Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Adət və fitrət üçün bir neçə misal çəkin.

2.Nə üçün avam camaat bütpərəstliyə tərəf yönəlirdi?

3.Nə üçün materialistlər Allahı təbiət adlandırırlar?

Baş vermiş bir əhvalat.

V dərs

Ötən  dərsdə  dedik  ki,  dildə  Allahı  inkar  edənlərin  özləri  də  ruhən  Allaha  iman 

bağlamışlar.

Şübhəsiz, müvəffəqiyyət və qələbələr insanlarda (xüsusən çıxarı olmayan insanlarda) 

qürur və təkəbbür əmələ gətirir. Bu qürur insanın hər şeyi unutmasına səbəb olur. Hətta, iş 

o yerə çatır ki, insan öz fitrətində olanları da unudur. Lakin vəziyyət dəyişdikdə, çətinliklər 

insana  üz  verdikdə  qürur  pərdələri  aradan  qalxır,  tövhid-  Allaha  pərəstiş  nişanələri  aşkar 

olur. Tarix bu cür nümunələrlə doludur. Aşağıdakı əhvalat bu nümunələrdən biridir.

Bir vəzir var idi. Bu vəzir çox qüdrətli idi. Heç kim onunla rəqabət apara bilmirdi. Bir 

gün həmin vəzir ruhani və dini alimlərin yığışdığı bir məclisə girib dedi: Siz nə vaxta qədər 

«bu dünyanın bir Allahı var» deyəcəksiniz? Mən onun yoxluğuna min dəlil gətirərərəm.

Alimlər bilirdilər ki, bu vəzir bürhan, məntiq, dəlil və sübut əhli deyil və heç bir haqq 

sözü  qəbul  etmir.  Buna  görə  də  onun  sözü  qarşısında   mənalı  və  təhqiredici  bir  sükuta 

daldılar.

Bu  hadisədən  bir  müddət  keçdi.  Bir  gün  vəzir  müttəhim  olaraq  o  vaxtın  iqtidarı 

tərəfindən  tutulub  zindana  salındı.  O  vaxt  həmin  məclisdə  olan  alimlərdən  biri  özü-özünə 

dedi  ki,  o  vəzirin  oyanmaq  (qəflət  yuxusundan  oyanmaq)  vaxtı  gəlib  çatıb.  Artıq  onun 

təkəbbür  və  qürur  pərdələri  gözünün  qarşısından  çəkilib  və  haqqı  qəbul  etməyə  hazırdır. 

Əgər  onun  yanına  gedib  nəsihət  versəm,  mütləq  ona  təsir  edəcək.  Fürsətdən  istifadə  edib 

zindana  gəldi.  Onunla  görüşmək  icazəsi  alıb  zindana  girdi.  Gördü  ki,  vəzir  bir  otaqda  tək 

başına  gəzərək  fikir  edir.  Qulaq  asıb  gördü  ki,  dodağının  altında  bir  şer  zümzümə  edir. 

Diqqətlə qulaq asdıqda gördü ki, bu məzmunda şer oxuyur:

«Biz  hamımız  şirik,  lakin  bayraq  üstə  çəkilmiş  şir.  Külək  əsdikdə  hücum  etməyə 

başlayırıq.  Hücum  etmək  istəyirik,  lakin  külək  əsmir.  Qurban  olaq  heç  vaxt  gözə 

görünməyən varlığa.»

Yəni, biz bayrağın üstə çəkilmiş şirə bənzəyirik. (Bəzi ölkələrin bayrağı üzərində bir şir 

şəkli vardır. Şerdə də buna işarə olunub). Külək əsdikdə hərəkətə gəlirik və elə bil ki, hücum 

etməyə  hazırlaşırıq.  Həqiqətdə  isə  bizi  hərəkətə  gətirən  küləkdir.  Bizim  isə  öz  gücümüz 

yoxdur. Nə qədər hərəkətə gəlmək istəsək də, külək əsməzsə, yerimizdə qalacağıq. Bizi bu 

qüdrətə  malik  edən  Allah  hər  bir  zaman  bu  qüdrəti  bizim  əlimizdən  ala  bilər.  Hamımızın 

canı ona fəda olsun.

Alim baxıb gördü ki, belə bir vəziyyətdə o nəinki təkcə Allahı qəbul edib, hətta bəlkə 

böyük arif və zahid şəxsə çevrilib.

Lakin  buna  baxmayaraq,  vəzirin  hal-əhvalını  soruşduqdan  sonra  ona  dedi:-

Yadınızdadırsa,  bir  gün  demişdiniz,  Allahın  olmamasına  min  bir  dəlil  və  sübut  gətirərəm. 



8

İndi  mən  gəlmişəm,  sənin  min  dəlil  və  sübutunu  bir  sübutla  rədd  edim.  Allah  həmin 

varlıqdır  ki,  sənin  o  əzəmətli  qüdrətini  asanlıqla  əlindən  aldı.  Vəzir  utanaraq  başını  aşağı 

saldı, heç bir cavab vermədi. Çünki öz səhvini anlamışdı. Artıq öz batinində Allah və iman 

nuru hiss edirdi.

Quran  (bu  barədə)  Firon  haqqında  belə  buyurur:  «Firon  batacağı  anda:  «İsrail 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin