bənzər heç bir şey yoxdur» (Şura, 11).
Fikirləşin və cavab verin
1.Allahın yeganəliyinə və ona şərik olmadığına başqa sübutlarınız varmı?
2.Bəzi məzhəblərin üç Allahlı və bəzilərinin də iki Allahlı olduqlarını eşitmisinizmi?
Bunlar hansı məzhəblərdir?
II FƏSİL
ALLAHIN
ƏDALƏTİ
HAQQINDA
ON DƏRS
I dərs
Ədalət nədir?
Nə üçün Allahın sifətləri arasında təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?
«Ədalət» lə «musavat»ın fərqi nədir?
1.Nə üçün Allahın sifətləri arsından təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?
Allahın ədaləti barədə bəhsə başlamazdan qabaq, gərək, bilək ki, Allahın bu qədər
sifətləri arasından nə üçün məhz ədalət sifəti böyük alimlər (şiə alimləri) tərəfindən
üsuliddin daxil edilmişdir.
Allah Alim, Qadir, Adil, Həkim, Rəhman, Rəhim, Əbədi, Xaliq, Raziq (ruzi verən) və s.
dir. Nə üçün təkcə ədalət sifəti üsuliddinə daxil edilmişdir?
Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır.
1)Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu
xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik
mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb,
deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi
versin.
Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də
Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər.
2)Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də
peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır.
3)İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf
yarandı.
Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə
Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur.
Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl
cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o
səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis
iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).
Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni
məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.
Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni,
Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət
etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir.
18
Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında)
«İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə,
həmin söhbət şiələr barəsindədir.
4)Füruddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə
həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə
almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin
icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir.
Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması
məsələsinə ilham verir. Deməli, bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər
həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə
yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz.
2.Ədalət nədir?
Ədalətin iki müxtəlif mənası var.
A)Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir.
Ədalətin bu mənası bütün dünyada, qalaktikamızda, atomlarda, insanın vücudunda,
bitkilər və sair canlılar aləmində hökmranlıq edir.
Bu mənanı peyğəmbərin buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur)
hədisində də görmək olar.
Məsələn, əgər yer kürəsi öz cazibə və dəfetmə qüvvələrini əldən versə öz tarazlığını
itirmiş olar. Yaxud əgər bu iki qüvvədən biri digərindən çox olsa, ya günəş yer kürəsini
özünə tərəf cəzb edərək və nəticədə yer kürəsi yanıb külə dönər, ya da yer kürəsi öz
oxundan çıxaraq məhv olar.
Şair ədalətin bu mənasını şerə çəkərək aşağıdakı məzmunda bir şer demişdir:
Ədalət nədir? Ədalət hər şeyi öz yerinə qoymaqdır.
Zülm nədir? Zülm hər şeyi lazım olmadığı yerə qoymaqdır.
Ədalət nədir? Ədalət ağacları sulamaq deməkdir
Zülm nədir? Zülm tikanları sulamaq deməkdir.
Məlumdur ki, əgər suyu gül kolunun, yaxud meyvə ağaclarının dibinə töksələr, bu,
yerli- yerində həyata keçirilmiş bir iş və ədalət olar. Yox, əgər suyu tikan koluna töksələr, bu,
yerli- yerində həyata keçirilmiş iş və ədalət olmayacaq. Bu da zülm deməkdir.
B)Ədalətin digər mənası «camaatın haqqına riayət»dir. Bunun müqabilində isə, zülm
və başqalarının haqqına riayət etməmək durur.
Ədalətin birinci mənası ikinci mənasından genişdir. (Çünki ikinci məna yalnız
insanlara, birinci məna isə, istər insan, istərsə də qeyri-insan olsun, bütün məxluqata,
aiddir.)
Allah üçün ədalətin hər iki mənası uyğun gəlir. Lakin ən çox ikinci məna nəzərdə
tutulur.
Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını
başqasına verir, nə də insanlar arasında ayrıseçkilik salır. O, hər cəhətdən adildir. Onun
ədalətini gələn dərslərdə sübuta yetirəcəyik.
İstər birinin haqqını tapdalamaq, yaxud birinin haqqını başqasına vermək olsun,
istərsə də insanlar arasında ayrıseçkilik salmaq olsun, Allahın qatında zülmün heç bir
mənası yoxdur. O, heç vaxt yaxşı insanı cəzalandırmaz, pis insanı mükafatla təltif etməz,
birini başqasının yerinə cəzalandırıb, yaxud mükafatlandırmaz, yaşı qurunun oduna
yandırmaz. Hətta, əgər cəmiyyətdə bir nəfərdən başqa hamısı günahkar və pis adam olsa
belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni
səviyyədə tutmayacaqdır.
Əşariə firqəsinin «əgər Allah bütün peyğəmbərləri cəhənəmə və bütün günahkarları
cənnətə aparsa belə, yenə də ədalətə riayət etmişdir» kimi dedikləri ifadə isə əsası olmayan
19
bir sözdür. Sağlam və mövhümatla kirlənmiş ağıla malik insanlar bu ifadənin səhv və əsassız
olduğunu dərhal anlayır.
Dostları ilə paylaş: |