Təbiətşünasların mütaliələri, araşdırmaları nəticəsində məlum olub ki, bitkilər yeri
tanımağın ikinci dövrəsinin ikinci hissəsində əmələ gəliblər. Təəccüblü budur ki, elə həmin
dövrdə həşaratlar da peyda olmuşlar. Bu iki məxluq (həşarat və bitki) bütün həyat boyu bir-
biri ilə səmimi və vəfalı dost olmuş və bir-birinin həyatda qalmasına qalmasına səbəb
olmuşlar.
Bitkilər öz dostlarının məhəbbət və ürəyini ələ almaq ücün özlərində şirə cəmləyirlər.
Həşaratlar erkək bitkinin toxumunu dişi bitkinin üzərinə aparıb səpələdikdə həmin şirəni
yeyirlər. Bu şirə həşaratlara o qədər ləzzət verir ki, özlərindən asılı olmayaraq bitkilərə tərəf
hücum edirlər.
Botaniklərdən bir qismi bu fikirdədirlər ki, gül və bitkilərin rəng və ətri də həşaratları
özlərinə cəlb etməkdə böyük rol oynayır. Bal arıları üzərində aparılmış təcrübələr
nəticəsində məlum olmuşdur ki, onlar rəngləri tanıyır, ətir və iyi bir-birindən seçə bilirlər.
13
Əslində, özlərini həşaratlar üçün bəzəyən və ətirləndirən güllərdir. Bu güllər xüsusən
zövqlü kəpənək və bal arılarını özlərinə cəlb edirlər. Həşaratlar da güllərin bu dəvətini
böyük məmuniyyətlə qəbul edir və tozlanma əməliyyatının başlancığını qoyurlar- güllərin
üzərində olan şirəni yeyirlər. Bu şirə həşaratların ən gözəl yeməyi hesab olunur. Bu şirələr
bir-birinin üstünə yığılaraq bal əmələ gətirir. Çünki həşaratlar (xüsusən bal arısı) bu şirənin
üstünə qonduqda onun az miqdarını yeyir, çox hissəsini isə özləri ilə yuvalarına aparırlar.
Uzun sabiqəyə malik olan və iki tərəfin təlabatını ödəyən bu dosluq bitkilərlə həşaratlar
arasında həmişə olub və olacaq.
Tövhid dərsi
İnsan bitkilərlə həşaratlar arasında olan dosluq barədə mütaliə etdikdə insanın
özündən asılı olmayaraq belə bir sual irəli cıxır: Bitkilərlə həşaratlar arasında bu dosluq
əlaqəsini kim yaratmışdır?
Həşaratları özlərinə tərəf cəlb edən şirə, rəng və ətri güllərdə kim xəlq etmişdir?
Hansı varlıq kəpənəklərə, bal arılarına və digər həşaratlara belə incə qanad, ayaq və
bədən vermişdir?
Hansı varlıq onlara tozlanma əməliyyatında bitkilərə kömək etməyi öyrətmişdir?
Nə üçün bal arıları bir müddət yalnız müəyyən bir gülün üzərinə qonurlar?
Nə üçün həşəratlarla bitkilərin həyat tarixi bir dövrdə başlaiışdır?
Bu işlərin proqramsız həyata keçdiyini kim qəbul edər?
Təbiətin şüursuz qanunları özü-özünə bu cür gözəl mənzərələri yarada bilərmi?
Bu iş əsla ola bilməz.
Quran bu barədə buyurur: «Rəbbin bal arısına belə vəhy (təlqin etdi:) Dalğalarda,
Dostları ilə paylaş: