Cədvəl 6. XBT-O-da olan, lakin XBT-10-da
olmayan topoqrafiya kodları
C42 HEMATOPOETİK VƏ
RETİKULOENDOTELİAL SİSTEMLƏR
C42.0 Qan
C42.1 Sümük iliyi
C42.2 Dalaq
C42.3 Retikuloendotelial sistem, ƏGO
C42.4 Hematopoetik sistem, ƏGO
7
2.4. İİV və QİÇS
İİV ilə əlaqəli inkişaf edən
bədxassəli törəmələrin öyrənilməsinə
böyük maraq vardır. Bu yenitö-
rəmələrin kodlaşdırılması hazırkı
kitabda təsvir edilən qaydalara uyğun
aparılmalıdır. İİV ilə bağlı yanaşı
hallar, habelə qazanılmış immun-
çatışmazlığı sindromu (QİÇS) isə
ayrıca kodlaşdırılmalıdır.
2.5. Yenitörəmələrin funksiyaları
XBT-O-da yenitörəmələrin funk-
siyaları kodla müəyyən olunmur.
Məsələn, maliqnant feoxromositoma
tərəfindən katexolaminlərin sekre-
siyası (C74.1, 8700/3) kodlaşdırma
sistemində
ayrıca
olaraq
detal-
laşdırılmır və ya fərqləndirilmir. XBT-
10-un “Endokrin, Qidalanma və
Metabolik Xəstəliklərə” dair IV Fəs-
lində yenitörəmələrin funksiyalarını
xarakterizə etmək üçün ayrı-ayrı kodlar
istifadə edilir. Beləliklə, katexolamin
sekresiya edən feoxromositoma E27.5
ilə kodlaşdırılır.
3. XBT-O təsnifat sisteminin 3-cü
nəşrinin formatı və quruluşu
XBT-O həm topoqrafik, həm də
morfoloji kodları özündə ehtiva edən
iki səviyyəli təsnifat sistemidir.
Topoqrafiya kodları yenitörəmələrin
əmələ gəldiyi birincili sahələri göstərir.
XBT-O-da istifadə edilən 3- və
4-simvollu topoqrafik kateqoriyalar
XBT-10 təsnifat sistemində bədxassəli
törəmələri kodlaşdırmaq üçün istifadə
edilən kateqoriyalarla eynidir (C00-
C80). Bu isə XBT-10-dan fərqli olaraq
qeyri-bədxassəli törəmələrin əmələ-
gəlmə sahələrinin kodlaşdırılmasında
spesifikliyi artırmış olur. Morfoloji kod
törəmənin hüceyrə tipini və onun
bioloji aktivliyini göstərir. Başqa sözlə,
morfoloji kod törəmənin xüsusiyyətlərini
təsvir edir.
XBT-O aşağıdakı bölmələrdən iba-
rətdir:
1. İstifadə üçün təlimat – kitabın bu
bölməsi diqqətlə öyrənilməlidir.
Burada xərçəng registrləri və
histopatoloji laboratoriyalarda təs-
nifatın istifadə qaydaları təsvir
edirlir.
2. Topoqrafiya - kodlar siyahısı.
3. Morfologiya - kodlar siyahısı.
4. Əlifba göstəricisi.
3.1. İxtisarlar
Aşağıdakı ixtisarlar kitabda geniş
istifadə edilib:
M – Morfologiya
ƏGO – Əlavə göstəricisi olmayan
XBT-O – Onkoloji Xəstəliklərin
Beynəlxalq Təsnifatı (3-cü nəşr)
3.2. Topoqrafiya - kodlar siyahısı
XBT-O-nun topoqrafiya bölməsi
XBT-10-un II Fəslində yer almış bəd-
xassəli yenitörəmələr bölməsi əsasında
haz
ırlanıb. Topoqrafiya terminləri
4 simvollu C00.0-dan C80.9-dək olan
koddan ibarətdir. Kodda olan nöqtə isə
topoqrafik nahiyələrin althissələrini
təsvir edir.
XBT-O-da istifadə edilən topoq-
rafiya kodunun quruluşu Cədvəl 7-də
təsvir edilib.
XBT-O təsnifat sisteminin 3-cü nəşrinin formatı və quruluşu
8
3.3. Morfologiya - kodlar siyahısı
XBT-O-nun morfologiya bölməsi
daha yeni şəkildə təqdim olunub. Yeni
terminlər 3-cü nəşrə əlavə edilib,
habelə ÜST-nin Hematopoetik və
Limfoid
Xəstəliklərinin
Təsnifatı
əsasında qeyri-Hockin limfoması və
leykemiya bölmələri yenidən işlənib.
Digər əlavələr ÜST-nin Həzm Sistemi
və Sinir Sistemi Xəstəliklərinin
Təsnifatı üçün edilib.
Morfologiya bölməsinin yenidən
işlənməsi zamanı son illərin ədəbiy-
yatında yer almış yeni terminlərin
daxil edilməsi üçün müvafiq səylər
göstərilib. Bir sıra hallarda yeni-
törəmələri təsvir edən terminlər bir
neçə təsnifat sistemindən götürülüb
(məsələn, bədxassəli limfomalar).
Qeyd
edilməlidir
ki,
XBT-O
kodlaşdırma sistemidir və yenitö-
rəmələrin təsnifat sistemi deyildir.
Morfoloji kodlar 5 rəqəmdən
ibarətdir və 8000/0-dan 9992/3-dək
dəyişir. İlk 4 rəqəm spesifik histoloji
termini təsvir edir (Cədvəl 8). Beşinci
rəqəm isə (“/” xəttindən sonra gələn
rəqəm) törəmənin davranışını təsvir
edir, yəni törəmənin bədxassəli,
xoşxassəli, in situ və ya qeyri-müəyyən
maliqnant və ya xoşxassəli potensiala
malik olduğunu bildirir.
Ayrıca olaraq verilən bir rəqəmli
kod törəmənin histoloji dərəcəsini və
ya diferensiasiyasını təsvir edir. Limfo-
Tam XBT-O kodu 10 rəqəmdən və
ya simvoldan ibarətdir ki, bunların
4 simvolu topoqrafiyanı, 4 simvolu
morfologiyanı, 1 rəqəm törəmənin
davranışını və 1 rəqəm isə törəmənin
diferensiasiyası və ya dərəcəsini və ya
limfoma və leykemiya hallarında mü-
vafiq ekvivalenti göstərir. Cədvəl 9-da
nümunə verilib.
Cədvəl 9. Bütöv kodun quruluşu
Diaqnostik termin
:
Aşağı diferensiasiyalı yastı hüceyrəli
karsinoma, ağciyərin yuxarı payı
3.4. Kodlar siyahısında XBT-O
terminlərinin formatı
Hər bir topoqrafik və morfoloji
termin kodlu siyahıda yalnız bir dəfə
verilir. Bu Cədvəl 10-da nümunələrlə
göstərilib. Koda aid olan terminlər
sırasında birinci, qalın şriftlə verilmiş
terminin
istifadəsinə
daha
çox
üstünlük verilir.
Məsələn, “parotid və ya qu-laqyanı
tüpürcək vəzi”nin bütün halları C07.9
ilə kodlaşdırılır. Həmin terminin daha
qalın şriftlə verilməsi onun istifadəsinə
üstünlük verildiyini göstərir. Sinonim
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
.............................................................................
C34.1 8070/33
.............................................................................
Cədvəl 8. Morfologiya kodunun quruluşu
Cədvəl 7. Topoqrafiya kodunun quruluşu
.............................................................................
___________________________________
C ____ ____ . ____
nahiyə alt nahiyə
Misal:
C50.2
____ ____ ____ ____
/
____ ____
histologiya davranış dərəcə
Misal: yaxşı diferensiasiya olunmuş adenokarsinoma
M-8140 / 3 1
Törəmənin növü Davranış Diferensiasiya
(adeno-) (karsinoma) (yaxşı diferensiasiyalı)
___________________________________
malar və ya leykemiyalar üçün bu
bir rəqəmli kod T-, B-, Sifir- və NK
hüceyrələri müəyyən etmək üçün
istifadə edilir.
Süd vəzi, yuxarı daxili kvadrant
_____
______________________________
9
termin olan “parotid, ƏGO” isə
“Parotid vəzi” termini kimi aşağıda
verilir. Ayrıca göstərilən “Stensen
axarı” və “Parotid vəzi axarı” yanaşı
istifadə edilən və ya ekvivalent
terminlər hesab olunur. Onlar əsas
terminin (“parotid və ya qulaqyanı
tüpürcək vəzi”) əvəzində istifadə
edilmir və onun sinonimi hesab
olunmur.
Lakin
əsas
terminin
topoqrafik althissələri onun altında
verilir və ayrıca koda malik deyildir.
Əlifba sırası ilə verilən siyahıda isə
bütün bu terminlər, məsələn, C07.9
kodu altında cəmləşdirilib. Eyni ilə,
morfoloji
kodlaşdırmaya
gəlincə,
“oksifil karsinoma” və “onkosistli
adenokarsinoma” terminləri “oksifil
adenokarsinoma” termininin sinoni-
midir. Lakin “Hürtle hüceyrəli
karsinoma”,
“Hürtle
hüceyrəli
adenokarsinoma” və “oksifil hüceyrəli
follikulyar karsinoma” terminləri isə
oksifil hüceyrədən inkişaf edən digər
karsinoma növlərini təsvir etmək üçün
istifadə edilir.
Cədvəl 10. Nömrə sırası ilə kodlaşdırma
C07.9
Qulaqaltı vəzi
Qulaqaltı vəzi, ƏGO
Stenson axacağı
8290/3
Oksifil adenokarsinoma
Onkosistli karsinoma
Onkosistli adenokarsinoma
Hürtle hüceyrəli karsinoma (C73.9)
Hürtle hüceyrəli adenokarsinoma (C73.9)
Oksifil hüceyrəli follikulyar karsinoma (C73.9)
3.5. Əlifba göstəricisi
Əlifba göstəricisi ilə sadalanma
həm topoqrafiya (anatomik nahiyələr),
həm də morfologiyanın (histoloji
terminlər)
kodlaşdırılması
üçün
istifadə edilir. Bu siyahıya həm də
törəməyə bənzər patoloji ocaqlar və
ona oxşar hallar da daxil edilir.
Topoqrafik kodlar, adətən, XBT-10-un
II Fəslində verilmiş kodun başlığında
olan ilk hərf - C hərfi ilə müəyyən
olunur.
Törəmələri
təyin
edən
terminlər həm isim, həm də sifət kimi
siyahıya salınıb. Məsələn, bazofil
adenokarsinoma B “bazofil” və A
“adenokarsinoma, bazofil” kodları ilə
əlifba göstəricisində verilir.
3.6. Əlifba göstəricisinin formatı
və istifadəsi
Cədvəl 11-də XBT-O-da yer almış
terminlər sütunu əlifba sırası ilə
verilib. Üç və ya daha çox hissədən
ibarət terminlərdə bir söz qabardılır
(məsələn, “Abdominal”, “Ada hücey-
rəli” və “ Adamantinoma”) və tərki-
bində bu söz olan digər terminlər onun
altında sadalanır. Topoqrafik (C) və
morfoloji (M) terminlər vahid başlıq
altında qarışdırılmır; hər bir qrupdan
əvvəl və sonra onları ayırmaq üçün
boş sətr buraxılır.
Yuxarıdakı misalda əsas aparıcı
termin “Abdominal”dır. Bu söz bir
neçə modifikasiyada verildiyi üçün
“Abdominal” sözü qalın şriftlə verilir.
“ƏGO” termini isə həmişə başlıqdan
sonra
birinci
verilir
(məsələn,
“Adamantinoma, ƏGO”).
Əlifba göstəricisində vertikal boş
sətr siyahıda topoqrafik terminləri
morfoloji terminlərdən ayırır və ya
qruplaşmanın sonunu göstərir.
XBT-O təsnifat sisteminin 3-cü nəşrinin formatı və quruluşu
.............................................................................
Qulaqaltı vəzinin axacağı
10
Cədvəl 11. Birinci sütun
A
Abdominal
C49.4
C49.4
C15.2
C77.2
aorta
hissə, boş venanın
hissə, qida borusunun
limfa düyünü
8822/1
desmoid
8822/1
fibromatoz
C17.1
C71.0
C25.4
Acı bağırsaq
Adacıq
Adacıqlar, Langerhans
Ada hüceyrəli
8150/3
8150/0
8150/0
8150/0
8150/3
8150/1
8154/3
adenokarsinoma (C25._)
adenoma (C25._)
adenomatoz (C25._)
xoşxassəli şiş (C25._)
karsinoma (C25._)
şiş (C25._)
və ekzokrin adenokarsinoma, qarışıq
(C25._)
Adamantinoma
9310/0
9310/3
9261/3
ƏGO
bədxassəli
qamış sümüyünün (C40.2)
9261/3
uzun sümüklərin (C40._)
3.7. Törəməyə bənzər ocaqlar
və hallar
Əlifba göstəricisində həmçinin
müəyyən törəməyə bənzər ocaqlar
(zədələnmələr) və hallar əlifba sırası ilə
təsvir edilir. Bunlar yenitörəmələrlə
qarışdırıla bilər: məsələn, onların sonu
“-oma” ilə bitir və ya onlar xərçəngönü
hallar hesab edilir. XBT-O təsnifatında
bu cür hallara və ocaqlara morfoloji
kod təyin edilməyib və onlar
təsnifatda yeddi defislə (-------)
işarələnir,
çünki,
həmin
hallar
yenitörəmələr hesab edilmir. Əvəzinə
mötərizədə Tibbin Sistemləşdirilmiş
Nomenklaturasına
istinad
( bax:
SNOMED) qeyd edilir.
XBT-O-nun əvvəlki nəşrlərində
SNOMED kodu verilmişdir. Lakin
hazırda SNOMED-in ən azı iki nəşri
istifadə olunduğundan və həmin
yenitörəmə
olmayan
hallar
və
ocaqların kodları müəyyən dərəcədə
fərqləndiyindən, XBT-O-3-də spesifik
SNOMED kodları istifadə edilmə-
mişdir.
3.8. Limfoma və leykemiya siyahıları
Limfoma və leykemiyalar yuxarıda
təsvir edilmiş kodlaşdırma qayda-
larından istisnadır. Leykemiya və
limfomalarda çoxsaylı kombinasiyalar
olduğundan həmin siyahılar çox uzun
olardı. Buna görə də hazırda
“bədxassəli limfoma” üçün bir,
“leykemiya” üçün də digər bir siyahı
vardır.
3.9. ƏGO-nun mənası və
onun istifadəsi
ƏGO (əlavə göstəricisi olmayan)
abreviaturası və ya ixtisarı topoqrafik
və morfoloji terminlərdən sonra qeyd
edilir və XBT-O-nun bir çox his-
sələrində
rast
gəlinir.
Əlifba
göstəricisində ƏGO birinci qeyd edilir,
daha sonra isə dəyişən terminoloji
sözlər gəlir. ƏGO aşağıdakı hallarda
istifadə edilməlidir:
1. topoqrafik və ya morfoloji termin
dəyişdirilməmişdir,
2. topoqrafik və ya morfoloji terminlə
birgə istifadə edilən və başqa
yerlərdə rast gəlinməyən əlamət
vardır,
3. termin ümumən istifadə edilir.
Məsələn, Cədvəl 12-də göstərilib ki,
əlifba göstəricisində verilmiş “adeno-
karsinoma, ƏGO” çoxsaylı əlamətlərlə
yanaşı istifadə edilir və hər birinə
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
.........................................................................
___________________________________
11
spesifik kod təyin edilir. Əgər
adenokarsinoma diaqnozu təsdiqlənirsə,
bu zaman düzgün kod 8140/3
“adenokarsinoma, ƏGO” kimi qeyd
edilir. Əgər diaqnozda “atipik adeno-
karsinoma” və ya oxşar terminlər
istifadə edilirsə, düzgün kod yenə də
8140/3 olaraq istifadə edilir. Belə ki,
sonuncu halda “atipik” sözü sifət
olaraq siyahıda istifadə edilməyib.
Buna görə də, ƏGO termininin kodlar
siyahılarında və əlifba göstəricisində
istifadə edilməsi həmin terminin digər
modifikasiyalarının başqa bölmələrdə
verilməsini göstərir.
Az hallarda ƏGO verilmiş terminin
ümumi mənada istifadə edildiyini
göstərir. Məsələn, “endokrin vəzi”-
ndən sonra “ƏGO”-nun istifadəsi
(“C75.9 endokrin vəz, ƏGO”) o
deməkdir ki, digər endokrin vəzlər də
(məsələn, hipofiz vəzi) onlara məxsus
kodlarla sadalanıb.
Cədvəl 12. ƏGO ilə olan kodların tətbiqi
Adenokarsinoma (həmçinin karsinoma
bölməsinə baxın)
8140/3 ƏGO
8140/6 ƏGO, metastatik
8280/3 asidofil (C75.1)
8550/3 asinar
8550/3 asinik hüceyrə
8370/3 adrenal vəzin qabıq hissəsi (C74.0)
8251/3 alveolyar (C34._)
8215/3 anal axacaqların
8215/3 anal vəzilərin
8244/3 və karsinoid, kombinə olunmuş
8244/3 və karsinoid, kombinə olunmuş/qarışıq
8560/3 və epidermoid karsinoma, qarışıq
8560/3 və yastı hüceyrə karsinoması, qarışıq
8401/3 apokrin
8147/3 bazal hüceyrəli (C07._, C08._)
8300/3 bazofil (C75.1)
8160/3 öd axarı (C22.1)
8250/3 bronxiolyar (C34.1)
8250/3 bronxiol-alveolyar, ƏGO (C34._)
8420/3 tər vəzi (C44.2)
8270/3 xromofob
(C75.1)
3.10. Köhnəlmiş terminlər [obs]
[obs] işarəsi aid olduğu terminin
istifadəsindən çəkinməyə çağırır və
həmin diaqnoz üçün daha münasib
diaqnostik terminin olmasını bildirir.
Əgər [obs] işarəli termin diaqnoz
qoyulması üçün istifadə edilərsə, belə
diaqnozun kodlaşdırılması, sözsüz ki,
mümkündür, halbuki çox böyük
ehtimalla bu terminin daha müasir
variantı mövcuddur. Əgər [obs] işarəli
termin bədxassəli törəməni (adətən, /2
və /3 davranış kodları) göstərirsə, ter-
minin köhnəlmiş olmasına baxmayaraq,
o, registrə mütləq daxil edilməlidir.
Bundan əlavə, belə diaqnoz tarixi məlu-
matlardan istifadə edən tədqiqatlarda
qeyd oluna bilər və bu halda [obs]
istinad kimi göstərilir. Belə terminlərdən
bəziləri yenitörəmələrin köhnə adlarıdır.
Həmin yenitörəmələr sonradan daha
dəqiq
təsvir
olunub,
məsələn,
argentaffinoma [obs] hazırda karsinoid
törəməsi və ya dərəcə 1 neyroendokrin
törəmə kimi (ayrı-ayrı variantları təsvir
edən əlavə kodlarla) qeyd olunur. Digər
terminlər isə həqiqətən də qədimidir,
məsələn, limfosarkoma (ilk dəfə 1890-cı
ildə təsvir edilmiş və hazırda yalnız
baytarlıqda istifadə olunur).
3.11. Hematoloji bədxassəli
törəmələr
XBT-O-nun 3-cü nəşrində bütün
yenitörəmələrin təsnifatı yenidən işlə-
nib və yenilənibdir. Lakin hematoloji
bədxassəli törəmələr daha çox yeni-
lənibdir. Hematopatologiyada yeni
diaqnozların kodlaşdırılmasına olan
tələbat 3-cü nəşrin hazırlanmasında
nəzərə alınıbdır.
Son 50 ildə leykemiya və
limfomaların bir çox təsnifat sistemləri
XBT-O təsnifat sisteminin 3-cü nəşrinin formatı və quruluşu
..............................................................................
___________________________________
12
təklif edilib. Onların bəziləri klinik
praktikaya mühüm təsir göstərsə də,
digərləri ümumiyyətlə istifadə edil-
məmiş qalıb və ya yaddan çıxarılıbdır.
Lakin
əksər
hallarda
bütün
təsnifatlarda limfoma və leykemi-
yaların
fərqləndirilməsi
əsasında
qurulub və bu patologiyaların təsnifat
sistemləri paralel inkişaf etdirilib.
Limfomaların təsnifatları iki böyük
kateqoriyaya bölünür. Törəmələr əsasən
öz morfoloji xüsusiyyətləri, məsələn,
hüceyrə ölçüsü və ya forması və limfa
düyün və ya digər toxuma daxilində
törəmənin böyümə xüsusiyyəti əsasında
bir neçə altqrupa bölünür. Bu cür
yanaşma Rappaportun 1955-ci ildə dərc
etdiyi təsnifatda istifadə edilib. Həmin
təsnifat çox qabaqcıl olub və normal
limfositlərin
funksiyalarının
başa
düşülməsində mühüm rol oynayıb.
Əksinə, Kill təsnifatı, Lyuk və Kollinsin
təsnifat sistemləri maliqnant limfo-
maların hüceyrələrinin yetişməsinin
dayanması ideyası əsasında tərtib
edilib. Həmin törəmə hüceyrələrinin
normal limfositlərin diferensiasiyası
mərhələləri ilə müqayisəsi törəmələrin
təsnifatının əsasını təşkil edib. Amerika
Birləşmiş Ştatlarında Milli Xərçəng
İnstitutunun İşlək Tərifi sistemi
diaqnozların müqayisə üçün stan-
dartlaşdırılmış formata gətirilməsinə
cəhd olub. Təcrübədə isə bu sistem
törəmələrin morfoloji xüsusiyyətlərinə
əsaslanıb.
Limfomaların əksər təsnifatlarında
dərəcənin təyini sistemi çoxsaylı
törəmə növlərinin bir neçə kate-
qoriyaya bölünməsi üçün istifadə
edilmişdir və əsasən klinik praktika
üçün nəzərdə tutulmuşdur. Lakin
etiraf edilməlidir ki, müxtəlif təsnifat
sistemlərində təqdim edilmiş dərə-
cələndirmə heç də uyğun və müqayisə
olunan deyil. Kill təsnifatında yüksək
və aşağı dərəcəli törəmə hücey-
rələrinin ölçüsünə aid edilmişdir. Milli
Xərçəng İnstitutunun İşlək Tərifində
isə
yüksək
bədləşmə
dərəcəli
törəmələr kimyəvi terapiya ilə
müalicəsi mümkün olan daha aqressiv
törəmələri, aşağı bədləşmə dərəcəli
limfomalar isə gizli gedişata malik və
çox vaxt müalicəsi mümkün olmayan
törəmələri özündə ehtiva edib.
Fransa-Amerika-Britaniya
(FAB)
sistemi ənənəvi yaxma texnikası
əsasında hazırlanan paralel, lakin
limfoid və miyeloid leykemiyalar və
miyelodisplaziyaların fərqli təsnifatını
təmin etmişdir.
1990-cı illərin əvvəlində artıq
məlum olmuşdur ki, mövcud olan
təsnifat sistemləri bir sıra problemlərə
səbəb olur. Müəyyən edilmişdir ki,
limfomaların dərəcələrinin istifadəsi
çox vaxt yanlış nəticələr verir. Təriflər
formalaşdıqca aşkar olunur ki, limfoid
leykemiyalarla limfomalar arasında
düşünülən fərqlər sünidir. Belə ki,
həmin təsnifatlarda hüceyrələrin əsas
və ya törəmələrin klinik fərqləri yox,
törəmələrin yayılma xüsusiyyətləri
nəzərə alınırdı. Hockin və qeyri-
Hockin limfomaları arasında fərqlər
limfomaların təsnifatlarının əsasını
təşkil edib. Lakin tədqiqatlar göstərib
ki, Hockin xəstəliyində törəmə
hüceyrələri B-hüceyrələrinin germinal
mərkəzlərindən əmələ gəlir. Hockin
xəstəliyi bu səbəbdən B-hüceyrəli
limfomanın fərqli bir variantı kimi
qəbul edilməlidir.
Sitogenetik tədqiqatlarda leykemi-
ya və limfomaların bir sıra növlərinin
klinik davranışı və patogenezində
ayrı-ayrı genlərin tənzimlənməsinin
pozulması ilə müşahidə edilən
xromosom translokasiyaların vacibliyi
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
13
müəyyən edilib.
Bütün yuxarıda qeyd olunan
tapıntılar əsasında 1994-cü ildə
Yenilənmiş Avropa-Amerika Limfoma
(REAL) təsnifatı çap edilmişdir. REAL
təsnifatında istifadə edilmiş terminlərin
bir çoxu Kill təsnifatı ilə oxşar olsa da,
ümumi konsepsiya fərqlidir. REAL
təsnifatında klinik-patoloji halların
tərifi morfologiya, immunfenotip,
genetik pozuntular və klinik xüsu-
siyyətlərin kombinasiyası üzərində
qurulub. Mümkün kombinasiyaların
sayının çox olmasına baxmayaraq, bu
yanaşma əsasında nisbətən az sayda
xəstəliklərin və 90%-dən artıq limfoid
toxumasının bədxassəli törəmələrinin
təsnifatı aparıla bilər. Hematoloji
bədxassəli törəmələrin ÜST tərəfindən
qəbul edildiyi təsnifatı oxşar yanaşma
əsasında aparılır və limfoproliferativ
pozuntulara dair bölmə ümumiyyətlə
çox oxşardır. Kəskin miyeloid ley-
kemiya (AML) hallarının altqruplara
bölünməsi sito-genetik pozuntuların
əhəmiyyətini nəzərə alır və “de novo”
və miyelodisplastik AML arasında
diferensiasiya aparmağa imkan verir.
ÜST-nin qəbul etdiyi təsnifatın 3-cü
nəşri yekun təsnifat hesab edil-
məməlidir, lakin o, gələcək təkmil-
ləşdirmələr üçün baza rolunu oynayır.
Böyük kateqoriyaların bir çoxu, o
cümlədən diffuz iri B-hüceyrəli, klinik
baxımdan və müalicənin nəticəsi ilə
bağlı heterogen qrup təşkil edir.
Gələcəkdə bu patologiyalar hüceyrə
və molekulyar meyarlara əsasən
daha dərin altqruplara bölünəcəkdir.
Lakin
hazırda
bunun
necə
yaradılmasına dair yetkin qərar
yoxdur.
ÜST-nin Hematopoetik və Limfoid
Toxumalarının Törəmələrinin Təsni-
fatının 4-cü nəşri 2008-ci ildə işıq üzü
görüb və ona 30 yeni xəstəlik daxil
edilib (Cədvəl 13). Mövcud xəstəliklər
molekulyar və ya sitogenetik meyarlar
əsasında fərqləndirilir. Həmin yeni-
liklər bu kitabda da yer alıb.
XBT-O təsnifat sisteminin 3-cü nəşrinin formatı və quruluşu
14
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
Dostları ilə paylaş: |