universitetlərinin klinikaları
ilə bir səviyyədə
dayana biləcək bir klinikadır.
Möhtərəm Prezident, böyük məmnuniy -
yətlə istərdim Sizə məruzə edim ki, son illər
Tibb Universitetində bu klinikalarda uğurla
çalışa biləcək kadr potensialı yetişibdir və
yetişməkdədir. Ona görə Sizi əmin edirəm ki,
bu klinikanın kadr potensialı ilə bağlı da bir
problemimiz olmayacaqdır. Bu gün tədris-
terapevtik klinikasında dünyanın müxtəlif
aparıcı klinikalarından dəvət olunmuş 10
nəfər korifey sənətkar çalışır. Bu sənətkarlar
həm tədrislə, həm müalicə işləri ilə məşğul
olurlar, bu və ya digər sahənin inkişaf
etdirilməsi üçün bizə son dərəcə kömək
edirlər. Bu da Sizin göstərdiyiniz qayğının
nəticəsidir.
Möhtərəm cənab Prezident, bu gün bu
klinikanın müxtəlif şöbələrini gəzərkən, mən
bütün bunların hamısını Sizə məruzə etdikcə,
digər klinikalar barəsində danışdıqca dedim
ki, bunların hamısının səbəbi son on ildə baş
vermiş hadisələrdir, Ulu Öndər Heydər Əliyev
siyasətinin ölkəmizdə uğurlu davamı və bu
uğurlu davamın aparıcısı kimi Sizin xidmət -
ləri nizdir. Bu gün Tibb Universitetindəki bu
möhtəşəm işlər Azərbaycanda görülən işlərin
cüzi bir hissəsidir. Budur Heydər Əliyev
siyasətinin Azərbaycana verdiyi töhfələr.
Buna görə bizim əsasımız vardır bu gün
deyək, bir daha vurğulayaq ki, Ulu Öndərin
siyasəti Azərbaycan xalqını xoşbəxt günlərə
aparan, yeganə və alternativi olmayan bir
siyasətdir. Azərbaycan xalqının mütləq
əksəriyyəti kimi, Tibb Universitetinin profes -
sor-müəllim heyəti, tələbələri Heydər Əliyev
siyasətini dəstəkləyir və bu siyasətin davamlı
və daimi olması üçün əlindən gələn bütün
işləri edəcəkdir.
Möhtərəm Prezident, son olaraq icazə
verin, bu möhtəşəm klinikanı Tibb Universi -
tetinə hədiyyə etdiyiniz üçün professor-
müəllim heyəti, tələbə kollektivi adından bir
daha Sizə dərin təşəkkürümü, səmimi
minnətdarlığımı bildirim. Sizi əmin edirik ki,
bu klinika Azərbaycan xalqının sağlamlığının
keşiyində möhkəm duracaq, Sizin qarşıya
qoyduğunuz bütün məsələləri yerinə
yetirəcəkdir.
Ayrıca olaraq, mən Mehriban xanıma da
kollektiv adından bir daha dərin təşəkkürümü
bildirirəm.
Dostları ilə paylaş: