“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


Vegetarianlıq: yeni həyata necə başlamalı?



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə117/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   113   114   115   116   117   118   119   120   ...   125
Vegetarianlıq: yeni həyata necə başlamalı? 

Vegetarianlar “cəmiyyəti”nə qoşulmaq barədə qərar

verərkən onu nəzərə alın ki, ciddi vegetarianlıq növü

yalnız yaşlı insanlar üçün məsləhətdir. Gənc yaşlı

insanlar üçün bu məsləhət görülməyib, lakto və ya lakto-

ovo vegetarianlıq növünə icazə verilir. Ümumiyyətlə,

vegetarianlığa onun yüngül formalarından başlamaq

lazımdır. Hamilə qadınlara həkimlə bu qidalanmanın əks

göstərişləri barədə müzakirə etmək lazımdır, belə ki, o,

gələcək ananın və uşağın sağlamlığına mənfi təsir

göstərə bilər. 

Vegetarian sistemi ilə qidalanmağa başlamaq üçün

ilin isti dövrünü seçmək lazımdır, çünki bu dövrdə

maddələr mübadiləsi daha fəal şəkildə gedir və meyvə-

tərəvəz seçimi daha zəngindir. Bu dövrdə orqanizm

üçün bitki mənşəli qidaya keçmək asandır və yeni qida

rasionuna alışmaq insanda stressə səbəb olmayacaq. 

Həmçinin vegetarian olmaq barədə qərar verdikdən

sonra, əlavə olaraq balanslaşdırılmış kompleks vitamin

qəbulunun qayğısına qalmaq lazımdır.

Əvvəlcə elə görünə bilər ki, icazə verilən

yeməklərin sayı çox məhduddur, lakin bu elə deyil.

Vegetarian qidalanma sistemi müxtəlifdir, bir çox

yeməklər nəinki faydalı, həm də çox dadlıdır. Əsas olan

– bir az fantaziya və istənilən adi yeməyi bitki mənşəliyə

çevirmək olar. Ət məhsulları və balığa alternativ olaraq,

soya, paxlalı, göbələk və badımcandan istifadə edə

bilərsiniz. Əlbəttə, yeməyin dadı adət olunandan fərqli

olacaq, lakin ədviyyatlardan istifadə vəziyyəti

düzəldəcək. 

Əksər insanlar üçün yeni qidalanma sisteminə

keçmə – nə isə yeni bir şeyə, yeni mərhələyə və ya həyat

tərzinə başlamaq deməkdir. Axı vegetarianlıq – yalnız

qidalanma sistemi deyil, həm də həyat fəlsəfəsidir. 

Necə və nə ilə qidalanmaq, buna hər insan özü qərar

verməlidir. Həm bitki, həm də ət məhsulunun müsbət

cəhətləri vardır. Qafqaz qocaları (ağsaqqalları) ət

yeyərək yüz yaşacan yaşayır. Hunza uzaq qəbiləsindən

olan insanlar yalnız bitki mənşəlilərlə qidalanır və az da

yaşamırlar. Hərənin öz seçimi, öz yolu. 




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin