif Abbasov

30

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



1903-cü il

Fizika üzrə

– Parisdə qış və radioktivliyin kəşfi;

Kimya üzrə:

– Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi;

Fiziologiya və tibb üzrə:

– Günəşin nurunu dərk etmiş alimin tibb elminə verdiyi töhfə

Åëì ñàùÿëÿðè öçðÿ Íîáåë

ìöêàôàò÷ûëàðû


32

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Fransız fiziki Anri Bekkerel 15 dekabr

1852-ci ildə Parisdə anadan olmuşdur. O, orta

təhsilini böyük Ludovik liseyində aldıqdan

sonra Paris politexnik məktəbinə daxil

olmuşdur. Xətti polyarlaşmış işığa maqnetiz -

min təsirini öyrənən Bekkerel Ali Körpü və Yol

Məktəbində texnika sahəsi üzrə alimlik

dərəcəsi almışdır. Fizik atası ilə 4 il əməkdaşlıq

etdiyi vaxtlarda Yerin temperaturu haqqında bir

sıra məqalələr yazmış, lüminessensiya sahə -

sində atasının işlərini davam etdirmişdir. 1888-ci

ildə Paris Universitetinin təbiət elmləri fakül -

təsində kristallarda işığın udulması haq qında

dissertasiya işinə görə ona doktorluq dərəcəsi

verilmişdir. 

Bekkerel 1892-ci ildə atasının vəfatından

bir il sonra onun varisi kimi İncəsənət

Konservatoriyasında fizika kafedrasının müdiri

vəzifəsini tutmuş, iki il sonra isə  Körpü və Yol

İdarəsinə baş mühəndis təyin olunmuşdur. 

1895-ci ildə Vilhelm Rentgen bugünkü

gündə rentgen şüası adlandırılan, böyük ener -

jiyə və keçicilik keyfiyyətinə malik olan şüanı

kəşf etdi. Bir çox tədqiqatçı kimi, o da katod

şüa şarında yaranan lüminessensiya hadisəsini

araşdırırdı. Lakin Rentgenin katod şüalarının

üstündə apardığı araşdırmalar yeni bir növ

şüanın kəşfinə yol açdı. “Krokes şarı” adı

verilən içi boş bir şüşə şarın içərisinə yerləş -

dirilən anod və katod təcrübə qurğusu ilə

işləyirdi. Katoddan qopan elektronlar anoda

çatmadan şüşəyə dəyərək floresan adı verilən

işıq parıldamaları meydana gətirirdi. O dövrdə

bir çox elm adamının laboratoriyasında olan

“Krokes şar”ları sadəcə boşluqda elektron

ötürülməsi üçün istifadə edilirdi. Bu şüaları

araşdıran Rentgen X şüalarının elektrik və

maqnit sahələrin təsiriylə istiqamət dəyişdir -

mədiyini sübuta yetirdi. X şüalarının cisimlərin

içindən keçmə qabiliyyətlərini incələdi və bu

şüaların havanı ionlaşdırdığını ortaya çıxardı. 

Bunlarla dərindən maraqlanan Bekkerel

aydınlaşdırmağa çalışırdı ki, katodla yox, işıqla

lüminessentləşmiş material rentgen şüası

buraxa bilərmi? O, lüminessent material kimi

sulfat uranil kaliumu (uran duzlarından biri)

qara kağıza bərk bükərək fotoqrafik lövhəyə

yerləşdirməklə bir neçə dəqiqə günəş işığının

təsirinə məruz qoymuşdur. Bundan sonra o

tapdı ki, şüalanma qara kağızdan keçərək



fotoqrafik lövhəyə təsir etmiş və nəticədə uran

duzu rentgen şüası buraxmışdır. Fransız fiziki

buludlu fevral günlərində günəş görünmədiyi

üçün konstruksiyasını stolun yeşiyində bir neçə

gün saxlayır. Havanın belə şəraitdə davam

etməsi Bekkereli darıxdırırdı.  Bir neçə gündən

sonra təcrübəsini davam etdirmək istədikdə,

fotolövhədə izlərin zəifləməsini güman edirdi.

Ancaq Bekkereli təəccüb bürüdü. Belə ki,

siluet çox aydın idi. Böyük fizik görür ki,

proses günəş şüası olmadan, qaranlıqda da

gedir. Gələcəyin Nobel mükafatçısı müşahidəsi

nəticəsində belə qənaətə gəldi ki, bu cür təsirin

nəticəsi rentgen şüalarından deyil, yeni növ

keçirici radiasiyadandır.

Sonrakı aylarda o, təcrübəsini başqa lümi -

nessent maddələrlə apardı. Və tapdı ki, yalnız

uran birləşmələrindən hər hansı biri öz-özünə

şüalanır. 1896-cı ilin may ayında o, təcrübəsini

təmiz uranla apardı və tapdı ki, fotoqrafik

lövhələr o dərəcədə şüalanma göstərir ki, bu,

birinci dəfə istifadə olunan uran duzunun

şüalanmasından bir neçə dəfə çoxdur. Urana

xas olan bu möcüzəli şüalanma Bekkerel şüa -

ları adlandırıldı. 

Sonrakı illərdə Bekkerel və başqa alimlərin

apardığı təcrübələr göstərdi ki, şüalanmanın

gücü zamana görə azalmır. 1900-cü ildə

Bekkerel belə ehtimal etdi ki,  bu şüalar qismən

elektronlardan ibarət olmalıdır. Onun tələbəsi

Mari Küri isə tapdı ki, tori elementi də

Bekkerel şüalarını buraxır. Küri bunun adını

radioaktivlik qoydu. Mari Küri və onun həyat

yoldaşı Pyer Küri üzücü tədqiqatlardan sonra

iki radioaktiv elementi – polonium və radiumu

kəşf etdilər.  

Bekkerel və Kürilər 1903-cü ildə

“radioaktivliyi kəşf etdiklərinə” görə fizika

üzrə Nobel mükafatına layiq görüldülər. 

Bekkerel yazırdı: “Aydın məsələdir ki,

radioaktivliyin kəşfi bizim laboratoriyada

həyata keçirilməli idi, əgər atam sağ olsa idi,

bunu o edəcəkdi”.

Radioaktivliyin kəşfi fizikada əsl inqilab

idi. Bununla nüvə fizikasının əsası qoyuldu:

buna görə atom və nüvə daha kiçik

hissəciklərdən ibarətdir. Alimin şərəfinə

radioaktivliyin ölçü vahidi bekkerel (bk) qəbul

olunmuşdur.

Böyük fizik 25 avqust 1908-ci ildə qəflətən

ürəktutmasından vəfat etmişdir.

Rentgen şüaları kimi, radioaktivliyin kəşfi

də əvvəlcə inamsızlıq yaratmışdı. Bununla

bağlı təbiət elmlərinin Kembric klubunda

keçirilən tədbirində böyük ingilis fiziki Releyin

oğlu R.Strettin Bekkerelin müşahidələri ilə

bağlı söylədiyi nitqi tələbələrinin birinin

ucadan bu sözləri söyləməsinə səbəb olmuşdur:

“Əgər bu tarix Bekkerel haqqındadırsa, onda

enerjinin saxlanması qanununu pozur”. 

Lakin radioaktivliyin təbiəti tam aydın

olduqdan sonra belə şübhələr aradan

qalxmışdır.

33

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



34

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

İonlar nəzəriyyəsinin atası, məhlulda

elektrik cərəyanının hərəkətini izah etmiş İsveç

Svante Avqust Arrenius 1859-cu ildə Vikdə,

fermer ailəsində anadan olmuşdur. Onun bir

yaşı tamam olanda valideynləri Upsal şəhərinə

köçmüşlər. Burada Avqustun atası Svante

Qustav Upsal Universitetindəki inspektorlar

şurasında işləməmişdir. 

Məktəb yaşına çatmamış Svante Arrenius

hesabı artıq bildiyindən, atasının tərtib etdiyi

hesabatlardakı rəqəmləri böyük həvəslə top la -

yır dı. Onun səkkiz yaşı tamam olduqda vali -

deyn ləri onu şəhər kafedral məktəbinə  göndə rirlər.

O, yaxşı oxuyurdu, lakin  biolo giya, fizika və

riyaziyyata marağı daha böyük idi. 

Məktəbi bitirdikdən sonra o, Upsal

Universitetinə daxil olur və burada fizika,

kimya və riyaziyyatı öyrənməkdə davam edir.

Təhsildəki uğurunun hesabına ona təbiət

elmləri üzrə bakalavr dərəcəsi verildi.

Bundan sonra o, artıq sərbəst həyata baş la ya

bilərdi. Lakin Arrenius təhsilini  davam

etdirməyi qərara aldı və növbəti üç ildə Upsal

Universitetində fizikanı öyrəndi. 1881-ci ildə

bu ali məktəbi bitirən Arrenius Stokholma

İsveç Elmlər Akademiyasına gəlir. Məqsədi

Erik Edlundun rəhbərliyi altında elektrik

sahəsində tədqiqatlarını davam etdirmək idi. O

dövrdə elektrikin fiziki təbiəti öyrənilməmiş

qalırdı. Məsələn, təmiz suyun və quru duzun

ayrılıqda elektrik cərəyanını keçirə bilmə 

-

məsinin səbəbi bilinmirdi. Buna baxmayaraq,



duzların suda məhlulları elektrik cərəyanını əla

keçirirdi. Arrenius məhlulların elektrik keçirici -

liyinə xüsusi diqqət etməyə başladı.

Müşahidələri əsasında böyük kimyaçı belə

bir ehtimal irəli sürür: bəzi maddələrin molekul -

ları mayedə həll olduqda dissosiasiya olunur,

başqa sözlə, parçalanır. Arrenius onları ion

(yunanca “gələn”) adlandırır. O, həmçinin müəy -

yən etdi ki, bütöv molekulun elektroneytral

olmasına baxmayaraq, onun hissəcikləri müs -

bət və ya mənfi yük daşıyır. Məhz bunların

sayəsində  məhlulların elektrik keçiriciliyi təmin

olunur. Elektrik cərəyanı öz növbəsində aktiv

tərkib hissələri əks yüklənmiş elektroda

istiqamətləndirir. Məsələn, müəyyən edilmişdir

ki, natrium xlorid molekulları suda həll olun -

duqda müsbət yüklənmiş natrium atomlarına

və mənfi yüklənmiş xlor atomlarına  parçalanır.

Arreniusun təklif etdiyi hipotez onun dok -

tor luq dissertasiyasının əsasını təşkil edirdi.

Arreniusun hipotezi gözlənilməz olduğundan,

əksər alimlər onunla razılaşmırdılar. Bu səbəb -

dən fakültə şurası onun dissertasiya işini yük -

sək qiymətləndirmir. Lakin ona mühazirə oxumaq

hüququ verilmədən doktorluq dərəcəsi təsdiq -


lənir. Buna baxmayaraq, Arrenius vaxt itirmə -

dən alınmış elmi nəticələri məqalə şəklində çap

etdirir və Avropanın bir sıra aparıcı alimlərinə,

o cümlədən məşhur alman kimyaçısı Vilhelm

Ostvalda göndərir. Arreniusun məqaləsinin

təsirindən o, durmadan Upsala gəlir. Alman

kimyaçısı gənc Arreniusun təcrübələri ilə tanış

olur və onu yanına, Riqa Politexnik İnstitutuna

işə dəvət edir. Ostvaldın təklifi cəlbedici olsa

da, o, tələb olunan xərcləri ödəyə bilməyə -

cəyini nəzərə alıb, bu təklifi qəbul etmir. Amma

belə məşhur alimin onu müdafiə etməsi onun

işinə münasibəti dəyişir. Arrenius dərhal Upsal

Universitetinə lektor təyin olunur. Lakin doğma

şəhərində o, cəmi iki il işləyir. 

1886-cı ildə Arrenius İsveç Kral Elmlər

Akademiyasının təqaüdünə layiq görülür ki, bu

da onun xaricə getməsinə imkan yaradır. Arrenius

əvvəlcə Riqaya gəlir, Ostvaldın  laboratoriya -

sında bir müddət işlədikdən sonra Vürsburqa

gedir və orada məşhur kimyaçı Frix Kolrauşun

tələbəsi olur. Buna baxmayaraq Arrenius elmi

əlaqələrini genişləndirməkdə davam edir.

İş prosesində o, Valter Nernst ilə tanış olur.

Sonra Arrenius Lüdviq Boltsmanın dəvəti ilə

Qrats şəhərinə gəlir və geriyə qayıdarkən bir

neçə həftə Amsterdamda qalır və Yakob Vant-

Hoffun laboratoriyasında onun işləri ilə maraq -

lanır. Bu laboratoriyada onun maraq dairəsi

osmotik təzyiqlə bağlı idi. O, nazik membran

ilə ayrılmış iki müxtəlif məhlulların qatılıq -

larının bərabərləşməsinin səbəbini öyrənmək

istəyirdi.

İsveçə qayıdan Arrenius Stokholm Univer -

sitetində fizika üzrə mühazirələr oxumağa

başlayır və 1895-ci ildə professor vəzifəsini

tutur. 1897-ci ildə isə universitetin rektoru təyin

olunur. 


XIX əsrin 90-cı illəri ərzində Arrenius

özünün elektrolitik dissosiasiya nəzəriyyəsini

işləyib hazırlayır və osmotik təzyiq üzrə tədqi -

qatlarını davam etdirir. Arrenius tədricən belə

nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin

elektrolitik dissosiasiyanın məxsu 

siliyi ilə

bağlıdır. Gələcəyin Nobel mükafatçısı Vant-

Hoff formulunun doğruluğunu təsdiq etməklə

yanaşı, həmçinin israr edirdi ki, osmotik  təzyiq

məhlulda olan ionların sayın 

dan asılıdır.

Əslində, Arrenius elmdə bununla elektrokimya

adlanan yeni istiqamətin əsasını qoydu.  

Svante Avqust Arrenius 1903-cü ildə “kimya

elminin inkişafında özünün elektrolitik dis -

sosiasiya nəzəriyyəsinin xüsusi roluna görə”

Nobel mükafatına layiq görüldü. Mükafatın

təqdimolunma mərasimində İsveç Kral Elmlər

Akademiyasının katibi X.R.Tyepnebld qeyd

etmişdi: “Arreniusun ionlar nəzəriyyəsi elek -

tro  kimyanın keyfiyyət əsasını qoymuşdur, ona

riyazi yanaşmanı tətbiq etməyə imkan ver -

mişdir. Eyni zamanda Arrenius Vant-Hoff tərə -

findən başlanan tədqiqatlar proqramını başa

çatdırmaqla kifayətlənmədi, həm də keyfiyyət

göstəricilərindən kəmiyyət göstəricilərinə

keçdi”. 


Arrenius izohidriqlik haqqında təlim yarat -

mış, duzların hidrolizi nəzəriyyəsini işlə yib

hazırlamışdır. Elektrolitlərin əksər disso siasiya

proseslərinin ekzotermiki xarakterini və bu

proseslərin sürətinin və tamlığının tempe ratur -

dan asılılığını müəyyən etmişdir. 



35

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



Həm də kimyəvi kinetika ilə məşğul olan

böyük İsveç alimi reaksiya sürətinin temperatur

asılılığının izahı, aktiv, izafi enerjiyə malik və

kimyəvi qarşılıqlı təsirə daxil ola bilən

molekullar haqqında təsəvvürlər kimi mühüm

kəşflərini etmişdir.

Nobel laureatı alim aktivləşmə enerjisi AE

anla 


yışını irəli sürdü və reaksiyanın sürət

sabitinin A molekulların toqquşmalarını sayı

faktorundan, temperaturdan və AE-dən asılılıq

tənliyini təklif etdi.

Arrenius fizikanın bir çox sahələrində də

tədqiqatlar aparmışdır: 1883-cü ildə kürəvari

ildırım haqqında məqalə çap etdirdi, atmosferə

günəş radiasiyasının təsirini öyrəndi, buzluqlar

dövrünün iqlim dəyişmələrinə izah axtardı,

vulkanik  aktivliyin öyrənilməsinə fiziki-kim -

yəvi nəzəriyyələri tətbiq etməyə cəhd gös tərdi.

Arrenius, ilk dəfə olaraq, belə bir nə zə riyyə

irəli sürdü: atmosferdə  karbon qazı nın toplan -

ması orta temperaturun yüksəl mə sinə şərait

yaradır, başqa sözlə, istilikxana effekti

haqqında hipotezi söylədi. 

1901-ci ildə o özünün bir neçə əməkdaşı ilə

Ceyms Klerk Maksvellin kosmik radiasiyanın

hissəciklərə təzyiq etməsi haqqında hipotezini

təsdiq etdi. Arrenius bu hadisəni öyrənməkdə

davam etdi və bundan istifadə edərək Şimal

qütb şəfəqlərinin və günəş tacının təbiətini izah

etməyə cəhd göstərdi. O, həmçinin ehtimal

edirdi ki, kosmik fəzada işığın təzyiqi hesabına

sporlar və digər canlı toxumlar yarana bilər. 

Arreniusun bir sıra işləri təkamül astrofizi -

kasına həsr olunmuşdu. O, hesab edirdi ki,

Günəş sistemi ulduzlararası toqquşmalar

nəticə sində  yaranmışdır.

1902-ci ildə Arrenius immunokimya sahə -

sində tədqiqatlara başladı, canlı orqanizmlərdə

kimyəvi reaksiyaları öyrəndi. Həmçinin o, süni

dillər üzərində  düşünmüş, özünün ingilis dili

modifikasiyasını təklif etmişdir. 

Qeyd edək ki, Arreniusun  nəzəriyyələri

onun dövrünün alimləri tərəfindən tez-tez

tənqid olunurdu. Onu tənqid  edənlər arasında

məşhur kimyaçı alim Dmitri İvanoviç

Mendeleyev də var idi (məhlulların fiziki-

kimyəvi nəzəriyyəsini yaratmışdı). Mende 

-

leyev Arreniusun təkcə dissosiasiya haqqındakı



ideyasına qarşı çıxmamışdı, həmçinin məhlul -

ların təbiətinin başa düşülməsinə: həll olan və

həlledici maddələr arasında kimyəvi qarşılıqlı

təsirləri (su olduqda hidratasiya və ya ümumi

halda solvatasiya) nəzərə almayan təmiz

“fiziki” yanaşmanı da tənqid edirdi.

Arreniusun nəzəriyyəsi qatı elektrolit

məhlullarında özünü tam doğrultmurdu, çünki

o, ionlararası (elektrostasik) qarşılıqlı təsiri

nəzərə almamışdı.

Sonralar İ.A.Kabulkov, V.A.Kistyakovski,

Q.Lyuis, P.Debay və E.Hükel ionlararası qarşı -

lıqlı təsir faktorunu nəzərə alan düzəlişləri dis -

sosiasiya nəzəriyyəsinə daxil etdilər. 

Arrenius və Mendeleyevin baxışları sonra -

lar turşuların və əsasların proton nəzəriy 

-

yəsində birləşdirildi. Arrenius çoxlu sayda



təl tif  lərə və mükafatlara layiq görülmüşdü:

Nobel mükafatı;



London Kral Cəmiyyətinin Devi adına

medalı (1902);

Amerika Kimya Cəmiyyətinin Villard



Gibs adına ilk medalı (1911);

Britaniya Kimya Cəmiyyətinin



Faradey medalı (1914);

İsveç Kral Elmlər Akademiyasının üzvü;



London Kral Cəmiyyətinin xarici üzvü;

Almaniya Kimya Cəmiyyətinin xarici



üzvü;

Peterburq Elmlər Akademiyasının



xarici müxbir üzvü (1903-cü ildən);

SSRİ Elmlər Akademiyasının fəxri



üzvü (1926-cı ildən).

Arrenius 1927-ci il oktyabrın 2-də

Stokholmda vəfat etmişdir.

36

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



37

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Danimarka fizioterapevti Nils Finsen 1860-cı

ildə Britaniya adalarından 300 km şimalda yer -

ləşən Farer adasında qulluqçu ailəsində anadan

olmuşdur. Həmin adada yerləşən Tors xavn əyalə -

tində ibtidai təhsilini bitirdikdən sonra o, Herluf s -

holmda hazırlıq məktəbinə daxil olmuşdur.

Burada aşağı sinif şagirdlərinə olan münasibət

onu qane etmədiyindən  dərs lərin çoxuna get -

məmişdir. 

Finsen Reykyavikdə orta məktəbə keçdikdən

sonra təhsilində dönüş yaranmışdır. Onun sağ -

lam lığının zəifliyi ucbatından hərəkət aktivli -

yində ciddi məhdudiyyətlər yaranmışdı. Qütb

zonasından azacıq aşağıda İslandiyada yaşayan

Nils hələ uşaq yaşlarından günəş enerjisinin can -

lı 


ların həyatında əhəmiyyətli rol oynadığını

anlamağa başlamışdı. Gələcəyin Nobel mükafat -

çısı hiss etmişdi ki, günəş şüalarının altında nə

qədər çox dayanırsa, bir o qədər özünü yaxşı hiss

edir. Buradan gəldiyi qənaət bu olur ki, canlı

varlıqlar günəş şüala rının dəyişməsinə çox həssas

olurlar.  

O yazırdı: “Buludlu havada günəşə imkan

verin ki, qəflətən buludların arasından özünü

göstərsin və bundan sonra ətrafda hər şeyin necə

dəyişdiyini görəcəksiniz. Yuxulu həşərat 

lar


dərhal qanadlarını düzəldəcək, kərtənkələ və

ilanlar sürünməyə, quşlar isə oxumağa başlayacaq”.

1852-ci ildə Kopenhagen Universitetinə daxil

olan Nils tibbi tədqiqatlarını davam etdir məyə

başlayır. Bu illərdə artıq Lui Paster və Robert

Kox xəstəliklərin bakterial nəzəriyyə sini kəşf

etmişdilər. O, Kopenhagenə gəldiyi birinci ildə

onda xəstəlik simptomları aşkar edilir. Ona

əvvəlcədən qoyulan ürək xəstəliyi diaqnozu səhv

idi. Sonradan məlum olur ki, o, qaraciyərin

psevdosirrozundan (yunanca Sirros “kürən”)

əziyyət çəkir və bu xəstəlik qara ciyərin şiddətli

şəkildə sıradan çıxmasına səbəb olur. Səhhətinin

get-gedə pisləşməsinə baxma yaraq, Finsen 1891-ci

ildə Kopenhagen Univer si tetini tibb dərəcəsi üzrə

bitirir. Ali təhsildən sonra o, cərrahiyyə

kafedrasında prozektor (anato miya və cərrahlıq

kafedralarının assis 

tenti) vəzifəsini tutur. Bu

illərdə onda inkişaf edən astit (qarın yatalağı)

xəstəliyi böyük tədqi 

qatçını əlil kreslosuna

bağlayır. 

Buna baxmayaraq, Finsen 1892-ci ildə Lyuteran

rahibinin qızı İnqeborq Balslevlə ailə qurur və bu

nikahdan onların 4 övladı dünyaya gəlir.

Elə bu illərdə o, işığın terapevtik təsirini

öyrənməyə başlayır. Əvvəlki tədqiqatlardan ona

məlum idi ki, işıq bir sıra bakteriya dəstə sinin

inkişafını ləngidir, yaxud onları məhv edir. 1889-cu



ildə İsveç alimlərindən biri tapdı ki, ultrabə -

növşəyi şüalar bioloji toxumalara infraqırmızı

şüalardan daha güclü təsir göstərir. 

Filsen apardığı müşahidələr nəticəsində işığın

həşəratlara, salamandralara, çömçəquy ruq lulara,

amfibiyaların rüşeymlərinə təsiri haqqında

nəticələr əldə etdi.

Təcrübələrin gedişatında o, aşkar etdi ki,

çömçəquyruğuna düşən günəş şüası toxuma larda

iltihab yarada bilər, ultrabənövşəyi şüa isə qur -

bağa embrionlarına daha güclü təsir göstə rir, nəinki

infraqırmızı şüalar. Buradan belə nəticə çıxır ki, işıq

və onun yoxluğu tera pevtik effektə malikdir.

1893-cü ildə Filsen qırmızı şüanın çiçək

xəstəliyini müalicə etməsinin təbliğatını apar ma -

ğa başladı. O, təsdiq etdi ki, yalnız günəş şüası

qırmızı şüa süzgəcindən keçdikdən sonra dəri

zədələrinin sağalmasına və dəridə eybəcər

çapıqların birləşməsinə səbəb ola bilər. Onun

nümayiş etdirdiyi “qırmızı otaq” uğurlu alın dıq -

dan sonra Filsen universitet kafedrasından istefa

verərək özünü şüa müalicəsinin tibbi aspekt -

lərinin öyrənilməsinə həsr etmişdir. Bu sahədə

onun 1893–1894-cü illərdə çap etdir diyi  məqa -

lələr ona ciddi tədqiqatçı nüfuzu qazan dırmışdır.  

Tədqiqatlarının sərhədlərini genişləndirən

Filsen seçdiyi süni işıq mənbəyi olan qövsşə killi

kömür lampası vasitəsilə eksperi 

ment 

lərini


davam etdirməyə başlayır. O, aydınlaşdırmaq

istəyirdi ki, bu üsul dəri xəstəlikləri içərisində

müalicəyə tabe olmayan adi qurdeşənəyinin (dəri

vərəminin)  müalicəsi üçün effektli ola bilərmi? 

1895-ci ildə “Kopenhagen – elektrik layt

uorks” firmasının cihazlarından istifadə etmək

üçün müqavilə bağlayan tədqiqatçı həkim dəri

vərəminin müalicəsinə başlayır. O, xəstələri 25

A sabit elektrik cərəyanı şiddətində qövsşəkilli

kömür lampasının buraxdığı ultrabənövşəyi

şüalarla hər gün iki saat prosedura dəvət edirdi.

Bir müddətdən sonra dərinin çapılmış nahiyə -

lərində sağalma müşahidə olunmağa başladı.

1896-cı ildə Kopenhagendə Şüa Müalicəsi

İnstitutu yaradıldı və Finsenin özü həmin insti -

tuta direktor təyin olundu. Bu institutda minimal

dəri zədələnmələrinin müalicəsi üçün ultrabə -

növşəyi şüaların dozasının artırılmasına imkan

verən Finsen qövsşəkilli vannaları ilə müalicə

metodları işləndi. Son 5 ildə dəri vərəmi

xəstəliyindən əziyyət çəkən 800 xəstə Finsen

İnstitutunda müalicə kursu keçdilər. Xəstələrin

50 faizində tam sağalma, 45 faizində isə qismən

sağalma müşahidə olundu. Finsenin “gələcəkdə

Danimarkada bu növ xəstəlik olmayacaq” fikri

öz təsdiqini tapmağa başladı. 

1903-cü ildə Nils Finsen “tibb elminin

qarşısında geniş üfüq açan işıq şüasının köməyi

ilə xəstəliklərin, xüsusilə dəri vərəminin müali -

cəsi sahəsindəki mühüm işlərinə görə” fiziolo -

giya və tibb sahəsində Nobel mükafatına layiq

görüldü. 

Karolin İnstitutunun əməkdaşı K.Merner

təntənəli mərasimdə bunları söylədi:  “Bu metod

irəliyə doğru atılmış nəhəng addımdır. Finsen

tibb sahəsində elə bir uğura imza atdı ki, bu iş

tibb elminin tarixində heç vaxt unudulmayacaq”. 

Böyük tədqiqatçı həkim Finsenin xəstəliyi

ona təntənəli mərasimdə iştirak etməyə və nitq

söyləməyə imkan vermədi. Xəstəliyinin daha da

kəskinləşməsinə baxmayaraq, o, sonadək günəş

şüasının müalicəvi xassəsinə inanaraq

Kopenhagendəki evinin damında günəş şüaları

qəbul etmək üçün xüsusi vanna quraşdırmışdı.  

Finsen 43 yaşında Kopenhagendə dünyasını

dəyişdi. 

O, qısa, lakin məhsuldar ömründə Dani 

-

marka, İslandiya, Almaniya, Rusiya və s. ölkə -



lərin nüfuzlu elm cəmiyyətlərinə üzv seçil mişdir.

Edinburq Universitetində oxuduğu mühazi rə lə rə

görə isə Kameron mükafatına layiq görül müşdür. 

Finsenin günəş işığının müxtəlif şüalarının

müalicəvi təsiri haqqında böyük kəşfi bir çox

yeni kəşflərin yaranmasına, təbabətin imkan -

larının genişlənməsinə yol açmışdır. Maraqlısı

odur ki, dünyada analoqu olmayan müalicəvi

Naftalan neftindən alınan Ağ Naftalan yağının

dəri xəstəliklərində, dayaq-hərəkət aparatı xəstəliklə -

rinin müalicəsində ultrabənövşəyi şüa larla birgə

istifadəsinin çox yüksək müali cəvi effekt verdiyi

Azərbaycan alimləri tərəfin dən aşkar olun muş -

dur və hazırda tibdə bu birgə müalicə üsulu geniş

istifadə edilir.  

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə