Ümumdünya Səhiyyə Təşkilatı



Yüklə 10,45 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix13.04.2017
ölçüsü10,45 Kb.
#13900
  1   2   3   4   5   6   7   8   9   ...   31

Onkoloji
Xəstəliklərin
Beynəlxalq
Təsnifatı
3-cü NƏŞR
Birinci baxış
Ümumdünya  
Səhiyyə Təşkilatı

Onkoloji
Xəstəliklərin
Beynəlxalq
Təsnifatı
3-cü NƏŞR
Birinci baxış
Redaktorlar:
April Fritz
Constance Percy
Andrew Jack
Kanagaratnam Shanmugaratnam
Leslie Sobin
D Max Parkin
Sharon Whelan
Ümumdünya  
Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2013-cü ildə “International classification of diseases
for oncology (ICD-O) – 3rd edition, 1st revision” adı altında nəşr edilmişdir. 
ISBN 9789241548496 
© Ümumdünya Səhiyyə Təşkilatı, 2013 
Bu  sənədin  inglis  dilindən  tərcüməsi  və  azərbaycan  dilində  nəşri  üzrə  hüquqlar 
Ümumdünya  Səhiyyə  Təşkilatının  Baş  direktoru  tərəfindən  Azərbaycan  Respublikası 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə verilmişdir. İctimai Səhiyyə və 
İslahatlar Mərkəzi azərbaycan dilində nəşrə görə tam məsuliyyət daşıyır. Azərbaycan dilində 
nəşr  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  tərəfindən  Milli  Onkologiya  Mərkəzi  ilə  sıx 
əməkdaşlıqda hazırlanıb.  
Baş redaktor:  
Ceyhun Məmmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d. 
Tərcümə, redaktə və tərtibat: 
Nabil Seyidov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini, t.f.d. 
Şahin Osmanlı, Milli Onkologiya Mərkəzinin Patohistomorfoloji laboratoriyasının rəhbəri, t.f.d. 
Bahadur Abbasov, Milli Onkologiya Mərkəzinin Patohistomorfoloji laboratoriyasının həkimi 
Şəlalə Əliyeva, Milli Onkologiya Mərkəzinin Uşaq onkologiya bölməsinin böyük laborantı 
Səbuhi Abdullayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquqşünası 
Vüsalə Ağayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə meneceri 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, 3-cü nəşr, birinci baxış 
ISBN 9789952828597
© Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, 2015
 

iii
MÜNDƏRİCAT 
1. Giriş  ........................................................................................................................................ 1
1.1.   Tarixə baxış ................................................................................................................... 2 
2. XBT-O-3 və XBT-10 arasında fərqlər ................................................................................ 4
2.1.   XBT-10-da verilmiş, lakin XBT-O-3-də istifadə edilməyən kateqoriyalar ........... 4 
2.2.   XBT-O tə
  snifatında limfa düyünləri (C77) və hematopoetik və retikuloendotelial 
sistemlərin (C42) törəmələrinə aid spesifik topoqrafiya kodları .................................. 6 
2.3.  İ
  nvaziv beçəxor və neyrofibromatoz (sümük istisna olmaqla Von          
Reklinhauzen xəstəliyi) .............................................................................................. 6 
2.4.   
 
İİV və QİÇS .................................................................................................................. 7 
2.5.   Yenitörəmələrin funksiyaları ..................................................................................... 7 
3. XBT-O təsnifat sisteminin 3-cü nəşrinin formatı və quruluşu.................................... 7
3.1.  İ
  xtisarlar  ....................................................................................................................... 7 
3.2.   Topoqrafiya - kodlar siyahısı ..................................................................................... 7 
3.3.   Morfologiya - kodlar siyahısı .................................................................................... 8 
3.4.  
 
 Kodlar siyahısında XBT-O terminlərinin formatı .................................................. 8 
3.5.   Əlifba göstəricisi .......................................................................................................... 9 
3.6.   Əlifba göstəricisinin formatı və istifadəsi ................................................................ 9 
3.7.   Törəməyə bənzər ocaqlar və hallar ......................................................................... 10 
3.8.   Limfoma və leykemiya siyahıları ............................................................................ 10 
3.9.   ƏGO-nun mənası və onun istifadəsi ....................................................................... 10 
3.10. Köhnəlmiş terminlər [obs]......................................................................................... 11 
3.11. Hematoloji bədxassəli törəmələr ............................................................................. 11 
3.12.  XBT-O-nun limfoma və leykemiya bölmələrinin istifadəsi ................................. 16 
4. Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları ..................................... 17
4.1.    XBT-O-nun 3-cü nəşrindən istifadə etməklə kodlaşdırmanın əsas  
qaydalarının xülasəsi ............................................................................................... 17 
4.2.   Topoqrafiya ................................................................................................................  20 
4.3.   Morfologiya ...............................................................................................................   25 
4.4.   Çoxsaylı birincili yenitörəmələr .............................................................................  34 
4.5.   Diaqnozun təsdiqlənməsi metodu .........................................................................  35 
Topoqrafik kodlar  ...................................................................................................................   37 
Morfoloji kodlar  ......................................................................................................................   61 
Əlifba göstəricisi ..................................................................................................................... 111 


1. Giriş
    Onkoloji  Xəstəliklərin  Beynəlxalq 
Təsnifatı  (XBT-O)  artıq  35  ildir  ki, 
törəmələr  və  onkoloji  xəstəliklərə  dair 
registrlərdə  istifadə  edilir  və  yenitörə- 
mənin  əmələgəlmə  nahiyəsini  (topoqra- 
fiyasını)  və  onun  histoloji  variantını 
(morfologiyasını) 
müəyyənləşdirir. 
Bu  məlumatlar,  adətən,  histopatoloji 
təsvirdən götürülür. Amerika Patoloqlar 
Cəmiyyəti  ilə  razılaşma  əsasında       
XBT-O  təsnifatının  morfologiya  bölməsi 
Tibbin  Sistemləşdirilmiş  Nomenklatura 
(SNOMED)  təsnifatının    yenitörəmələr 
bölməsinin  morfologiya  hissəsinə  daxil 
edilmişdir. 
XBT-O  təsnifatının  ikinci  nəşri 
Konstans  Persi,  Valeri  Van  Holten, 
Kalum  Muir  tərəfindən  redaktə  edilib 
və  1990-cı  ildə  çap  olunub.  Hazırkı 
üçüncü  nəşrin  topoqrafiya  bölməsi 
ikinci  nəşrdə  olduğu  kimi  qalıb  və 
XBT-10  təsnifat  sisteminin  yenitö-
rəmələr  bölməsi  əsasında  hazırlanıb. 
Lakin  morfologiya  bölməsi  yenidən 
işlənilib.  Yeni,  xüsusi  ilə  də  limfomalar 
və  leykemiyalar  üzrə  təsnifatlar  daxil 
edilmiş  və  onlara  müvafiq  kodlar 
müəyyən  edilmişdir.  Bir  neçə  il  əvvəl 
qeyri-Hockin  limfomalarına  dair  Yeni-
ləşdirilmiş  Avropa-Amerika  Limfoma 
(REAL)  təsnifatı  təqdim  edilmiş  və 
xərçəng  registrlərdən  istifadə  edənlər 
bu törəmələri qeydə almaq üçün XBT-O 
kodlarına ehtiyac duymuşlar. Həmçinin 
leykemiyalar  üçün  Fransa-Amerika-
Britaniya (FAB) sisteminin də terminləri  
əlavə edilmişdir. 
                  
XBT-O  işçi  qrupunun  1998-ci  ildə 
toplantısı  zamanı  ilkin  olaraq  yalnız  
bu  iki  bölmənin  yenidən  işlənməsi 
düşünülmüşdür, lakin sonradan bütün 
kitabın 
yenidən 
baxılmasına 
qərar  verilmişdir.  XBT-O-nun  üçüncü 
nəşrinin (XBT-O-3) morfologiya bölməsi 
1999-cu  ildə  təcrübədə  sınaqdan 
keçirilmişdir.  Dünyanın  bir  çox 
ölkəsində  fəaliyyət  göstərən  xərçəng 
registrləri  həmin  nəşri  sınaqdan 
keçirmiş  və  öz  şərhlərini  təqdim 
etmişlər.
XBT-O  təsnifat  sisteminin  əvvəlki  
və  hazırkı  nəşrlərinin  hazırlanması 
zamanı 
Ümumdünya 
Səhiyyə 
Təşkilatının 
(ÜST) 
Törəmələrin 
Beynəlxalq  Histoloji  Təsnifatından 
(“Blue  Books”  və  ya  “Mavi  Kitablar”) 
istifadə  edilmişdir.  Həmin  “Mavi 
Kitablar”  seriyası  onkoloji  şişlərin 
bütün  əsas  nahiyələrini  əhatə  edir  və 
XBT-O  təsnifatında  yer  almış  hər  bir 
yenitörəmənin  morfoloji  kodlarını 
özündə əks etdirir.  
İkinci  nəşrin  çapından  sonra       
XBT-O-ya bir çox yeni morfoloji kodlar 
əlavə  edilmişdir.  Məsələn,  refrakter 
(davamlı) anemiya və digər miyelodis-
plastik  sindromlar  hazırda  bədxassəli 
kimi  kodlaşdırılır;  onların  davranış 
kodları  isə  /1-dən  (xoşxassəliyi  və  ya 
bədxassəliyi  məlum  olmayan)  /3-ə 
dəyişdirilmişdir.  Bədləşmə  dərəcəsi 
(maliqnantlığı)  dəqiq  məlum  olmayan 
yumurtalıqların  sistadenoması  XBT-O 
təsnifatının  ikinci  nəşrində  bədxassəli 
törəmə  qəbul  edilərək  /3  kimi  qeyd 
edilmişdirsə,  üçüncü  nəşrdə  /1  kimi 
kodlaşdırılıb.  Xərçəng  registrlərində 
məlumatların  ardıcıllığını  təmin  etmək 
üçün  bundan  sonra  bədləşmə  dərəcəsi 
(maliqnantlığı)  dəqiq  məlum  olmayan 
yumurtalıqların  sistadenomaları  ya  /1 
ilə  kodlaşdırılmalı,  ya  da  registrlərdən 
çıxarılmalıdır. 
XBT-O-nun 
üçüncü 
nəşrinin             
2000-ci  ildə  çapından  sonra  ÜST-nin 
“Mavi 
Kitablar”ının 
yenilənməsi 
davam  etdirilmişdir.  “Mavi  Kitablar” 
seriyasının   4-cü nəşrinin   hazırlanma- 
Giriş


sında  müəlliflər  Xərçəngin  Tədqiqatı 
üzrə  Beynəlxalq  Agentlik  ilə  birgə 
işləmiş və yaxınlarda müəyyən edilmiş 
yenitörəmələrin  icmalını  aparmış, 
morfoloji  kodlar  təyin  etmişlər.             
XBT-O-3  kitabına  2007-2010-cu  illərdə 
hematopoetik  və  limfoid  toxumalar, 
mərkəzi sinir sistemi, həzm sisteminin 
törəmələrinə dair nəşr edilmiş ÜST-nin 
“Mavi  Kitablar"ında  yer  almış  yeni 
terminlər,  kodlar,  sinonimlər,  oxşar 
terminlər,  morfologiya  və  davranış 
kodları daxil edilib.  
1.1. Tarixə baxış 
1893-cü  ildən  etibarən  ölüm 
hallarının 
kodlaşdırılması 
üzrə 
beynəlxalq  təsnifat  sistemi  istifadə 
edilir.  İkinci  Dünya  Müharibəsindən 
sonra  Birləşmiş  Millətlər  Təşkilatı  və 
ÜST-nin yaradılmasından sonra həmin 
təsnifat  sisteminin  təkmilləşdirilməsi 
və  nəşri  onlar  tərəfindən  davam 
etdirilmişdir.  Cədvəl  1-də  XBT-O-nun 
yaradılmasının  inkişafı  tarixi  təsvir 
edilib.  Xəstəliklər,  Zədələnmələr  və 
Ölüm  səbəblərinin  Statistik  Təsni-
fatının  6-cı  buraxılışı  1948-ci  ildə  çap 
edilmiş  və  qısa  müddət  sonra  həm 
ölüm  halları,  həm  də  xəstələnmə 
hallarının 
kodlaşdırılması 
üçün 
istifadə edilməyə başlanmışdır.  
      İlk   zamanlarda (1950-ci  və 1960-cı  
illərdə)  yenitörəmələrin  kodlaşdırılması
    XBT-O-3 təsnifat sistemində verilmiş 
kodların  digər  təsnifat  sistemlərinə 
keçidi  üçün  müvafiq  alqoritmlər 
mövcuddur.  Əsas  və  birinci  keçid  və 
uzlaşdırma XBT-O-3 təsnifat sistemi ilə 
XBT-10  sistemi  arasında  aparılır. 
Həmin 
alqoritmlər 
Xərçəng 
Registrlərinin  Beynəlxalq  Assosiasiya-
sından  həm  elektron,  həm  də  çap 
formasında  əldə  edilə  bilər  və  ya 
internet  saytından  yüklənilə  bilər 
(www.iacr.com.fr/iacr-iarccrgtools.htm). 
Kodların  uzlaşdırılması  sahəsində 
yenilikləri  isə  ÜST-nin  internet 
saytından 
yükləmək 
olar: 
http://www.who.int/classifications/icd/
updates/icd03updates.  Əvvəldə  qeyd 
olunduğu  kimi  XBT-O-3  təsnifat 
sisteminin  ikinci  və  üçüncü  nəşrləri 
arasında 
topoqrafiya 
kodlarında 
dəyişikliklər  yoxdur.  Morfologiya 
kodları  ilə  bağlı  mühüm  dəyişikliklər 
isə  limfomalar  və  leykemiyalar 
bölməsində 
edilib. 
XBT-O-3 
təsnifatının  təkmilləşdirilmiş  versiya-
sında  hematopoetik  və  limfoid 
toxumaları,  mərkəzi  sinir  sistemi  və 
həzm 
sisteminin 
törəmələrinin 
yenilənmiş morfoloji kodları verilib.  
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
1.1.1. Keçidlər və yeniliklər 
üçün məhz XBT təsnifat sistemi  istifadə 
edilirdi. 


Giriş
Cədvəl 1. 1946-2000-ci illərdə yenitörəmələrin kodlaşdırılması: XBT-O-ya aparan tarix 
XBT-6 
1948 
ÜST
α
TNKR
β
1951 
AXC
γ
XƏST
δ
4-cü nəşr 1951 
5-ci nəşr 1961 
ATA
ε
XBT-7 
1955 
ÜST 
XBT-8 
1967 
ÜST 
XBT-9 
1975 
ÜST 
XBT-10 
1992 
ÜST 
SNOP
ζ
1965 
Hissələr 8,9 
Yenitörəmələr 
APC
η
MONTAC 
1968 
AXC 
XBT-O 
1976 
ÜST 
XBT-O 
üçüncü nəşr 
2000 
ÜST 
XBT-O 
İkinci nəşr 
1990 
ÜST 
TSN
κ
Morfologiya 
Yenitörəmələr 
1977 
APC 
TSN III 
(Beynəlxalq) 
Yenitörəmələr 
1993 
APC 
TSN 
2000 
APC 
XBTA-8 
1967 
ABŞ
θ
H-XBTA-8 
1968 
ABŞ 
XBTA-9-CM 
1979 
KİSA
ι
II fəsil Yenitörəmələr 
II fəsil Yenit
ö
rəmələr 
II fəsil Yenitörəmələr 
Birincili 
topoqrafiya 
Birincili
morfologiya 
Həm topoqrafiya,
həm morfologiya 
α
 ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) – WHO
β 
TNKR (Törəmələrin Nomenklaturası və Kodlaşdırılması üzrə Rəhbərlik) – MOTNAC 
γ
 AXC (Amerika Xərçəng Cəmiyyəti) – ACS
δ
  X ƏST (Xəstəliklər və Əməliyyatların Standart Təsnifatı) – SNDO
ε
 ATA (Amerika Tibb Assosiasiyası) – AMA
ζ
 SNOP (Patologiya üzrə Sistemləşdirilmiş Nomenklatura) – PSN
η
 APC (Amerika Patoloqlar Cəmiyyəti) – CAP
θ
 ABŞ (Amerika Birləmiş Ştatları) – USA
ι
  KİSA (Kanada İctimai Səhiyyə Assosiasiyası) – CPHA
κ
 TSN (Tibbin Sistemləşdirilmiş Nomenklaturası) – SNOMED  
...........................................................................................................................................................................
____________________________________________________________________________


2. XBT-O-3 və XBT-10 arasında fərqlər
XBT-10  və  XBT-O-3  təsnifat 
sisteminin  ümumi  quruluşunda  mü-
hüm  fərqlər  mövcuddur.  XBT-10 
təsnifat  sisteminin  ikinci  fəslində 
(Yenitörəmələr)  topoqrafiya  kodu 
törəmənin  davranışını  (bədxassəli,  in 
situ, xoşxassəli və ya bəd xassəsi və ya 
xoş  xassəsi  məlum  olmayan)  da 
müəyyən  edir,  belə  ki,  törəmənin 
davranışından asılı olaraq ona müvafiq 
kod  təyin  edilir.  Nəticədə  isə  XBT-10 
təsnifatında bütün ağciyər törəmələrini 
təsvir etmək üçün 4 rəqəmli 5 müxtəlif 
kateqoriya  tələb  olunub.  XBT-10-da 
yenitörəmələrin  çox  az  sayda  histoloji 
növləri  təsvir  edilir.  Məsələn,  XBT-10         
sistemində 
ağciyərin 
adenokarsi-
noması  ilə  yastı  hüceyrə  karsinoması 
arasında 
diferensiasiya 
aparmaq 
mümkün  deyil,  çünki  hər  ikisi  eyni 
C34.9 kodu ilə müəyyən edilir.  
XBT-10  təsnifatının  əlifba  göstə-
ricisində  "yenitörəmələr"  termini  5 
sütundan  ibarət  cədvəl  əsasında  təq-
dim edilir. Bu sütunlar aşağıdakılardır: 
Maliqnant, İkincili və ya Metastatik, İn 
situ,  Xoşxassəli,  Davranışı  məlum 
olmayan  və  ya  qeyri-müəyyən  olan. 
Bədənin hər bir hissəsinə müvafiq olan 
XBT-10  kateqoriyaları  əlifba  gös-
təricisi ilə verilib. Cədvəl 2-də  ağciyər 
yenitörəmələrinin  XBT-10  təsnifatı 
üzrə kodlaşdırılması təsvir edilib.  
Əksinə,  XBT-O  təsnifat  sistemində 
yenitörəmənin topoqrafiyası 4 rəqəmli 
kodla müəyyən edilir (XBT-10 sisteminin 
bədxassəli  yenitörəmələrinə  dair  xüsusi 
bölməsi  əsasında);  hər  bir  bədən 
hissəsinin  yenitörəmələri  üçün  to-
poqrafiya  kodu  eyni  qalır  (məsələn, 
C34.9 kodu bütün ağciyər törəmələrinə 
aid edilir).  
Törəmənin  morfologiyasını  təyin 
edən koda 5-ci rəqəmin əlavə edilməsi 
onun  davranışını  və  ya  maliqnant, 
xoşxassəli və s. olub-olmadığını müəy-
yən  edir  (baxın,  Davranış  Kodu,  hissə 
4.3.3).  XBT-O  həmçinin  yenitörəmənin 
morfologiyası və ya növünü təsvir edir 
(Cədvəl 
3). 
Ağciyərin 
adeno-
karsinoması  C34.9,  8140/3  və  yastı 
hüceyrə  karsinoması  isə  C34.9,  8070/3 
kodları ilə təsvir edilir.  
Cədvəl  4-də  XBT-O-da  olan 
davranış  kodu  ilə  XBT-10-un  II  Fə-            
slinin  müxtəlif  bölmələri  arasında 
uzlaşma təsvir edilib.  
XBT-10-un  nəşrinədək  bədxassəli 
törəmələrin  unikal  kateqoriyalara 
malik  yalnız  üç  histoloji  növü  olub: 
limfomalar,  leykemiyalar  və  dərinin 
melanoması.  XBT-10-da  isə  törəmə-
lərin  histoloji  növü  əsasında  bir  neçə 
kateqoriya da əlavə edilib, xüsusilə də, 
mezotelioma (C45) və Kapoşi Sarkoma 
(C46).  Bununla  yanaşı  morfoloji 
xüsusiyyətlər əsasında qaraciyər xərçəngi 
(C22) bir neçə altnövə bölünüb.  
2.1. XBT-10-da verilmiş, lakin  
XBT-O-3-də istifadə edilməyən 
kateqoriyalar 
Əvvəldə  qeyd  olunduğu  kimi 
XBT-10  təsnifat  sistemində  C00-C97 
kateqoriyalarına  morfologiya  əsasında 
və  ya  törəmənin  metastatik,  yaxud 
ikincili  olmasını  təsvir  edən  bir  neçə 
kateqoriya  da  daxildir.  XBT-O-da 
bunlar  yenitörəmənin  davranış  kodu 
ilə müəyyən edilir. Cədvəl 5-də XBT-O 
sisteminin  topoqrafiya  hissəsindən 
çıxarılmış  XBT-10  kateqoriyaları  ve-
rilib.   
XBT-10-un  C81-96  kodlarını  əhatə 
edən hissəsi limfoid, hematopoetik 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış


və  digər  oxşar  toxumaların  bədxassəli 
törəmələrini  təsvir  edir.  XBT-O 
təsnifatının  3-cü  nəşrində  həmin 
törəmələr xüsusi morfoloji kodlar və /3 
davranış  kodu  ilə  tənzimlənir. 
Morfoloji  kod  isə  C00-C80  ilə 
müəyyənləşdirilən  topoqrafiya  kodu 
ilə  yanaşı  tam  diaqnozu  göstərir. 
Məsələn,  XBT-10-da  mədənin  mantiya 
hüceyrəli  limfoması  C83.1  kodu  ilə 
verilib.  XBT-O-da  isə  bu  törəmə  iki 
kodla  müəyyən  edilir:  mədə  C16.9 
topoqrafiya  kodu  və  törəmənin 
morfologiyası  9673/3  (diffuz  kiçik 
hüceyrəli limfoma) kodu ilə.  
XBT-O-3 və XBT-10 arasında fərqlər
____________________________________________________________________________


XBT-10-un  C97  kateqoriyası  XBT-
O-3  təsnifatına  daxil  edilməyib,  çünki 
törəmənin  bütün  birincili  lokaliza-
siyası  ayrıca  kodlaşdırılır.  Həmçinin 
qeyd  olunmalıdır  ki,  birincili  çoxsaylı 
törəmələrin 
müəyyənləşdirilməsinə 
dair təlimat qaydaları ölkələr arasında 
fərqlənə bilər.  
2.2. XBT-O təsnifatında limfa 
düyünləri (C77) və hematopoetik 
və retikuloendotelial sistemlərin 
(C42) törəmələrinə aid spesifik 
topoqrafiya kodları 
XBT-10  təsnifat  sistemində  C77 
kateqoriyası limfa düyünlərinin ikincili 
və  qeyri-spesifik  bədxassəli  yeni-
törəmələrinin  kodlaşdırılması  üçün 
istifadə  edilir.  XBT-O  sistemində  C77 
limfa  düyünlərinin  topoqrafik  kodlaş-
dırılması  üçün  istifadə  edilir.  Nəticədə 
XBT-10-da  kodlaşdırılmış  maliqnant 
limfomalar  (C81-85)  XBT-O-3-də  C77 
kodu ilə müəyyən edilir.  
C42 kateqoriyası XBT-10-da istifadə 
edilmir.  Lakin  XBT-O-da  bu  kateqo-
riyadan  hematopoetik  və  retikuloen-
dotelial sistemlərin bir neçə topoqrafik 
nahiyəsini  kodlaşdırmaq üçün istifadə 
edilir. Həmin XBT-O kateqoriyası XBT-
10-da  C90-C95  ilə  kodlaşdırılan  leyke-
miya,  miyeloproliferativ,  miyelodis-
plastik  və  oxşar  patologiyaların 
kodlaşdırılması  üçün  tətbiq  olunur. 
Cədvəl  6-da  XBT-O-da  yer  almış  C42 
kodunun 
altkateqoriyaları 
təsvir 
edilib. 
Məsələn, xronik limfositik leykemi-
ya XBT-10-da C91.1 kimi kodlaşdırılır. 
XBT-O sistemində bu patologiya C42.1 
(sümük iliyinin topoqrafik kodu) kimi
kodlaşdırılıb  və  B-hüceyrəli  xronik 
limfositik  leykemiya/kiçik  limfositik 
limfoma  9823/3  morfoloji  kodla 
müəyyən edilib. 
Dalağın 
bədxassəli 
törəmələri          
XBT-10-da  C26.1  kimi  kodlaşdırılıb. 
XBT-O-3-də  isə  bu  törəmələr  həzm 
sistemi  tərkibindən  çıxarılıb.  XBT-O-
nun  birinci  nəşrindən  irəli  gələrək, 
dalaq  C42.2  kimi  kodlaşdırılıb  və 
hematopoetik  və  retikuloendotelial 
sistemlərin tərkibinə salınıb.  
............................................................................ 
2.3. İnvaziv beçəxor və 
neyrofibromatoz (sümük 
istisna olmaqla Von 
Reklinhauzen xəstəliyi) 
XBT-O  və  XBT-10-un  II  Fəsli 
arasında yekun fərqlər onunla bağlıdır 
ki,  invaziv  beçəxor,  ƏGO  (XBT-O 
C58.9  9100/0)  XBT-10-un  II  Fəslində 
deyil, XV Fəslində (“Hamiləlik, Doğuş 
və  Peripartum”,  Kateqoriya  O01.9, 
İnvaziv  beçəxor)  verilib.  Neyro-
fibromatoz  (9540/1),  o  cümlədən  Von 
Reklinhauzen  xəstəliyi  (sümük  xəs-
təliyi  istisna  olmaqla)  XVII  Fəsildə 
“Anadangəlmə  malformasiyalar,  de-
formasiyalar  və  xromosom  ano-
maliyaları”  Q85.0  kateqoriyası  kimi 
verilib.  
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
___________________________________

Yüklə 10,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin