Щязряти Айятуллащцл-Цзма


Allahın ən tanınmış sifətləri



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Allahın ən tanınmış sifətləri

Allahın məşhur və tanınınmış sübuti sifətləri aşağıdakılardır:

1.Alim: Yəni Allah Alimdir və hər şeyi bilir.

2.Qadir: Yəni Allah Qadirdir və hər şeyə qüdrəti catır.

3.Həyy (Diri): Yəni Allah diridir.

Həm elmi, həm də qüdrəti olan diridir.  Allahın elm və qüdrəti olduğuna görə, o da 

diridir.

4.Murid (İradə edən), yəni, İradə sahibidir. Öz işlərində məcbur deyil.

Gördüyü bütün işlərin hamısı hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç 

biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır.

5.Müdrik (Anlayan), yəni, Allah hər şeyi dərk edib anlayır. Hər şeyi görür, bütün səsləri 

eşidir, hər şeydən xəbərdardır.

6.Qədim, Əbədi (Həmişə olan), yəni, Allah həmişə olub və olacaq. Onun vücudunun 

başlanğıcı yoxdur. Çünki onun varlığı onun özündəndir. Buna görə də həmişəlik və əbədidir. 

Çünki vücudu özündən olan bir varlıq üçün ölüm və fəna mövcud deyildir.

7.Mütəkəllim (Danışan), yəni, Allah səs dalğalarını havada icad edib öz peyğəmbərləri 

ilə söhbət etməyə qadirdir. Allah danışandır dedikdə, onun üçün dil, dodağ və boğaz təsvir 

olunmur.


8.Sadiq (Düz danışan), yəni, Allahın bütün dedikləri düz və həqiqətdir. Yalan danışmaq 

ya nadanlıq üzündəndir, ya da zəiflik üzündən. Heç bir nadanlıq və zəifliyi olmayan, əksinə, 

hər şeyə alim və qadir olan Allahın yalan danışması qeyri-mümkündür.

Allahın məşhur səlbi sifətləti isə aşağıdakılardır:

1.Mürəkkəb, yəni, Allah hissələrdən təşkil olunmayıb. Çünki mürəkkəb olan şeyin öz 

hissələrinə ehtiyacı var (və hissələr olmasa, həyata qədəm qoya bilməz). Allahın isə heç bir 

şeyə ehtiyacı yoxdur. Deməli, o, mürəkkəb deyil.

2.Cisim: Allah cisim deyil. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, 

mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq).

3.Məri (Görünən), yəni, Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. 

Allah isə cisim deyil. Demək, gözə görünməz.

4.Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim 

deyil. Deməli, məkanı da yoxdur.

5.Allahın şəriki yoxdur. Əgər şəriki olsaydı, gərək, məhdud olaydı. Çünki heç bir 

cəhətdən məhdud olmayan iki varlığın bir yerdə mövcudluğu mümkün deyil. Bundan əlavə, 

dünyadakı qanunların (nizamın) vəhdəti (birliyi) dünya Xaliqinin birliyinə sübutdur.




17

6.Allahın  sifətləri  onun  vücudunun  bir  neçə  olduğuna  dəlalət  etmir.  (Yəni,  Allah 

alimdir, deməli alim bir Allah Qadirdir, deməli Qadir birAllah və s. ...). onun bütün sifətləri 

elə onun zatının özüdür.

7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil 

olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur: « Ona 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin