Xərçəng və karsinoma
“Xərçəng” və “karsinoma” sözləri
tez-tez bir-birinə ekvivalent olaraq
istifadə edilir, məsələn, “yastı hüceyrəli
xərçəng”
və
“yastı
hüceyrəli
karsinoma”. Qeyd edilən misalda bi-
rincinin ikinci kimi kodlaşdırılmasın-
da heç bir səhv yoxdur. Lakin “iyşəkilli
hüceyrəli xərçəng” “iyşəkilli hüceyrəli
sarkoma” və ya “iyşəkilli hüceyrəli
karsinoma” növlərinə bölünür. XBT-O-
da xərçəng sözü yalnız bir dəfə – qeyri-
spesifik termin olan “bədxassəli
yenitörəmə”yə (8000/3) sinonim kimi
qeyd edilir. Aydındır ki, XBT-O-da
“xərçəng” sözünün histoloji diaqnozun
tərkib hissəsi olaraq qeyri-dəqiq
formada istifadə edildiyi bütün hallar
üçün spesifik kodlar təyin edilə bilməz.
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
26
4.3.2. Davranış
Şişin davranışı onun orqanizm
daxilindəki aktivliyini göstərir. Şişin
davranışını müəyyən etmək üçün
patoloqlar müxtəlif üsullardan istifadə
edirlər. 18-ci Cədvəldə bu davranışlar
əks etdirilir. Şiş yayılma potensialına
malik olmadan yerində inkişaf edə (/0,
xoşxassəli), yerində inkişaf etsə də,
bədxassəli ola (/2, qeyri-invaziv və ya
in situ), ətraf toxumalara sirayət edə
(/3, bədxassəli, birincili nahiyə) və
hətta yarandığı lokalizasiyadan dis-
seminasiya edərək başqa nahiyədə
inkişafını
davam
etdirə
(/6,
metastatik) bilər.
Cədvəl 18. Yenitörəmələrin davranışını
müəyyən edən 5-ci simvol
Kod
/
0
Xoşxassəli
/1
Maliqnantlığı və ya bədləşmə dərəcəsi qeyri-
müəyyəndir
Sərhəd maliqnantlığa malikdir
Maliqnantlıq potensialı aşağıdır
Maliqnantlıq potensialı qeyri-müəyyəndir
/2 İn situ karsinoma
İntraepitelial
İnfiltrasiya etməyən
Qeyri-invaziv
/3
Maliqnant, birincili lokalizasiya
/6* Maliqnant, metastazın lokalizasiyası
Maliqnant, ikincili lokalizasiya
/9* Maliqnant, lokalizasiyanın birincili və ya
metastaz olduğu qeyri-müəyyəndir
_________________________________________
* İşarə ilə verilmiş kodlar
Xərçəng Registrlərində istifadə edilmir
Əksər
onkoregistrlərdə
yalnız
bədxassəli və in situ yenitörəmələrə
dair məlumat toplanılır ki, bunlar da
davranış koduna görə /3 və ya /2
simvolları ilə müəyyən edilir. /6
(bədxassəli, metastatik) və /9 (bəd-
xassəli, birincili və ya metastatik olması
qeyri-müəyyən olan) davranış kodları
bu məlumat bazalarında, adətən,
istifadə olunmur. Məsələn, əgər xəstədə
ağciyərə yayılmış karsinoma varsa və
törəmənin toxuma mənşəyi məlum
deyilsə, müvafiq kod olaraq C80.9
(naməlum birincili nahiyə) və 8010/3
(karsinoma) istifadə edilir. /3 birincili
nahiyənin bədxassəli yenitörəməsini
bildirir.
İn situ karsinoma və Uşaqlıq
boynun Epiteldaxili Yenitörəməsi
(UEY) III
Əksər onkoregistrlərdə istənilən
nahiyədə meydana gələn in situ
karsinoma qeydə alınır. Qəbul edilən
faktdır ki, in situ karsinomaların
mühüm əksəriyyəti uşaqlıq boynunda
qeydə alınır. Son illərdə bu patologiya
üçün sitoloq və patoloqlar tərəfindən
bir neçə başqa, lakin bir-biri ilə sıx
əlaqəli termin, xüsusilə də epiteldaxili
yenitörəmə termini istifadə edil-
məkdədir. Uşaqlıq boynunun III
dərəcəli epiteldaxili yenitörəməsi
(UEY III) termini uşaqlıq boynu üçün
tez-tez işlədilir. Təəssüf ki, bu termin
həm in situ karsinomanı, həm də ağır
dərəcəli displaziyanı əhatə edir.
Aidiyyəti məsələ ilə əlaqədar
müxtəlif ölkələrdə bu sahənin aparıcı
mütəxəssislərinin rəyləri alınmışdır və
onların əksəriyyətinin fikrincə, ağır
dərəcəli displaziyanın qeyd olunub-
olunmadığından asılı olmayaraq, UEY
III termini in situ karsinomaya uyğun
hesab edilə bilər. UEY III kimi qeyd
edilməyən uşaqlıq boynunun ağır
dərəcəli displaziyası SNOMED-ə
(Sistematik Tibbi Nomenklatura)
əsasən digər nahiyələrin ağır dərəcəli
displazasiyası kimi kodlaşdırılır.
Uşaqlıq yolu (UYEY III), vulva (VEY
III) və anusun (AEY III) eyni adlı
patologiyalarına da analoji şəkildə
yanaşılmalıdır.
UEY III-nün in situ karsinomaya
uyğun gəlmədiyini düşünən pato-
loqlar
(ixtisaslaşmayan)
matriks
sistemini tətbiq etməklə, davranış
kodunu dəyişdirərək /1 edə bilərlər
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
............................................................................
27
(xoş və ya bədxassəli olması qeyri-
müəyyən olan).
“Bethesda”
sitoloji
məlumat
sistemində (23) yalnız iki qrup, aşağı
diferensiasiyalı
yastı
hüceyrəli
epiteldaxili zədələnmə və yüksək
diferensiasiyalı yastı hüceyrəli epitel-
daxili zədələnmə qeydə alınır. Yüksək
diferensiasiya dərəcəsi olan qrupa
orta (UEY II) və ağır dərəcəli
displaziya və in situ karsinoma (UEY
III) aid edilir.
Patoloji laboratoriyalarda
davranış kodunun istifadəsi
Hazırkı təlimatların oxuduğunuz
hissəsində verilən təlimatların əksə-
riyyəti kodlaşdırma aparan və şişlərin
qeydiyyatı ilə məşğul olanlar üçün
nəzərdə tutulsa da, patoloqların da
təsnifata dair ehtiyacları nəzərə alınıb.
İki qrup arasında fərq davranış
kodunun istifadəsi ilə müəyyən edilir.
Onkoloji xəstəliklərin registrini aparan
mütəxəssisləri burada birincili törə-
mənin müəyyən edilməsi maraqlan-
dırırsa, patoloqu toxuma nümunə-
sinin kodlaşdırılması maraqlandırır.
Patoloqa eyni xəstəyə aid bir neçə
müayinə materialı göndərilmiş ola
bilər: məsələn, (a) bioptat, (b) birincili
nahiyə və (c) metastaz nahiyəsindən
alınmış tikələr (Cədvəl 19). Patoloq
üçün hər üç müayinə materialını
izləyə bilmək əhəmiyyətlidir. Onko-
registrin qeydiyyatını aparan mütə-
xəssis isə yalnız birincili törəmədə
maraqlıdır. Hər bir müayinə materialı
müvafiq topoqrafik və morfoloji kodla
kodlaşdırılır. Lakin davranış baxı-
mından (b) materialı /3, (a) və (c)
materialları isə /6 (metastatik) hesab
edilir. Bu isə müvafiq topoqrafik
kodun
şişin
mənşəyini
ifadə
etmədiyini bildirir. Bundan əlavə,
registrin əməkdaşı yalnız (b)-ni – şişin
davranışını /3 simvolu ilə müəyyən
etməklə şişin əmələgəlmə nahiyəsini
və morfologiyasını qeydə alır.
Cədvəl 19. Laboratoriyada nümunələrin kodlaşdırılması üzrə misallar
a.
Bioptatla diaqnostika: körpücüküstü limfa düyünü, metastatik
üzüyəbənzər hüceyrəli adenokarsinoma, böyük ehtimalla
mədədən yayılmış
*b.
Birincili nahiyə: mədə dibi, üzüyəbənzər hüceyrəli adenokarsinoma
c.
Metastatik nahiyə: yuxarı pay bronxu, metastatik üzüyəbənzər
hüceyrəli adenokasinoma
C77.0
C16.1
C34.1
8490/6
8490/3
8490/6
*
Bu halda kodlar qeydiyyat bazasında verildiyi şəkildə təqdim edilir
4.3.3. Morfoloji kod
matriksinin mahiyyəti
QAYDA F. XBT-O-da dəqiq ter-
min göstərilməsə belə, yenitörəmənin
davranışını
təsvir
edən
5-ci
simvoldan istifadə edin.
XBT-O-da
verilən
terminlərin
morfoloji kodunun struktur və
mahiyyəti üçün 20-ci Cədvələ nəzər
salın. Birinci misalda (A) morfoloji
kodla beş termin görünür. Bunların
hər biri eyni dörd simvollu koda (8140)
malik olub, vəzi mənşəli yenitörəməni
bildirir. “Adenoma, ƏGO” xoşxassəli
şişdir və davranış kodu /0-dır.
“Adenokarsinoma, ƏGO” “adenoma,
ƏGO”-nun bədxassəli ekvivalentidir
və davranış kodu /3-dür. “İn situ
adenokarsinoma” müvafiq olaraq, /2
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
......................................................................................................................................................................
____________________________________________________________________________
28
davranış koduna malikdir. Əvvəllər
“Bronxial adenoma” xoşxassəli şiş
hesab
edilirdi,
lakin
sonralar
bədxassəli olduğu və ya bədxassəlilik
potensialına malik olduğu müəyyən
edilmişdir. Ona görə də əlavə gös-
təricisi olmayan bronxial adenomanın
xoş- və ya bədxassəli şiş kimi
davranacağı naməlum olmadığı üçün
ona /1 davranış kodu təyin edilmişdir.
“Metastatik adenokarsinoma, ƏGO”
8140/6 koduna malikdir. XBT-O-nun
rəqəmli siyahısı və ya əlifba siyahısı
indeksində göstərilməsə də, 8140/9 da
matriksin tərkib hissəsidir. Əgər klinik
və ya patoloji qeydlərdə “birincili və
ya metastatik olduğu bəlli olmayan
ağciyər adenokarsinoması” diaqnozu
qeyd edilirsə, bu 8140/9 kimi
kodlaşdırıla bilər. Əvvəldə də qeyd
edildiyi kimi xərçəngin qeydiyyatını
aparan şəxs bu koddan istifadə etmir,
çünki normada yalnız /2 (in situ) və /3
(bədxassəli yenitörəmə, birincili na-
hiyə) kodlarına uyğun gələn törəmələr
registrə daxil edilir.
İkinci misalda (B) dörd simvollu
9000 nömrəli morfoloji kodun altında
üç termin sadalanıb. “Brenner şişi,
ƏGO” adətən xoşxassəli olur, ona görə
də 9000/0 kimi qeyd edilir. Əgər
“bədxassəli Brenner şişi” diaq-
nozundan istifadə edilmişsə, bu zaman
bu şişi 9000/3 kimi kodlaşdırmaq
düzgündür. Analoji olaraq “malıq-
nantlığı qeyri-müəyyən olan Brenner
şişi” 9000/1 kimi kodlaşdırılır. 9000/2,
9000/6 və 9000/9 kodları XBT-O-da
qeyd edilmir. Ehtiyac olduqda
onlardan istifadə oluna bilər. Məsələn,
“in situ Brenner şişi” müəyyən
edilərsə, 9000/2 kodu tətbiq oluna
bilər.
Üçüncü misalda yalnız bir termin,
“xordoma” qeyd edilir. Xordoma,
adətən, bədxassəli olur və ona görə də
morfoloji kodu 9370/3 olmalıdır. 9370
matriksində digər kodlar da vardır və
ehtiyac olarsa, istifadə edilə bilər.
Məsələn, XBT-O-da qeyd edilməsə də
“xoşxassəli
xordoma”
müəyyən
edildikdə, o, 9370/0 kodlaşdırılır. Qeyd
etmək lazımdır ki, bəzi mümkün
kombinasiyalar yəqin ki, mövcud
deyil, yaxud da qəbul edilməyib və
təsvir olunmayıb. Məsələn, “xoşxassəli
sarkoma” termini mövcud konsep-
siyalara zidd olardı.
Adətən, histoloji termin aydın
şəkildə şişin davranışını, yəni xoş- və
ya bədxassəli olmasını özündə əks
etdirir və bu, XBT-O-da həmin şiş
üçün təyin edilmiş davranış kodu
vasitəsilə qeyd edilir. XBT-O-da yalnız
in situ şişlərinin bir neçə histoloji növü
qeyd edilir. Əgər in situ törəmə aşkar
edilərsə, XBT-O-da verilən istənilən
dörd simvollu koda /2 davranış
kodunu əlavə etmək mümkündür.
Qeyd edilməlidir ki, matriks sistemi
şişin xoşxassəli, bədxassəli, in situ və
ya xoş- və ya bədxassəliliyi məlum
olmayan kimi müəyyən edilməsində
yekun rəyi patoloqa vermişdir.
Burada təyin edilən davranış kodu
patoloqun fikrincə həmin törəməyə ən
çox xas olan davranış kodunu göstərir.
Əgər patoloq XBT-O-da göstərilmiş
kodla və ya konkret bir halda təyin
edilən kodla razı deyilsə, onu dəyişə
bilər. Məsələn, süd vəzi giləsinin
Pedcet xəstəliyi XBT-O-da bədxassəli
xəstəlik kimi qeyd edilir. Son vaxtlarda
bəzi patoloqlar nəzərəçarpan şiş
kütləsinin olmaması hallarında, bu
patologiyanı in situ hesab etməyə
başlamışlar. Belə olduğu halda şiş in
situ olaraq qeyd edilir və müvafiq
şəkildə kodlaşdırılır.
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
29
Cədvəl 20. Morfologiya və davranış kodu matriksi
Misal A
Misal B
Misal C
8140
9000
9370
Əsas hüceyrə növü
5-ci rəqəm – davranış kodu
/0 xoşxassəli
8140/0 Adenoma, ƏGO
9000/0 Brenner şişi,
ƏGO (C56.9)
9370/0
/1 Xoş- və ya bədxassəli
olması naməlum
8140/1 Bronxial adenoma
(C34._)
9000/1 Brenner şişi,
keçid malıqnizasiyalı
(C56.9)
9370/1
/2 in situ, qeyri-invaziv
8140/2 İn situ adenokarsinoma 9000/2
9370/2
/3 bədxassəli, birincili
8140/3 Adenokarsinoma, ƏGO 9000/3 Bədxassəli
Brenner şişi (C56.9)
9370/3
Xordoma
/6 bədxassəli, metastatik
*
8140/6 Metastatik
9000/6
9370/6
/9 bədxassəli, birincili və ya
metastatik olduğu qeyri-
müəyyən
*
9000/9
9370/9
*
İşarə ilə verilmiş kodlar Xərçəng Registrlərdə istifadə edilmir
Yadda
saxlayın
ki,
XBT-O
topoqrafik və morfoloji kodlaşdırma
sistemidir (digər sözlə kodlaşdırılmış
nomenklaturadır) və xəstəliklərin
mərhələlər və ya xəstəliyin yayılma
dərəcəsini
kodlaşdırmaq
üçün
nəzərdə tutulmayıb. XBT-O təsnifat
sisteminin
Xərçəng
Əleyhinə
Beynəlxalq Cəmiyyətin (XƏBC) və ya
Amerika Xərçəngə Qarşı Müştərək
Komitə (AXQMK) tərəfindən verilmiş
TNM təsnifatı ilə heç bir əlaqəsi
yoxdur.
Kodlaşdırma
patoloqun
qeydləri əsasında aparılır. Lakin əgər
şişin davranışı qeyri-müəyyəndirsə və
ya qeyd edilməmişdirsə, o zaman
XBT-O-da göstərilən davranış kodu
istifadə edilməlidir.
4.3.4. Histoloji dərəcə və
diferensiasiya kodları (6-cı simvol)
QAYDA G. Diaqnozda verilmiş ən
yüksək dərəcə və ya diferensiasiya
kodundan istifadə edin.
XBT-O-da bədxassəli yenitörəmə-
lərin diferensiasiyasını göstərmək
üçün 6-cı simvoldan istifadə edilir. Bu
simvollar 21-ci Cədvəldə əks etdirilib.
Histoloji dərəcə yalnız bədxassəli
patologiyalar üçün tətbiq edilir.
Müxtəlif patoloqlar törəmələrin
histoloji dərəcəsini fərqli təyin edir və
bir çox bədxassəli şişlərin çox vaxt
histoloji dərəcəsi təyin edilmir.
21-ci Cədvəldə verilən dərəcə kodları
1-dən 4-dək olub, müvafiq olaraq I-IV
histoloji
dərəcələri
ifadə
edir.
Diferensiasiya dərəcəsini müəyyən
edən sözlər ayrıca sütunda qeyd edilir.
Diferensiasiya şişin əmələ gəldiyi
toxumaya nə dərəcədə bənzər və ya
ondan nə qədər fərqli olmasını təsvir
edir. Patoloqlar tərəfindən törəmənin
diferensiasiyasını müəyyən etmək
üçün istifadə edilən terminlər çox
müxtəlifdir. Ümumilikdə diferen-
siasiya dərəcəsini göstərmək üçün
“yüksək”, “orta” və “aşağı” terminləri
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
adenokarsinoma, ƏGO
8140/9
____________________________________________________________________________
......................................................................................................................................................................
30
istifadə olunur ki, bunlar da təxminən
törəmənin I, II və III histoloji dərə-
cələrinə uyğun gəlir. “Diferensiasiya
olunmamış” və ya “anaplastik”
terminləri IV histoloji dərəcəyə
uyğundur. Ona görə də “yastı
hüceyrəli karsinoma, II dərəcə” və
“orta dərəcəli diferensiasiya olunmuş
yastı hüceyrəli karsinoma” eyni kodla
– 8070/32 ilə kodlaşdırılır. Törəmənin
diaqnozunda iki müxtəlif diferen-
siasiya və ya histoloji dərəcə qeyd
edilirsə, kodlaşırma üçün daha yüksək
olan dərəcə istifadə edilir.
Cədvəl 21. Kodlaşdırmanın 6-cı simvolu. Histoloji dərəcə və ya diferensiasiya
Kod
1
I dərəcə
Yüksək diferensiasiyalı
Diferensiasiya olunmuş, ƏGO
2
II dərəcə
Orta diferensiasiyalı
3
III dərəcə
Aşağı diferensiasiyalı
4
IV dərəcə
Diferensiasiya olunmamış
Anaplastik
9
Diferensiasiya dərəcəsi müəyyən edilmir, qeyd edilmir və ya aid deyil
Ona görə də “aşağı diferensiasiyalı
sahələrə malik orta diferensiasiyalı
yastı hüceyrəli xərçəng”in kodlaş-
dırılması üçün III histoloji dərəcə
istifadə edilməlidir. Tam kod belə
olmalıdır: 8070/33.
Əgər diaqnozda diferensiasiya
dərəcəsi qeyd olunursa, XBT-O-da gös-
tərilən bütün bədxassəli şişlər üçün bu
dərəcənin kodlaşdırılması aparıla bilər.
Məsələn, “anaplastik yastı hüceyrəli
karsinoma”nın tam kodlaşdırılması
üçün morfoloji koda – 8070/3-ə “4”
əlavə edilməlidir (8070/34). Həmin
kodun 8070/39 kimi göstərilməsi yanlış
olardı, çünki bu kodda diferensiasiya
dərəcəsi qeyd edilmir.
Qeyd
etmək
lazımdır
ki,
“anaplastik”, “yüksək diferensiasiyalı”
və “diferensiasiya olunmamış” kimi
ifadələr təxminən 15 histoloji terminin
(limfomaların təsviri üçün istifadə
edilənlərə əlavə) ayrılmaz hissəsi kimi
istifadə edilir. Misallara aiddir:
“bədxassəli
anaplastik
teratoma”
(9082/34), “diferensiasiya olunmuş
retinoblastoma” (9511/31) və “yüksək
diferensiasiyalı follikulyar adeno-
karsinoma” (8331/31).
Kodlaşdırma aparan mütəxəssis
müvafiq morfoloji kodu lazımi
diferensiasiya dərəcəsini müəyyən
edən kod ilə (misallarda göstərildiyi
kimi) birlikdə istifadə etməlidir.
Hematopoetik fenotip kodları
6-cı
simvol
eyni
zamanda
leykemiya və limfomalarda hücey-
rələrin mənşəyini müəyyən etmək
üçün də istifadə edilə bilər (Cədvəl 22).
Bu, XBT-O-nun üçüncü və ikinci
nəşrinə əsasən kodlaşdırılmış məlu-
matların müqayisəsi zamanı faydalı
ola bilər. Limfomalar bölməsində
göstərildiyi kimi hüceyrə mənşəyi
dörd simvollu histoloji kodda artıq əks
olunur və diferensiasiya dərəcəsini
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
......................................................................................................................................................................
____________________________________________________________________________
31
əlavə etmək (6-cı simvol) tələb
olunmur. Lakin bəzən onkoregistrlər
immunofenotipik müayinə ilə təsdiq
edilmiş halları ayrıca kodlaşdırmaq
üçün həmin 6-cı simvoldan istifadə
edə bilər. Bu kimi vəziyyətlərdə
immunofenotipik kod dərəcə və ya
diferensiasiyaya malik digər diaq-
nostik terminlər (məsələn, yüksək
diferensiasiyalı və ya III dərəcə)
üzərində
üstünlük
təşkil
edir.
Cədvəl 22. Limfoma və leykemiyalarda immunofenotipin müəyyənləşdirilməsi üçün
6-cı simvolun istifadəsi
5
T-hüceyrəsi
6
B-hüceyrəsi
Pre-B
Sələf B hüceyrə
7
Sıfır hüceyrə
Nə T, nə B
8
NK hüceyrəsi
Təbii killer hüceyrə
9
Hüceyrənin növü müəyyən edilmir, göstərilmir və ya aid deyil
4.3.5. Nahiyəyə aid morfoloji
terminlər
QAYDA H. Diaqnozda topoqrafik
nahiyə göstərilmirsə, təyin edilmiş
topoqrafik koddan istifadə edin.
Əgər şişin başqa nahiyədə meydana
gəlməsi məlumdursa, həmin topoq-
rafik koddan istifadə edilməməlidir.
Yenitörəmələr üçün istifadə edilən
bəzi terminlər şişin mənşəyini və ya
əmələ gəldiyi toxumanın növünü
bildirir. Buna misal 23-cü Cədvəldə
verilir. Belə terminlərin kodlaş-
dırılmasını asanlaşdırmaq üçün həm
morfoloji kodların rəqəmli siyahısı,
həm də əlifba sırası indeksində lazımi
yerlərdə mötərizə içərisində topoqrafik
kod əlavə edilmişdir. Bəzən topoqrafik
kod üç simvollu başlıqla verilir və
həmin başlıq altında verilən bütün
terminlərə aid edilir. Bazal hüceyrəli
karsinomada (Cədvəl 23) dərinin
topoqrafik kodu (C44._) verilir və
dördüncü simvol boş buraxılır.
Nöqtədən sonra aşağıdan xəttin (_)
qoyulması altkodların olmasını bildi-
rir. Buraya nahiyə üçün qeyd edilən
müvafiq dördüncü simvol əlavə
edilməlidir. Nahiyələr üçün spesifik
altkodların müəyyən edilməsində kod-
laşdırma aparan mütəxəssis rəqəmli
siyahı və ya əlifba sırası indeksinə
müraciət etməlidir. Məsələn, üzün
bazal hüceyrəli karsinomasının nahiyə
kodu C44.3 (üz dərisi), yuxarı
ətraflardan birinin bazal hüceyrəli
karsinoması isə C44.6 (yuxarı ətraf
dərisi) kimi kodlaşdırılmalıdır. Analoji
olaraq meningiomanın topoqrafik
kodundakı dördüncü simvol (C70._)
boş saxlanılır, çünki meningeal qişa
həm baş beyinə (C70.0), həm onurğa
beyinə (70.1), həm də “meningeal qişa,
ƏGO”ya (C70.9) aid ola bilər.
Diaqnozda topoqrafik nahiyə qeyd
edilmədikdə morfoloji terminin
yanında verilən topoqrafik kod
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
____________________________________________________________________________
Kod
......................................................................................................................................................................
32
istifadə edilə bilər.
Bir çox morfoloji
terminlərin topoqrafik kodu olmur,
çünki şişlər çox vaxt birdən artıq orqan
və ya topoqrafik nahiyədə meydana
gəlir. Məsələn, “adenokarsinoma,
ƏGO” heç bir topoqrafik koda malik
deyil, çünki birincili adenokarsinoma
bir çox orqanlarda meydana gələ bilər.
Ola bilər ki, diaqnozda qeyd edilən
nahiyə topoqrafik kodda qeyd edilən
nahiyədən fərqli olsun. Məsələn, bazal
hüceyrəli karsinoma dəridən başqa
orqanlarda da yarana bilər.
Birincili nahiyə fərqli olduqda,
XBT-O-da verilən topoqrafik kod
nəzərə alınmamalı və diaqnozda qeyd
edilən nahiyə üçün spesifik olan
topoqrafik kod istifadə edilməlidir.
Məsələn,
“infiltrasiyaedici
axacaq
karsinoması”
morfoloji
termininin
yanına topoqrafik kod olaraq C50._ (süd
vəzi) əlavə edilir, çünki bu termin,
adətən, süd vəzində meydana gələn
karsinoma üçün istifadə edilir. Lakin
əgər “infiltrasiyaedici axacaq karsi-
noması” termini mədəaltı vəzdə
yaranmış birincili karsinomanı ifadə
etmək üçün istifadə edilmişdirsə, o
zaman kodlaşdırma aparan şəxs təklif
edilən topoqrafik kodu (süd vəzinə aid
olan) nəzərə almamalı və bunun
əvəzində düzgün kodu – C25.9-u
(mədəaltı vəzi, ƏGO) istifadə etməlidir.
Yadda saxlayın ki, morfoloji terminə
əlavə edilmiş olan nahiyə üçün spesifik
topoqrafik kodlar konkret yeni-
törəmənin mənşəyini təşkil etdiyi qəbul
edilmiş olan nahiyəni bildirir. Lakin
qeyri-adi variantlar da mümkündür.
Məsələn, böyrək osteosarkoması üçün
C41.9 (sümük, ƏGO) əvəzinə C64.9
(böyrəyin topoqrafik kodu) istifadə
edilməli, lakin bu zaman sümük
osteosarkomasının böyrəyə metastaz
vermədiyi diqqətlə yoxlanmalıdır.
Sümük xərçənginin (osteosarkoma)
böyrəyə metastaz verməsi halında
kodlaşdırma C41.9 (sümük), 9180/3
kimi aparılır.
Dostları ilə paylaş: |