20
Zülm edən şəxs bəzən nə etdiyini bilmir. Başqasının haqqını tapdaladığını bilmir və öz
işindən xəbərsizdir.
B)Ehtiyac
Bəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, bu şeytani işə (zülmə) əl
atsın. Ancaq əgər insanın həmin şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.
V)Acizlik
Bəzən insan başqasının haqqını kəsmək istəmir, lakin buna imkan və qüdrəti çatmır və
istər-istəməz zülm edir.
Q)Xudbinlik, qəzəb, intiqam və kin-kudurət
Bəzən ola bilsin ki, yuxarıda deyilən səbəblərdən heç biri ortada olmasın. Lakin
xudbinlik və özünüsevmə insanın zülmə əl atmasına, yaxud intiqam, qəzəb və ya qəlbində
olan kin-kudurət üzündən zülm etməsinə bais olur.
Yuxarıda deyilən səbəblərin heç birinin Allahda olmadığını nəzərə almaqla belə
nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm etməz. Çünki o, hər şeyi bilir (deməli, zülmün
birinci səbəbi olan cəhl onun vücudunda yoxdur), heç kimə ehtiyacı yoxdur (deməli, zülmün
ikinci səbəbi olan ehtiyac da onda yoxdur) və o, hər bir insana mehribandır (və zülmün heç
bir səbəbi onda yoxdur. Deməli, o zalım deyildir). O, sonsuz bir varlıqdır və onun kamalının
həddi-hüdudu yoxdur. Belə bir varlıqdan ədalət və xeyrdən başqa bir iş baş verməz. Zalım
və kafirləri cəzalandırarsa, bu onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin öz əməllərinin
nəticəsidir. İndi də gördükləri işlərin nəticəsinə yetişirlər. Elə bil, narkotik maddələr və
spirtli içkilər içməklə bir nəfər özünü sağalmaz və məhvedici xəstəliklərə düçar edir.
Quran bu məsələni belə açıqlayır: «Bu, yalnız (dünyada gördüyünüz pis) əmələrin
nəticəsidir. (Sizə artıq və əlavə heç bir şey edilmir.)» (Nəml, 90).
Dostları ilə paylaş: