Щязряти Айятуллащцл-Цзма


Aşağıdakı nümunələrə diqqət edin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə68/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Aşağıdakı nümunələrə diqqət edin


40

Ağıllı  bir  şəxsin  od,  kül  və  çirkin  şeyləri  yemək  fikrinə  düşdüyünü  görmüsünüzmü? 

Əlbəttə  ki,  xeyr.  Əgər  görsək,  bir  nəfər  bu  cür  hərəkətlər  edir,  dərhal  onun  dəli  olduğunu 

zənn  edəcəyik.  Çünki  ağıllı  şəxsin  bu  hərəkətləri  etməsi  mümkün  deyil  və  bunu  heç  cür 

ağlımıza  sığışdıra  bilmərik.  Bu  kimi  işlərin  pis  və  bəyənilməz  olduğunu  təhlil  etdikdə 

görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca  deyə 

bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız 

və təqsirsizdir).

Bəhsimizin  dairəsini  bir  az  da  genişləndirib  deyirik  ki,  insanların  bir  qismi  bəzi 

günahlar  və  pis  işlərə  nisbətən  məsumdur,  lakin  başqa  bir  hissə  həmin  günahlara  düçar 

olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir 

əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir.

Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər  çox olsa, bir o 

qədər  pis  işlərdən  çəkinər  və  günahlardan  uzaq  olar.  Bu  hesabla,  əgər  bir  nəfərin  imanı, 

biliyi  həddən  artıq  yuxarı  səviyyədə  olsa  və  Allaha,  onun  ədalət  məhkəməsinə  sanki 

bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq 

olar.  Onun  pis  əməllərə,  günahlara  olan  münasibəti,  bizim  küçədə  anadangəlmə  çılpaq 

hərəkət  etməyə  olan  nisbətimiz  kimidir.  Haram  malı  yemək  onun  nəzərində  ağıza  od 

aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz.

Deyilənlərdən  belə  nəticəyə  gəlirik  ki,  peyğəmbərlərin  yüksək  dərəcədə  olan  elmi, 

imanı  onları  günah  etməkdən  çəkindirir.  Günah  onların  hətta  fikrlərinə  belə  gəlmir.  Buna 

görə deyirik ki, peyğəmbərlər məsumdurlar.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin