ağaclarda və insanların qurduğu yerlərdə (evlərin damında, üzümlüklərdə) özünə yuva
tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get.»
(Nəhl, 68,69.)
Fikirləşin və cavab verin
1.Güllərin şirəsinin, rənginin və iyinin nə kimi faydası vardır?
2.Bal arılarının maraqlı həyatı barədə nə bilirsinz?
X dərs
Həddən artıq kiçik məxluqatlar dünyasında
Biz bu dünyanın maraqlı və möcüzəli məxluqatı arasında yaşadığımız ücün bunlara
adət etmişik.
Misal ücün:
1)Bizim ətrafımızda həddən artıq kiçik heyvan və həşaratlar yaşayırlar ki, bunların
bəzilərinin həcmi ola bilsin ki, bir-iki millimetrdən artıq deyil. Bununla belə, onların da
böyük heyvanlar (hətta insanlar) kimi əli, ayağı, başı, gözü, qulağı, hətta beyni və sinir
sistemləri vardır.
Əgər bir qarışqanın beynini mikroskop altına qoyub baxsaq, onun təəccüblü və maraqlı
olduğunu görərik. Qarışqanın bədəninə başçılıq edən müxtəlif hissələr onun beynində bir-
birinin yanında düzülmüşlər. Bu hissələrdən birinin fəaliyyətdən düşməsi qarışqanın
bədəninin bir hissəsinin işdən düşməsinə səbəb olacaqdır.
Təəccüblü budur ki, qarışqanın iynə ucu boyda (bəlkə də kiçik) olan başında bir aləm
zövq, mədəniyyət, hünər, huş və s. vardır. Belə ki, bir çox alim ömrünün çoxunu bu heyvanın
üzərində gedən təcrübələrə həsr etmiş və qarışqaya aid olan digər maraqlı məsələləri öz
kitablarında yazıb gələcək nəsillərə çatdırmışdır.
Bu heyvanda bu qədər zövqü, huşu və s. xəlq edən varlıq heç bir zövq və huşa malik
olmayan təbiət ola bilərmi?
2)Atomların sirli dünyası.
14
Bildiyiniz kimi dünyada indiyədək kəşf olunmuş ən kiçik varlıq atom və onun təşkil
olunduğu hissələridir. Atom o qədər kicikdir ki, ən böyük mikroskoplar (samanı dağ boyda
göstərən mikroskoplar) da onu görməkdə acizdirlər.
Atomun nə qədər kiçik olduğunu öyrənmək üçün bunu bilmək kifayət edər ki, suyun
bir damcısında dünyanın bütün adamlarının sayı qədər atom var. Bir santimetr
uzunluğunda nazik bir simin (məftilin) içində olan protonları saymaq istəsək və bu işdə min
nəfər insan da bizə kömək etsə, hər saniyədə protonların birini ayırsaq, gecələri sübhə kimi
qalmaq şərti ilə 30 ildən 300 ilə qədər (atomların müxtəlifliyinə görə) vaxt lazımdır ki,
onların hamısını sayıb qurtaraq.
Bir santimetr simin içində bu qədər atomun olduğunu bildikdə, görün bütün dünyada
(yer, göy, su hava və s.) nə qədər atom vardır? Bəşəriyyətin fikri onları saymaqdan
yorulmazmı? (Əlbəttə, hamısını saymaq qeyri-mümkündür). Onların sayını yalnız onları və
bütün dünyanı yaradan Allah bilir.
Atomlar tövhid dərsi öyrədirlər
Atom tanıma bu günkü zamanda olan elmlərin ən əsas və ən maraqlılarndan biridir. Bu
kiçik varlıq bizlərə tövhid dərsi öyrədir. Çünki atom dünyasında dörd şey diqqəti daha çox
cəlb edir:
1)Fövqəladə bir quruluş
İndiyə qədər elektronlarının sayı tədricən birdən başlayan və yüzdən yuxarıda
qurtaran yüzdən çox ünsür kəşf olunmuşdur. Bu təəccüblü quruluşun şüursuz bir varlıq
tərəfindən yaradılması ağla-sığmazdır.
Dostları ilə paylaş: |