mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Allahın sözləri (yazılıb)
tükənməzdi.» (Loğman, 27).
Fikirləşin və cavab verin
1.Qarışqaların maraqlı və sirli həyatı barəsində başqa maraqlı əhvalatlar bilirsinizmi?
2.Bir atom quruluşunu lövhədə çəkə bilərsinizmi?
X dərsin davamı
Allahın sifətləri
Bilin ki, Allahı tapmaq, yəni Allahın vücudunu dərk etmək dünyadakı məxluqat barədə
mütaliə etmək yolu ilə çox asandır, lakin Allahın sifətlərini tanıyıb bilmək üçün çox diqqət
etmək lazımdır.
Yəqin ki, soruşacaqsınız: «Nə üçün?»
Sualın cavabı çox asandır. Çünki Allahın heç nəyi bizə, bizim gördüklərimiz və
eşitdiklərimizə bənzəmir. Deməli, Allahın sifətlərini tanımağın ilk şərti onun sifətlərini
məxluqatın sifətlərinə bənzətməməkdir. Yəni, onu heç bir təbii məxluqa oxşatmaq düzgün
deyil. Burada iş bir az çətinləşir (və Allahın sifətlərini tanımaq çox diqqət və araşdırma tələb
edir). Çünki biz təbiətin qoynunda böyüyüb başa çatmış və bütün əlaqəmiz təbiətlə
olmuşdur. Həmişə təbiətlə ünsiyyətdə olduğumuz üçün hər şeyi təbiətlə müqayisə etməyə
öyrənmişik. Başqa sözlə desək, bizim gördüyümüz şeylərin hamısı cisim və cismin
xüsusiyyətləri olmuşdur. Yəni, müəyyən bir zaman və məkana malik olan məxluqların
hərəsinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Belə bir halda, belə bir vəziyyətdə nə
cismi, nə məkanı və zamanı olan, eyni zamanda bütün zaman və məkanı əhatə edən və heç
bir cəhətdən məhdudiyyəti olmayan Allahı anlayıb, tanıyıb, onu qəbul etmək çox çətin bir
işdir. Yəni, bu barədə çox diqqət etmək lazımdır.
Qeyd etməliyik ki, biz Allahın əsl zatını, əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik və
heç bunun intizarında da olmamalıyıq. Bu iş ucu-bucağı olmayan böyük bir okeanı kiçik bir
qabda yerləşdirməyə, yaxud ana bətnində olan bir uşağın dünyadakı bütün işlərdən
xəbərdar olmasına bənzəyər. Belə iş mümkündürmü?
Bu barədə kiçik bir azğın əqidə (məsələn Allahın cisim kimi qəbul etmək) ola bilər,
insanı neçə illərlə haqq yolundan uzaqlaşdırıb bütpərəsliyə tərəf yönəldə. (Diqqətli olun).
Qısa sözlə desək, Allahın sifətlərini məxluqatın sifətləri ilə müqayisə etmək düzgün
deyil.
Allahın «Cəmal» və «Cəlal» sifətləri
16
Adətən, Allahın sifətlərini iki qismə bölürlər:
1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).
2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.
Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var?
Sualın cavabı budur ki, Allahın sifətləri bir tərəfdən sonsuzdur, digər tərəfdən isə
bütün sifətləri bir sifətdə cəm olmuşdur. Çünki Allahın bütün sübuti sifətləri aşağıdakı
cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan
bir zat və varlıqdır.»
Kamal və nöqsanların dərəcələri olduğuna görə, yəni kamal və nöqsan sonsuz
olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər
hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə
Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri)
sonu yoxdur.
Dostları ilə paylaş: |