QAYDA J. Mürəkkəb morfoloji
diaqnozlar:
Əgər mürəkkəb termin
XBT-O-da qeyd edilmirsə, həmin
terminin kök sözlərinin ardıcıllığını
dəyişin. Mürəkkəb sözlərin heç də
hamısı bu siyahıda verilmir. Məsələn,
XBT-O-da miksofibrosarkoma termini
olmasa da, fibromiksosarkoma termini
mövcuddur. Əgər axtardığınız termini
tapa bilmirsinizsə, kök sözlərin
müxtəlif ardıcıllıqla kombinasiyalarını
axtarın. 34-cü səhifədə verilən kod-
laşdırma təlimatlarına nəzər salın.
QAYDA K. Bir neçə morfoloji
terminin kodlaşdırılması:
Bir şişin
diaqnozunda müxtəlif kodlara malik
iki
modifikasiyaedici
sifətdən
istifadə edildikdə bir kod bütün
diaqnostik terminləri əhatə edə
bilmirsə, daha əvvəl verilən yuxarı
koddan istifadə edin. Əgər termin
müxtəlif kod nömrələrinə malik iki və
ya daha artıq modifikasiyaedici sifətə
malikdirsə, ən yüksək kod nömrəsinə
malik olanı istifadə edin, çünki,
adətən, həmin kod daha spesifik olur.
34-cü səhifədə verilən kodlaşdırma
təlimatlarına istinad edin.
Cədvəl 14. XBT-O-3-də verilən qaydalar və XBT-O-2-də onlara müvafiq olan nömrələr
XBT-O (III nəşr)
XBT-O (II nəşr)
2
3
Mövzu
Topoqrafik region və dəqiqləşdirilməmiş nahiyələr
Sözönləri
Birdən artıq topoqrafik kateqoriya və ya altkateqoriya
Limfomaların topoqrafik kodları
Leykemiyaların topoqrafik kodları
Davranış kodu
Diferensiasiya dərəcəsi
Nahiyəyə aid morfologiya
Mürəkkəb morfoloji diaqnozlar
Çoxsaylı morfoloji terminlərin kodlaşdırılması
A
B
C
4
D
12
E
13
F
5
G
6
H
8, 9
J
10
K
11
* Qeydlər: II nəşrdə qayda 1-də on
rəqəmli kodun strukturu təsvir edilir.
II nəşr, qayda 7-də “xərçəng” və “karsinoma” terminləri arasındakı fərq izah edilir.
II nəşr, qayda 14-də çoxsaylı yenitörəmələrin kodlaşdırılması ilə əlaqədar məsələlər təsvir olunur.
Qayda 1 ilə qarışdırılmaması üçün üçüncü nəşrdə
Qayda I yoxdur.
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
......................................................................................................................................................................
____________________________________________________________________________
20
4.2. TOPOQRAFİYA
4.2.1 Giriş
Topoqrafik kod yenitörəmənin
yarandığı lokalizasiyasını, digər sözlə,
haradan əmələ gəldiyini bildirir. XBT-
O-nun üçüncü nəşrində topoqrafik
kodlara heç bir dəyişiklik və ya əlavə
edilməmişdir. C00-dan C80-dək olan
topoqrafik kod və ya rubrikalar
XBT-10-un II hissəsində bədxassəli
yenitörəmələrə aid bölməyə istinad
edir və bu mənada XBT-O ilə XBT-10
arasındakı fərqlər müvafiq bölmədə
göstərilir. Bədxassəli, xoşxassəli, in situ
və bəd və ya xoşxassəli olub-
olmamasından asılı olmayaraq, bütün
yenitörəmələr XBT-O-da eyni topoq-
rafik kodlarla kodlaşdırılır.
4.2.2. Sifət formaları
Yenitörəmənin aid olduğu topoq-
rafik nahiyə isim və ya ona uyğun
sifətdən istifadə etməklə kodlaşdırıla
bilər, məsələn, “körpü qlioması” və ya
“körpünün qlioması”. Ümumilikdə,
isim formaları XBT-O-nun rəqəmli
siyahısı və əlifba indeksi ilə göstərilir:
məsələn, siyahıda “körpü” var,
“körpünün” isə yoxdur. Rahat
kodlaşdırma məqsədilə çox rast
gəlinən sifətlərdən yalnız bir neçəsi,
məsələn, “uşaqlıq” və “mədə” XBT-O-
da qeyd edilir. Düzgün isimin
istifadəsilə bağlı tərəddüd olduqda,
kodlaşdırma aparan şəxs tibbi lüğətə
müraciət etməlidir.
4.2.3. Xüsusi topoqrafik kodlar
Qida borusunun hissələri
Qida borusunun müxtəlif hissə-
lərinin təsnifatı üçün bir-birinə uyğun
gəlməyən iki müxtəlif sistem istifadə
edildiyinə görə bunların hər ikisi həm
XTB-O, həm də XBT-10-da (Cədvəl 15)
əksini tapmışdır. Radioqrafik və
cərrahi məqsədlə boyun, döş və qarın
terminləri, endoskopik və klinik
məqsədlər üçün isə yuxarı, orta və
aşağı üçdəbir terminləri tətbiq olunur.
Cədvəl 15. Qida borusu kodunun quruluşu
C15
C15.0
C15.1
C15.2
C15.3
C15.4
C15.5
C15.8
C15.9
QİDA BORUSU
Qida borusunun boyun hissəsi
Qida borusunun döş hissəsi
Qida borusunun qarın hissəsi
Qida borusunun yuxarı üçdəbiri
Qida borusunun proksimal üçdəbiri
Qida borusunun orta üçdəbiri
Qida borusunun aşağı üçdəbiri
Qida borusunun distal üçdəbiri
Qida borusunun yuxarıda qeyd edilən iki və ya daha
artıq nahiyəsinin hüdudlarından kənara çıxan zədələnməsi
Qida borusu, ƏGO
Qəlsəmə yarığı və Mekkel
divertikulu yenitörəmə nahiyələri
kimi
Həm “qəlsəmə yarığı”, həm də
“Mekkel divertikulu” anadangəlmə
qüsurlar olduğuna görə, XBT-10-da
müvafiq olaraq, Q18.0 və Q43.0
kateqoriyasında
kodlaşdırılmışlar.
Bununla belə, qeyd edilən ano-
maliyalar yenitörəmələrə başlanğıc
verən toxumalar əmələ gətirə bilir.
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
......................................................................................................................................................................
____________________________________________________________________________
21
XBT-O-nun topoqrafiya bölməsində
C10.4 - qəlsəmə yarığı və C17.3 -
Mekkel divertikulu kodları qeyd edilir.
Bu terminlərin yalnız aidiyyəti
yenitörəməyə başlanğıc verən toxuma
olduqları halda istifadə edilməli
olduqlarını bildirmək üçün onların
adından sonra mötərizə içərisində
“yenitörəmə nahiyəsi” ifadəsi işlədilir.
Yenitörəmənin
bu
toxumalarda
yarandığı hallar istisna olmaqla, qeyd
edilən anadangəlmə anomaliyalar
üçün XBT-O-nun topoqrafik kodları
tətbiq edilməməlidir.
4.2.4. Topoqrafik regionlar və
dəqiqləşdirilməmiş nahiyələr
QAYDA A. Əgər diaqnozda törə-
mənin toxuma mənşəyi göstərilmirsə,
“ƏGO” əvəzində hər bir dəqiqləşdi-
rilməmiş nahiyəni əlifba göstərici-
sində təklif edilən müvafiq kodla
kodlaşdırın.
İnsan bədənindəki regionlar və
dəqiqləşdirilməmiş nahiyələrə aid olan
diaqnozların kodlaşdırılması problemli
bir məsələdir. Əksər dəqiqləşdiril-
məmiş nahiyələr XBT-O-nun C76
kateqoriyası altında kodlaşdırılır, lakin
bəziləri, məsələn, “yuxarı ətraf” bir
neçə toxumadan təşkil olunmuşdur
(Cədvəl 16). Diaqnozun adında şişin
mənşəyini göstərən toxuma göstə-
rilməyə bilər. Məsələn, “yuxarı ətraf”
dedikdə yuxarı ətrafın dərisi, müxtəlif
yumşaq toxumaları və hətta sümükləri
nəzərdə tutula bilər. Birincili nahiyə
barədə heç bir təfsilatın məlum
olmadığını bildirən “yuxarı ətraf,
ƏGO” C76.4 kimi kodlaşdırılır. Yuxarı
ətraf
şişlərinin
kodlaşdırılmasını
asanlaşdırmaq üçün əlifba sırası ilə
verilən indeksdə yuxarı ətraf sözündən
aşağıda ona aid olan müxtəlif
toxumalar əlifba sırası ilə verilir.
Cədvəl 16. Əlifba göstəricisində verilən
topoqrafik regionların nümunələri
C76.4
C44.6
C49.1
C49.1
C49.1
C44.6
C49.1
C49.1
C40.1
C40.1
C77.3
C47.1
C49.1
C49.1
C40.0
C40.0
C47.1
C49.1
C49.1
C49.1
Yuxarı ətraf
ƏGO
ƏGO (karsinoma, melanoma,
nevus)
ƏGO (sarkoma, lipoma)
birləşdirici toxuması
dərialtı toxuması
dərisi
əzələsi
fibroz toxuması
qısa borulu sümükləri
qısa borulu sümükləri, aidiyyəti
oynaqları
limfa düyünü
periferik sinirləri
piy toxuması
skelet əzələsi
uzun borulu sümüyü
uzun borulu sümüyü, aidiyyəti
oynaqların
vegetativ (avtonom) sinir sistemi
vətəri
vətər yatağı
yumşaq toxuması
Əlifba sırası indeksində çox rast
gəlinən xoş və bədxassəli yeni-
törəmələrə nümunələr (mötərizə içə-
risində) verilir və bunlar əmələ
gəldikləri toxumaya aid edilir. Yuxarı
ətrafda karsinoma, melanoma və xal
C44.6 kimi kodlaşdırılır və “ yuxarı
ətraf dərisi”ni nəzərdə tutur. Mötərizə
içərisində verilən bu cür məlumatlar
kodlaşdıran şəxsə kömək etmək və
məsələn, yuxarı ətrafın müxtəlif növ
karsinomalarını (yastı hüceyrəli kar-
sinoma,
epidermoid
karsinoma)
göstərmək üçün nəzərdə tutulmuş və
C76.4 (yuxarı ətraf, ƏGO) kimi deyil,
C44.6 (yuxarı ətraf dərisi) kimi
kodlaşdırılmalıdır.
Analoji olaraq, sarkoma və lipoma
C49.1 kimi kodlaşdırılır ki, bu da
yuxarı ətrafın müxtəlif yumşaq
toxumalarının topoqrafik kodunu
təşkil edir. Əksər sarkomalar, məsələn,
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
.............................................................................
___________________________________
22
fibrosarkoma, liposarkoma və angi-
osarkoma mənşəyini yumşaq toxu-
malardan
götürür.
Əlifba
sırası
indeksində bədənin C76 topoqrafik
kodu altında verilən digər dəqiq-
ləşdirilməmiş nahiyələri və regionları
üçün də analoji yanaşmadan istifadə
edilir. Bəzi dəqiqləşdirilməmiş nahi-
yələr, məsələn, çənə, ƏGO və alın ƏGO
C76-ya deyil, dəriyə (C44-ə) aid edilir.
Sümük şişləri xüsusi diqqət tələb
edir. Həm osteo- (“sümük”), həm də
xondrosarkomalar (“xondro” qığırdaq)
adətən sümükdə yaranır. “Yuxarı ətraf
sümüyü” C40.0 kimi kodlaşdırılır,
“yuxarı ətrafın uzun sümükləri, kürək
sümüyü və aidiyyəti oynaqlar”ı
bildirir və əgər osteosarkoma və ya
xondrosarkoma yuxarı ətraf sü-
müklərindən birində baş verərsə, bu
koddan istifadə edilməlidir.
Periferik sinirlər və birləşdirici
toxumalar
Periferik
sinirlər
(C47._)
və
birləşdirici toxumalara (C49._) bir sıra
müxtəlif toxumalar aiddir (aidiyyəti
terminlər üçün topoqrafik siyahıya
nəzər salın). Əlifba sırası indeksində
bədənin bütün nahiyələrinə aid olan
müvafiq terminlərin hamısı əks
olunmur. Məsələn, birləşdirici toxu-
maya aid edilən adipoz toxuma hər bir
dəqiqləşdirilməmiş
nahiyə
üçün
verilmir.
4.2.5. Sözönləri
QAYDA B. Əgər topoqrafik
nahiyənin adının qarşısına peri-,
para- və ya bənzər kimi XBT-O-da
xüsusi göstərilməyən sözönləri əlavə
edilmişsə, törəmənin mənşəyi spe-
sifik toxumanın göstərildiyi hallar
istisna olmaqla, nahiyəni müvafiq
dəqiqləşdirilməmiş C76 altkateqo-
riyası ilə kodlaşdırın.
Topoqrafik nahiyə və müxtəlif
orqanların adının yanında peri-, para-,
pre-, supra-, infra- və s. kimi şəkilçilər
tez-tez istifadə edilir. Bu şəkilçilər
vasitəsilə modifikasiya edilən topoq-
rafik nahiyələrdən bir neçəsi XBT-O-da
qeyd edilir və onlara uyğun kod təyin
edilmişdir. Məsələn, “periadrenal
toxuma”, “peripankreatik toxuma” və
“retrosekal toxuma” siyahıda verilir və
bunlara “retroperiton”u müəyyən
edən C48.0 kodu verilir. “Paraaortal
limfa düyünü” XBT-O-da qeyd olunur
və ona aortal limfa düyünü ilə eyni
kod nömrəsi – C77.2 təyin edilir.
XBT-O-da belə sözönləri vasitəsilə
modifikasiya edilmiş bütün topoqrafik
nahiyələri əhatə etmək mümkün deyil.
Təcrübədə belə şəkilçilərin istifadəsi
həmin nahiyənin dəqiqləşdirilməmiş
olmasına dəlalət edir. Kodlaşdırmanı
aparan şəxslər XBT-O-da göstə-
rilməyən digər dəqiqləşdirilməmiş
nahiyələr üçün C76 rubrikasından
istifadə etməlidirlər. Eyni qayda spe-
sifik topoqrafik nahiyənin “sahəsində”
və ya “regionunda” olan qeyri-dəqiq
elementlər üçün də tətbiq olunur.
4.2.6. Bir neçə nahiyənin hü-
dudlarını əhatə edən bədxassəli
yenitörəmələr
QAYDA C. Şiş iki və ya daha artıq
kateqoriyanı və ya altkateqoriyanın
hüdudlarını əhatə edirsə və əmələgəl-
mə mənbəyi müəyyən edilə bilmirsə,
“.8” altkateqoriyanı tətbiq edin.
C00-C76 kateqoriyalarında birincili
bədxassəli yenitörəmələr yarandıqları
toxuma və ya orqana görə təsnif edilir.
Bir çox üç simvollu rubrikalarda daha
sonra ad təyin edilmiş hissələr və ya
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
23
altkateqoriyalar müəyyən edilir. Üç
simvollu kateqoriya daxilində iki və ya
daha artıq yanaşı yerləşən nahiyəni
əhatə edən eyni və mənşəyini təşkil
edən toxumanın müəyyənləşdirilə
bilmədiyi yenitörəmə “.8” kate-
qoriyasına – “qeyd edilən iki və ya
daha artıq nahiyənin hüdudlarından
kənara çıxan zədə” kimi təsnif edilir
(əgər başqa yerdə spesifik olaraq
kateqoriyalara
ayrılmamışdırsa).
“Qeyd edilən iki və ya daha artıq
nahiyə” dedikdə həmin nahiyələrin
yanaşı yerləşməsi nəzərdə tutulur.
Rəqəm ardıcıllığı ilə gələn alt-
kateqoriyalar əksər hallarda anatomik
olaraq yanaşı yerləşən strukturları
əhatə etsə də, bu mütləq qayda deyil
(məsələn, sidik kisəsi C67) və belə
olmadığı hallarda topoqrafik əla-
qələrin müəyyən edilməsi üçün
anatomiya
kitablarına
müraciət
edilməlidir. Məsələn, “qida borusu və
Bəzən yenitörəmə müəyyən sistem
daxilində iki və ya daha artıq üç
simvollu
kateqoriyanın
təmsil
olunduğu iki və ya daha artıq nahiyəni
əhatə edə bilər. Bu halda orqan
sistemlərində iki və ya daha artıq
nahiyəni əhatə edən altkateqoriyaların
siyahısını görmək üçün 17-ci Cədvələ
nəzər salın. Məsələn, “mədə və nazik
bağırsaqların karsinoması” – C26.8,
yəni “həzm sisteminin qeyd edilən iki
və ya daha arıtq nahiyəsinin
hüdudlarından kənara çıxan zədəsi”
kimi təsnif edilməlidir.
mədənin karsinoması” spesifik olaraq
C16.0 (kardiya) kimi təsnif edilir, lakin
“dilin ucu və ventral səthinin
karsinoması” isə C02.8 kimi təsnif
edilməlidir. Digər tərəfdən “dilin
ucunun onun ventral səthinə də
yayılan karsinoması” C02.1 kimi təsnif
edilməlidir, belə ki, bu halda mənşə,
yəni dilin ucu məlumdur.
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
24
r
r
Cədvəl 17. Bir neçə üç simvollu kateqoriyanı əhatə edən yenitörəmələr üçün nahiyə kodları
C02.8
C08.8
C14.8
C21.8
C24.8
C26.8
C39.8
C41.8
C49.8
C57.8
C63.8
C68.8
C72.8
4.2.7. Limfomalara aid
topoqrafik kodlar
QAYDA D. Əgər limfoma limfa
düyünlərindən inkişaf edirsə, onu
C77.0 ilə kodlaşdırın. Əgər limfoma
bir neçə limfa düyünü regionunu
əhatə edirsə, onu C77.8 kimi (çoxsaylı
regionların limfa düyünləri) kod-
laşdırın. Düyündən kənar (ekstra-
nodal) limfomaları yarandığı toxumaya
(bu, biopsiyanın aparıldığı nahiyə
olmaya da bilər) görə kodlaşdırın.
Əgər limfomanın nahiyəsi qeyd
edilmirsə və ekstranodal olmasına
şübhə varsa, onu C80.9 kimi (naməlum
birincili nahiyə) kodlaşdırın.
Solid şişlərdən, məsələn, süd vəzi
və ya mədə xərçəngindən fərqli
olaraq, limfomalar sistemli (generalizə
olunmuş) proses hesab olunur. Limfo-
maların əksəriyyəti limfa düyünündə
(topoqrafik kodu C77._) və ya
badamcıqlar, dalaq, Valdeyer həlqəsi,
nazik bağırsaqların Peyer düyüncük-
ləri və ya çəngələbənzər (lat. tymus)
vəzi kimi limfatik toxumalarda
yaranır və “nodal” (və ya düyün)
limfomaları adlandırılır.
Limfomalar həmçinin müxtəlif
orqanların limfatik toxumalarında,
məsələn, mədə və ya bağırsaqlarda
yarana bilər. Belə limfomalar “ekstra-
nodal” (“düyündənkənar”) və ya
“ekstralimfatik” adlandırılır. Ona görə
də limfomalar üçün nahiyələrə aid
topoqrafik kodlaşdırma tətbiq edilmir.
Bəzi
hallarda
ekstranodal
və
ekstralimfatik terminləri bir-birinə
ekvivalent kimi istifadə edilsə də,
əslində “ekstranodal” termini limfo-
manın limfa düyünündə yaranma-
dığını, lakin yuxarıda qeyd edilən
limfatik
toxumalardan
birində
meydana çıxa biləcəyini, “ekstra-
limfatik” termini isə limfomanın,
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
Dilin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara çıxan zədəsi
Böyük ağız suyu vəzilərinin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Dodaq, ağız boşluğu və udlağın yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Düz bağırsaq, anus və anal kanalın yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Öd yolunun yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara
çıxan zədələnməsi
Həzm sisteminin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara
çıxan zədələnməsi
Tənəffüs və döş qəfəsi orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Sümük, oynaq və oynaq qığırdaqlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Birləşdirici, dərialtı və digər yumşaq toxumaların yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir
neçəsinin hüdudlarından kənara çıxan zədələnməsi
Qadın cinsiyyət orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Kişi cinsiyyət orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
Sidik orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara
çıxan zədələnməsi
Baş beyin və mərkəzi sinir sisteminin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin
hüdudlarından kənara çıxan zədələnməsi
......................................................................................................................................................................
____________________________________________________________________________
25
qeyri-limfatik orqan və ya toxumada
əmələ gəldiyini bildirir.
Nodal və ya ekstranodal lim-
fomaları qeyd edərkən, şişin birincili
yaranma nahiyəsini müəyyən etmək
vacibdir. Həmin nahiyə biopsiya
götürülən və ya metastazlaşma baş
verən nahiyə olmaya bilər. Məsələn, iri
hüceyrəli diffuz B-hüceyrəli limfoma
həm nodal, həm də birincili ekstranodal
şiş ola bilər. Biopsiya limfa düyünündə
aparıla bilər, lakin, əsas xəstəlik birincili
düyündənkənar orqanda ola bilər. Belə
diferensiasiyanın
aparılması
üçün
yeganə etibarlı üsul instrumental
diaqnostik
müayinələrlə
şişin
mərhələsinə
dair məlumat
əldə
edilməsindən ibarətdir. Lakin onkoloji
xəstəliklərə dair registrlər üçün bu
məlumat asan əlçatan olmaya bilər.
Əgər hər hansı limfa düyününün
birincili
nahiyəni
təşkil
etdiyi
dəqiqdirsə, kodlaşdırma da müvafiq
qaydada aparılmalıdır. Əks təqdirdə
“limfa düyünü, ƏGO” (C77.9) istifadə
edilməlidir. Əgər birincili nahiyənin
limfa düyünləri olmadığı məlum olarsa,
bu
zaman
“naməlum
birincili
nahiyə” (C80.9) kodundan istifadə
edilməlidir. Belə fərqləndirmənin apa-
rılması vacibdir, çünki ekstranodal lim-
fomaların proqnozu daha yaxşı ola bilir.
4.2.8. Leykemiyaların topoqrafik
kodlaşdırılması
QAYDA E. Miyeloid sarkoma
(9930/3) istisna olmaqla, bütün
leykemiyaları C42.1 kimi (sümük
iliyi) kodlaşdırın.
Miyeloid sarkoma orqan və ya
toxumadakı leykemik depodan ibarət
olduğu üçün yarandığı mənbəyə görə
təsnif edilməlidir.
4.3. MORFOLOGİYA
4.3.1. Giriş
Morfoloji
kod
yenitörəməyə
çevrilmiş hüceyrənin növünü və
bioloji fəallığını kodlaşdırır, digər
sözlə, inkişaf etmiş şişin növünü və
davranışını bildirir. Tam morfoloji
kod üç komponentdən təşkil olun-
muşdur:
4 rəqəm – hüceyrənin növü
(histologiya)
1 rəqəm – davranış
1 rəqəm – diferensiasiya dərəcəsi
və ya fenotip.
XBT-O-da
morfoloji
kodlar
verilmiş şiş hüceyrəsinin növünü,
əlavə rəqəm isə davranışını kodlaş-
dırır. Törəmənin dərəcəsi, diferen-
siasiya və ya fenotip şiş haqda əlavə
məlumat təqdim edir.
Dostları ilə paylaş: |