Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1.02 Mb.
PDF просмотр
səhifə4/15
tarix07.12.2016
ölçüsü1.02 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

22

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



elm və texnologiya varlı xalqların imtiyazıdır.

Başqaları elmi tərəqqini israfçılıq sayır və

düşünürlər ki, onunla ölkə üçün daha vacib və

daha həyati məsələləri həll edəndən sonra da

məşğul olmaq mümkündür. İnkişaf etməkdə

olan və yetərincə varlı ölkələrin bəziləri hesab

edirlər ki, tərəqqi üçün bazanı inkişaf etmiş

ölkələrdə istehsal olunmuş texnologiyaların

satın alınması yolu ilə də təmin etmək olar. Bu

cür yanaşmalar kiçik, ən yaxşı hallarda isə

ortasəviyyəli, bir qayda olaraq, böyük

institutlar və elmi qruplar tərəfindən deyil,

fərdi qaydada əldə olunan elmi nailiyyətlərə

gətirib çıxarır. Bu cür mürəkkəb problemlər

onunla bir az da çətinləşdirilir ki, bir çox

şüarlar, verilişlər, hesabatlar, bütövlükdə

situasiya haqqında təsəvvür verməyərək,

yalnız lokal istehlak problemini işıqlandırırlar.

İnsan fikrinin məhdudlaşdırılması. Əsl

tərəqqi əsas problemlərin birgə həllində iş

bilən insanların iştirakını tələb edir. Qərbdə bu

işdə bu biliklər və ideyalar mübadiləsində

müxtəlif sahələri təmsil edən həm cavan, həm

də yaşlı insanlar iştirak edirlər. Yekun olaraq

cəmiyyətin bu və ya başqa sahəsində nələrin

edilməli olduğu ilə bağlı dəqiq tövsiyələr

hazırlanır. Bir çox inkişaf etməkdə olan

ölkələrdə bu cür yanaşma kağızda bəyan

edilsə də, praktikada işləmir. Bunun səbəbləri

çoxdur: həm iyerarxik zehniyyətlər, həm də

yaşlı nəslin birinciliyi sistemi insanlara öz

fikirlərini sərbəst ifadə etməyə imkan vermir.

Baxmayaraq ki, Qərb demokratiyaları

idarəetmənin yeganə uğurlu modeli deyil,

problemlərin demokratik həlli təcrübəsinin

olmaması kollektiv insan şüurunu boğur,

qanunvericilik bazasının tərəqqisini daraldır,

insan potensialını əngəlləyir.

Konstitusiya hüququ və fanatizm. Çaş -

qınlıq və xaos bəşəriyyətin əhəmiyyətli bir

hissəsi tərəfindən dinin vacib həqiqətlərinin,

etik, mənəvi və humanist dəyərlərin başa

düşülməməsindən və təhrif edilməsindən

doğur. Dünyada yaşayan bir milyarda yaxın

müsəlman üçün, məsələn, İslam Müqəddəs

Quranda həmin dəyərləri tam və dəqiq ifadə

edir. Quran bəşəriyyətin varlığı və birliyinə,

anadan olandan ölənədək insan həyatına, hətta

elmə və biliklərə aid təməl həqiqətlərini aydın

ifadə edir. “Oxu!” – Peyğəmbərin birbaşa

vəhylərinin birinci surəsinin birinci sözü məhz

budur (Quran, 96:1). Bir çox başqa surələrdə

də biliyin, elmin və təlimin vacibliyindən

danışılır. Peyğəmbərin hədislərindən birində

deyilir: “Allah cənnətin yolunu bilik axta rış -

larında səyahət edən hər kəs üçün asan etdi”.

Lakin bilik axtarışı birinci pillədir. Quran

vurğulayır ki, uğur və inkişaf uğrunda müba -

rizədə əsas rol insanların özlərinə məxsusdur:

“Həqiqətən, Allah, bunu özləri etməyənə qədər,

heç bir insanın vəziyyətini yaxşılaşdırmaz”.

Bütün birliklər və dinlər özlərində

müəyyən fanatizm elementi də daşıyır, lakin

əgər bu fanatizm qanun səviyyəsinə

qaldırılmışdırsa, milli təhlükəsizlik üçün

təhlükə yaradırsa, birlik son nəticədə iflasa

uğrayır. Situasiyanın dünya iqtisadiyyatındakı

nəhəng qeyri-bərabərlik fonunda özünün

uzlaşdırılmamış siyasəti və aqressiv kütləvi

informasiyası ilə Qərbin başçılığı gərgin ləş di -

rir. Bu fon dini və mədəni dəyərlərin itirilməsi

və ya təhrif olunması üçün real şərait yaradır.

İşsizliklə birgə o, tərəqqinin kəskin şəkildə

inkar edilməsinə gətirib çıxarır, narazılığı və

ümidsizliyi dağıdıcı məcraya yönəldir.

Bu çoxtərəfli problemlərin həlli üçün bəs

nə lazımdır? Ümumi mənzərəni çərçivələyən

çoxsaylı mədəni və dini motiv səbəbindən

cavab bayağı ola bilməz. Bununla belə, mən

inanıram ki, yuxarıda adları çəkilən dörd amil

göstərir ki, aşağıdakı vəzifələri həll etməklə

əhəmiyyətli tərəqqiyə nail olmaq mümkündür:

1) savadsızlığın ləğv edilməsi, qadınlara

23

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



cəmiyyətdə aktiv rol verilməsi və təhsil

sistemində islahatların keçirilməsi yolu ilə

insan ehtiyatlarının gücləndirilməsi; 2) milli

konstitusiyaların fikir azadlığını təmin etməli,

bürokratiyanı minimuma endirməli, insan larda

inam doğuran qanunlar sistemini yaratmalı

konstitusiya olması məqsədilə dəyişdirilməsi;

3) elmi bazanın inkişafı. Tərəqqinin sonuncu

tərkib hissəsi inkişaf və dünya qloballaş 

-

masına daxil olma üçün böhranlıdır və buna



görə də həmin hissəni daha ətraflı müzakirə

etmək lazımdır.

Uğurlu olması üçün sağlam elmi struktur

öz komponentlərinin – elmi bazanın, texnolo -

giyanın və cəmiyyətin qarşılıqlı əlaqəsinə

əsaslanmalıdır. İlk olaraq, elmi baza haqqında.

Onun əsasını qabiliyyətli olanlar üçün xüsusi

təhsilin təşkil edilməsi, gənc alimlərə öz baca -

rıqlarını üzə çıxarmaq imkanı verən ali səviy -

yəli mərkəzlərin mövcud olması, biliklərdən

ölkənin (bəlkə də, bütün dünyanın) sənayesi

və iqtisadiyyatı üçün faydalı şəkildə istifadə

edilməsi üçün elmi baza məktəb və univer -

sitetlərdə ümumi təhsil sistemi ilə sıx qar şılıqlı

münasibətdə inkişaf etməlidir. Təd qiqatların

elmi mədəniyyətdə qəbul olunmuş, əmək 

-

daşlıq və həqiqət axtarışlarında ümumi səylər



tələb edən etikaya uyğun aparılması üçün

kiçik də olsa, elmi bazanın olması mütləqdir.

Elmi tərəqqidə əminliyin dərk edilməsi və

ölkəsinə görə qürur hissi cəmiyyətin maarif -

lənməsinə şərait yaradır.

24

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



İkincisi, texnologiyaların inkişafı. Elmi

baza milli və beynəlxalq səviyyələrdə texno -

lo giyaların inkişafı üçün əsas yaradır. Elmi

yanaşmadan istifadə etməklə, dövlət öz

tələbatlarını dəyərləndirə və ehtiyatlarını uğurlu

texnoloji həllərə, məsələn, kənd təsərrüfatına,

səhiyyəyə, idarəetməyə, informasiyaya, ola

bilər ki, dünya bazarında iştiraka istiqamət -

ləndirə bilər.

Üçüncüsü, cəmiyyət, onun elmi mədəniy -

yəti. İnkişaf etməkdə olan ölkələrin ədəbiyyat,

əyləncə, idman, tarix sahələrində özlərinin

zəngin mədəniyyəti vardır. Lakin onların

çoxunda elmi mədəniyyət zəifdir, ya da ki,

ümumiyyətlə, yoxdur. Elmi mədəniyyət

dövlətin mürəkkəb problemləri dərk etmək və

rasional tərzdə həll etmək imkanlarını artırır,

cəmiyyəti, ayrı-ayrı səsləri kollektiv xor şəklində

birləşdirərək, möhkəmləndirir. Bir halda ki,

elm əyləncə qədər hiss olunan və mənimsə -

nilən deyil, ona görə də bütün sahələrdə –

qidalanma və genetikadan dünya bazarının

yüksək texnologiyalarına qədər – elmi biliklər

hamı üçün anlaşıqlı olsun. Daha güclü elmi

baza elmi mədəniyyətin zənginləşməsini,

rasional məhsulların tətbiqini mümkün edir,

cəmiyyətin inkişaf potensialını və onun

bəhrələrini dəyərləndirməyi öyrədir. Millətin

gələcəyi olan gənclik bu cür mədəniyyətdən

real fayda görəcək.

Bu cür strukturun yalnız inkişaf etmiş

ölkələrin üstünlüyü, kasıb ölkələr üçün əsas

maneə olması haqqında konsepsiya yanlışdır.

Bundan başqa, çoxları konspirasiya nəzəriy -

yəsinə inanır, bu nəzəriyyəyə görə, dünya

inkişaf etməkdə olan ölkələrə kömək etmə -

yəcək, buna görə də onlar biliklərin hərəkətinə

nəzarət etməlidirlər. Birinci rəy yumurta və

toyuqla bağlı məlum paradoksu xatırladır:

inkişaf etmiş ölkələrin statuslarına çatana kimi

onlar da inkişaf etməkdə olan ölkələr idilər.

Çin, Hindistan kimi ölkələrin dünya bazarın -

dakı müvəffəqiyyətləri onların inkişaf etmiş

təhsil sistemlərinin və iqtisadiyyatın müəyyən

sahələrində texnoloji nailiyyətlərin birbaşa

nəticəsidir: Hindistan kompyuter təminatı

sahəsində dünya liderlərindən birinə çevrildi,

“Çində istehsal olunmuşdur” markalı çoxişlə -

nən mallara isə dünyanın istənilən nöqtəsində

rast gəlmək olar.

“Konspirasiya nəzəriyyəsi”nə gəlincə isə,

şəxsən mən ona xüsusi əhəmiyyət vermirəm

və hesab edirəm ki, millətlərə bir-birinin maraq -

larına uyğun qarşılıqlı fəaliyyətdə olmaq daha

sərfəlidir. Əgər fərq çox böyükdürsə, qarşılıqlı

maraq, daha doğrusu, daha inkişaf etmiş

tərəfdaşın marağı yoxa çıxır. Əgər fərq azalarsa,

onda qarşılıqlı fəaliyyətdə olan ölkələr bir-

birinə qarşı xüsusi bir cazibə hiss etməsələr

də, informasiya əldə etmək (xüsusilə elmi

informasiya) asanlaşacaqdır. Konspirasiya

nəzəriyyəsi çərçivəsində mövcud olmaq

tərəqqiyə doğru aparmır. İnki 

şaf etmiş və

inkişaf etməkdə olan ölkələrin əməkdaşlıq

etməsində zəruri olan məsuliyyətin başa

düşülməsi və qəbul edilməsidir. Mənim

tərəfdaşlıq layihəmdə mən, aşağıda göstərilən

kimi, ikitərəfli məsuliyyəti nəzərdə tuturam”.

Əhməd Zevayl ABŞ kimi güclü bir

dövlətin də gələcəyi ilə bağlı narahatlığını,

əsasən, təhsil və elmi-tədqiqat problemləri ilə

bağlayır: “Hətta bütün bunlarla birlikdə, məni

Amerikanın gələcəyi ilə bağlı narahatlıq onun

üç probleminə görə tərk etmir. Bunlar təhsil

və elmi-tədqiqat problemləri, ölkədəki mövcud

zorakılıq problemləri, eləcə də dünyanı

görmənin məhdudluğu problemləridir. Birincisi,

təhsil və tədqiqatlar. ABŞ-da ən yaxşı təhsil

25

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



almaq mümkündür, lakin o, əhalinin əksəriy -

yəti üçün əlçatmazdır. Bundan da başqa, ölkə

heç səy də göstərmir ki, elm hər kəsin – həm

varlı, həm də kasıb insanın təhsilinin bir

hissəsinə çevrilsin. İkinci pillə məktəblərində

keçirilmiş riyaziyyat üzrə ümumdünya

testlərinin nəticələrinə görə, ABŞ on yeddinci

yer tutur. Bu qədər aşağı yeri müəyyən dərə -

cədə onunla izah etmək olar ki, testlərdə bəzi

ölkələrdən yalnız elit məktəblərin şagirdləri

iştirak etmişdi, amma bununla belə, mən daha

yüksək nəticələr gözləyirdim. 

Bu problemin bir tərəfi də təhsil sistemi

problemi ilə bağlıdır. Yeniyetmələrin müasir

texnologiyalar dünyasında irəli getmək

yollarını öyrəndiyi özəl məktəblər imtiyazlı

siniflərə xidmət edirlər. Bu məktəblərdə

nəinki yetərli sayda kompyuterlər var, həm də

şagirdlər xüsusi hazırlıq keçmiş müəllimlərin

rəhbərliyi altında həmin kompyuterlərdən

tənqidi təfəkkürün formalaşdırılması, dün 

-

yanın dərk edilməsi, inkişafın yeni üfüqlərinin



açılması üçün istifadə edirlər. Adətən, belə

məktəblərin şagirdləri yaxşı oxu 

yurlar və

onlardan çoxu kollecə daxil olmağa və

sonrakı uğurlu karyeraya hazır olurlar. Eyni

zamanda bəzi rayonlarda kütləvi məktəblər

maddi təminat və peşəkar müəllimlərlə bağlı

qıtlıq hiss edir. Bu cür məktəblərin problem -

lərinin nəticəsi kimi, onların məzun 

ları


cəmiyyətdə uğur qazanmaq iqtida rında olmur -

lar, onlardan bəziləri isə zorakılıq üzərində

qurulmuş həyat yolunu seçirlər. Ən varlı

ölkələrdən birindəki bu qeyri-bərabərlik

mütləq aradan qaldırılmalıdır, belə ki, rəqabət

dünyasında çiçəklənmə əhalinin maksimum

hissəsinin məhsuldar işləməsini tələb edir. 

Problemin başqa tərəfi xüsusi elmi təh -

sildir. Amerika elminin böyük nailiyyətləri

fonunda onların kütləvi informasiya vasitə -

lərində nə dərəcədə zəif işıqlandırılması

təəccüb doğurur. Mən həm də elmin əsas

məqsədlərinin başa düşülməməsinə təəccüblə -

nirəm. Mən ona görə təəccüblənirəm ki,

Amerikadan daha çox şey gözləyirdim. Eyni

zamanda xoşuma gələn bir cəhət də var ki,

amerikalılar elmin gündəlik həyatda rolu ilə

maraqlanır, xüsusilə də təbabət və müdafiə

sahələri, ya da kosmosun mənimsənilməsi

kimi böyük nailiyyətlər sahəsi üzrə özünütəh -

sillə həvəslə məşğul olurlar. Bəzi amerikalılar

elmə şübhə ilə yanaşırlar və onların dəlilləri

həqiqət payından da xali deyil, lakin mütə -

rəqqi texnologiyaların həmişə həm də mənfi

tərəfləri vardır.

Atom enerjisinin mənimsənilməsi atom

bombasının yaradılması ilə nəticələndi, amma

həm də müasir həyati problemlərin həllinə

kömək edən güclü enerji mənbəyini də açıq -

ladı. Lazerdən raketlərin tuşlanması üçün isti -

fadə edilir, lakin onlar cərrahiyyədə də işlənir.

Bütün bunlarla birgə, biz özümüzü, ətraf

aləmi, bir hissəsi olduğumuz Kainatı daha

yaxşı başa düşməyə kömək edən yeni biliyin

özlüyündə çox böyük əhəmiyyətini yaddan

çıxarmamalıyıq. Elmi təhsilə malik cəmiyyət -

lər texnologiyaların müsbət və mənfi cəhətlə -

rini götür-qoy edə və birincilərdən daha yaxşı

həyata nail olmaq üçün istifadə edə bilərlər.

Şübhəsiz, səhvlər də qaçılmazdır, lakin

bütövlükdə elmi tərəqqi həyat üçün vacibdir.

ABŞ-dan yan keçməmiş bir hal, ehkam -

çılıq da narahatlıq doğurur. Elm və din, əgər

hər iki tərəfdə ön planda ehkam durmursa,

münaqişəyə girmirlər. Mən başa düşə

bilmirəm, niyə valideynlər uşaqlarının təka -

mül nəzəriyyəsini öyrənmələrinə mane olurlar.

Münaqişə hələ 1925-ci ildə başlamışdır. O



26

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



vaxt Tennesidə biologiya müəllimi işləyən

Con Skoups öz tələbələrinə Darvinin

nəzəriyyəsini öyrətmək istədi və bununla

antitəkamül qanununa meydan oxudu. O

dövrün iki ən bəlağətli natiqinin – Koarens

Darrounun və Uilyam Cenninqs Brianın üz-

üzə dayandığı məşhur məhkəmə prosesində o,

təqsirli bilindi. Başqa, daha müasir bir

misalda, Kanzas ştatının qanunvericilik

məclisi təkamül nəzəriyyəsinin müasir təhsil

üçün doğurduğu nəticələrlə birgə tədrisinə

qadağa qoydu. Bəli, insanlar dini əqidələrinin

tələb etdiyi şeylərə inana bilərlər, lakin

müəllimlər heç nədən çəkinmədən və heç

nədən ehtiyatlanmadan öz şagirdlərinə qəbul

olunmuş və sübuta yetirilmiş elmi konsepsi -

yaları, o cümlədən də təkamül nəzəriyyəsini

tədris etməlidirlər.

Nəhayət, elmi tədqiqatların dəstəklənməsi

haqqında. Bu dəstək fövqəldövlətin səviyyə -

sinə uyğun deyil və ciddi problemdir. Mənim

ABŞ-a təzəcə gəldiyim illərdə elmin dəstək -

lən məsi hərtərəfli idi, çünki ölkənin liderləri

onun gücünə və əhəmiyyətinə inanırdılar.

Müvafiq olaraq da universitet sonrası elmi

təhsil proqramları ABŞ-dan və bütün dünya -

dan olan ən yaxşı tələbələri cəzb edirdi. Bu

gün mən maliyyə dəstəyində yeni, dərhal fayda

tələb olunmaqla, eləcə də sonrakı tətbiqlə

birbaşa əlaqə ilə bağlı bir təmayül görürəm.

Bu cür məhdudiyyətlərin yeni kəşflərin

edilməsinin tarixi təcrübəsi ilə düz gəlmədiyi

haqda çoxlu misallar var və bunlardan lazerin,

tranzistorun, kompyuterin adlarını çəkmək

olar.

İkinci problem də – mövcud zorakılıq



problemi də təhsillə bağlıdır. Ümid edirəm ki,

Amerika onu tez bir zamanda həll edə bilər.

Məktəblərdə, küçələrdə insanların məruz

qaldıqları təhlükə Amerika həyatının

reallığına çevrilir və bu da mənim ailəmi və

milyonlarla başqa ailələri narahat etməyə

bilməz. Çoxları zorakılığı söz azadlığının

nəticəsi sayır, lakin mən söz azadlığının eyni

təminatlarla və demokratik qaydalarla bərqə -

rar edildiyi Şimali Kanadaya gələndə eyni

səviyyəli zorakılıqla qarşılaşmıram. Biz

çoxmillətli Los-Ancelesin ən yaxşı rayonla -

rından birində yaşayırıq, lakin orada da gecə -

lər küçəyə çıxmaq qorxuludur. Təbii ehti yat larla

və gözəlliklərlə bu dərəcədə zəngin ölkədə

belə şeylər olmamalıdır. Ümidvaram ki,

zorakılıq probleminin həlli mövcuddur.

Bəziləri düşünürlər ki, Amerika cəmiy -

yətində zorakılığın və qeyri-bərabərliyin

səbəbi varlılarla kasıbların qarşıdurmasıdır.

Bu amillər müəyyən rol oynasalar da, mən

onları əsas saymıram, həm də cəmiyyətin

əksər hissəsi orta sinfə aiddir. Kanadada və bir

çox Avropa şəhərlərində də, Avstraliyada da

qeyri-bərabərlik mövcuddur, Qahirədə isə

varlılarla kasıblar arasındakı uçurum lap çox

böyükdür, amma bu yerlərdə mən rahat, heç

bir zorakılıqdan ehtiyatlanmadan gəzirəm.

Düşünürəm ki, sosial nizamsızlıq, silahlar

üzərində nəzarət və cinayətə görə cəza ilə

bağlı Amerika qanunlarına bir də baxılmalıdır.

Başa düşürəm ki, bu, mürəkkəb, ölkənin

ruhuna və kapitalist ideallarına toxunan bir

məsələdir, amma biz artıq başqa, bu cür hallara

yeni perspektivlər və yanaşmalar nəzərdə tutan

bir dünyada yaşayırıq. Hadisələrin axarını

öncədən görmək iqtidarında olan yeni lider

ABŞ-ın gələcəyi naminə bu missiyanı öz

üzərinə götürməlidir.

Məni narahat edən üçüncü problem –

baxışların yetərincə geniş olmamasıdır ki,

həmin problem hökumətin səthi və özündən



27

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



razı xarici siyasət yeritməsinə gətirib çıxarır.

Bu kitab yazılan zaman Amerikanı qorxuya

salmış daxili və beynəlxalq terror dalğası

güclənmişdi. Dünyanın ən güclü dövləti

beynəlxalq birlikdə terrorizmə qarşı mübari -

zədə aparıcı rol oynamalıdır. İnsan hüquqları -

nın bərqərar edilməsi, insanlar və ölkələr

arasında qeyri-bərabərliyin aradan qaldırıl -

ması işində də lider rolunu oynamalıdır. ABŞ

Yer üzərində vahid dünya qurulmasında, onun

hər bir sakininə insan ləyaqətinin təmin

edilməsində də liderlik məsuliyyətini öz

üzərinə götürməlidir. Mən altmışıncı illərdə

geniş yayılmış amerikalı obrazını xatırlayıram

– insan bəşəriyyət naminə Aya qədəm basır.

Neyl Armstronqun Ayda dediyi ilk sözlər

aşağıdakılar idi: “Bir insanın bir kiçicik

addımı bütün bəşəriyyətin nəhəng sıçrayı 

-

şıdır”. Marşall planı və “Sülh Korpusu” Ame -



ri kanı ümumdünya lideri kimi səciyyə ləndirən

təşəbbüslərin daha iki nümunəsidir.

Əlbəttə, Birləşmiş Ştatlar dünyanın bütün

problemlərini həll etmək iqtidarında deyil, o

ən güclü dövlət olaraq, liderlik yükünü çiynində

daşımalı və başqaları üçün nümunə, model

olmalıdır. Amerika başqa ölkələrin xalqlarına

düşmən olmağı özünə rəva görə bilməz, o

həm öz vətəndaşlarına, həm xarici ölkələrin

vətəndaşlarına eyni ədalət standartı tətbiq

etməlidir. Uzaq perspektiv baxımından kor -

rupsi yaya uğramış rejimlərin dəstəklənməsi və

xarici siyasətdə ikili standartların tətbiqi ABŞ-ın

mənafeyinə uyğun deyil. Xarici siyasətə

yenidən baxmaq, daha müdrik düşünülmüş

yanaşmalara keçmək vaxtı çatmışdır. Ümid

edirəm ki, dünyanı belə mənzərədə görmək

“Dünya zənginliyimizə və demokratiyaya

görə bizə nifrət edir” və ya “Biz dünyanın

bütün problemlərini həll edə bilmərik” kimi

bəsit və səbatsız dəlillərin qarşısında davam

gətirə biləcək. Əksinə, bütün dünyada insanlar

Amerikanı diqqətlə izləyirlər və çox ölkələr

demokratik azadlıqların Amerika sistemini

əxz etmək istərdilər. Müasir dünyanın bir çox

problemlərinin həllində Amerika real tərəfdaş

ola bilər.

Raket sipərinin qurulması yeni baxış

gətirməyəcək. Bu baxış təcridizm siyasəti ilə

də gəlməyəcək. Bütün insanları Yer kürəsində

bütün insanlar üçün ümumi olan vahid

məqsədlərlə yaşadığımıza, bəzən təfərrüat -

larla bağlı aramızda fikir ayrılığı baş verirsə

də, bunun belə olduğuna inandıraraq. Bizim

dünyamızda insanlar, mədəniyyətlər, millətlər

arasında körpülər salmaq lazımdır. Başlıcası,

binəsibləri inkar etməmək, dünyanın fəlakətli

vəziyyətdə olan hissəsini taleyin cənginə

buraxmamaqdır. Yoxsulluq və ümidsizlik

terrorun və dünya düzəninin hiddətlənməsinin

mənbəyidir.

Əhməd Zevayl özü özünə sual verir:

“Uğur düsturu mövcuddurmu?”. O bu sualı

aşağıdakı fikirləri ilə cavablandırır: Elmdə

mənim ehtirasım bilik – tərəqqi təməli

axtarışlarıdır. Bilik gücdür; məlumat bilik

almağın yalnız vasitəsidir. Özümüz haqqında

nə biliriksə, elə oyuq. İnsanın unikallığı təfək -

kürü haqqında düşünə bilməyindədir, bir də

nadir istedadlı şəxsiyyətlər bizim təbiət

haqqında biliklərimizi dəyişə bilərlər. Bilik

ümmanı isə dərin və sonsuzdur. Bu fikri İsaak

Nyuton çox yaxşı ifadə etmişdir: “Mən özümü

dəniz qırağında oynayan, tez-tez yeni, həmişə -

kindən daha hamar daşı, ya da daha qəşəng

balıqqulağını götürmək üçün oyunun 

dan

ayrılan uşaq kimi görürəm. Qarşımda isə



sahilsiz, tamamilə naməlum bilik ümmanı

uzanır”.


28

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



Yeni biliklər bizə özümüzü, ətrafımızda

baş verənləri, bir hissəsi olduğumuz Kainatı

anlamaqda kömək edir. Biliyə olan hərislik

məni bütün ömrüm boyu – ibtidai məktəbdən

indiyə kimi müşayiət etmişdir. Ona görə də

bütün ömrüm boyu universitetlər mənim üçün

azadlıqdan, işıqdan və oxumaqdan həzz

aldığım bir məbəd, müqəddəs bir yer olmuşlar

və belə olaraq da qalır.

Taleyin mənə hədiyyəsi hesab etdiyim

işimə olan həvəsim də çox vacibdir. Eyni

zamanda düşünürəm ki, uğur qazanmaq ətra -

fımdakı insanların hörmətini qazanmaq dan və

daxili məmnunluqdan heç də dəyərli deyil.

Bizdə belə bir misal var: “al-kana a kanz la

yufna” və ya “məmnunluq əbədi xəzinədir”.

Həvəs, məmnunluq və nikbinlik olan yerdə

uğur qazanmamaq təsəvvürə gəlmir. Elə

görünə bilər ki, mən uğur qazanmağın

düsturunu verirəm. Xeyr, mən bütün hallar

üçün yararlı olan universal düstur bilmirəm,

amma mənə bir şey aydındır – adiliyin

sərhədlərini adlayıb keçə bilməyimiz üçün

bizim mütləq istəyimiz olmalıdır.

Xristofor Kolumbun (1451–1509) dəniz

səfərlərində ona arzusu yol göstərirdi. O,

Kanar adalarından 3900 mil Qərbdə “Çin” də

olmasa, “Hindistan”ın yerləşdiyinə əmin idi.

Əlbəttə, orada nə Hindistan vardı, nə də Çin,

amma arzu Kolumbu yeni torpaqlara gətirib

çıxardı. Həmin vaxtlar məlum olan biliklərə

yiyələnərək, Kolumb intuisiyasına söykənirdi,

amma məhz intuisiya, məhz həvəs və dünyaya

öz baxışlarına sədaqət onu mümkünsüz

görünən bir kəşfin müəllifi etdi. Kolumbun

ideyası təsdiqlənməmiş olsa da, onun səfəri

Yeni Dünyanın kəşfinə gətirib çıxartdı. Bəs

Kolumb kim idi – dahi, sərsəm, ya da bəxti

gətirmiş insan? Bəzi tarixçilər deyirlər: eyni

zamanda hər üçü! Lakin kimliyindən və

necəliyindən asılı olmayaraq, o, dünyanın

hamının inandığı mənzərəsini dəyişə bildi. O,

dünyanı görmə üsulunun özünü dəyişdi.

Leonardo da Vinçi (1452–1519), Kolum -

bun müasiri, özünün “Dünya sonunun görün -

tüsü” kitabında təbiətə yeni baxış ifadə etdi.

O, uğurun sirrinə aparan yolu göstərdi – saper

vedere, “bilmək, görmək kimi”.

Həyatda uğur hamının, özü də həyat

yolunun istənilən mərhələsində üzünə gülə

bilər, lakin elmi dərəcədən asılı olmayaraq, bir

kəsin uğur qazanmasına bir sıra başqa insanlar

da, onların kollektiv səyləri də təsir göstərir.

Bu faktı qəbul edərək, varlılar kasıblara

kömək göstərməlidirlər. Sivil ölkədə və sivil

planetdə hər bir insan qiymətli olmalıdır. Əgər

insan, ölkə və hətta bütöv coğrafi regionlar

inkişaf etməyiblərsə, bilik əldə edə bilmir -

lərsə, bunun nəticələri təkcə ehtiyac içində

olanlar və əzab çəkənlər üçün yox, bütövlükdə

bütün dünya üçün dəhşətli ola bilər. Belə

hallar sosial və mədəni dəyərlərin deqradasi -

yasına səbəb olur, zorakılığa və terrora aparıb

çıxarır.


Bu kitabın fəsillərində mən adıçəkilən

problemləri necə gördüyümü təqdim etməyə,

başlıca sualları qaldırmağa və onlara mümkün

cavablar verməyə cəhd göstərdim. Bu sual la -

rın kökündə savadsızlıq, səfalət və azadlığın

boğulması durur.

Bütövlüklə keçdiyim yol haqqında

danışarkən, mən İnsanın Kainatımızın məkan

və zamanındakı miqyası qarşısında baş

əyirəm. Ömrümüzün zamanı da, qoy lap 100

il olsun, Kainatın həyatının zamanı da, lap 100

il olsun, Kainatın həyatının zamanı ilə – 100

milyard ilə yaxın vaxtla müqayisədə bu, bir

saniyənin yüz milyon saniyə ilə və ya üç illə

müqayisədə qısa olduğu qədər qısadır. Məkan

baxımından Yer kürəsi Kainatımızdan atomun


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə