Щязряти Айятуллащцл-Цзма


də (sizi yaradanın birliyini sübut edən) əlamət və nişanələr vardır.» (Zariyat, 21)



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

də (sizi yaradanın birliyini sübut edən) əlamət və nişanələr vardır.» (Zariyat, 21).

Fikirləşin və cavab verin:

1.İnsanın beyni barədə başqa maraqlı əhvalatlar bilirsinizmi?



11

2.Allah  müxtəlif  hadisələr  nəticəsində  insanın  beyninin  sağlam  qalması  üçün  hansı 

tədbirləri görmüşdür?

VIII dərs

Kiçik bir quşda bir dünya təəccüb

Bu dərsdə artıq insan haqqında söhbəti kənara qoyub aləmin digər varlıqlarında olan 

nizama baş çəkirik.

Zülmət qaranlıqda asimana nəzər salsaq,  uçan bir quş görərik. Bu quş gecə olmasına 

baxmayaraq, bütün qüvvəsi ilə öz yeməyini əldə etmək üçün havada pərvaz edir. Bu quşun 

adı  yarasa,  yaxud  gecə  quşudur.  Bu  quşun  hər  işi  təəccüblüdür.  Amma  gecə  qaranlıqda 

uçması daha təəccüblüdür.

Yarasanın  gecə  zamanı  heç  bir  maneəyə  toxunmadan  sürətlə  uçması  o  qədər 

təəccüblüdür ki, onun haqqında nə qədər mütaliələr olunsa, digər kəşf olunmamış sirləri də 

kəşf olunar.

Bu  quşun  gecə  zamanı  uçması  ilə  göy  səmada  qanad  çalan  və  iti  uçan  göyərçinin 

uçması arasında heç bir fərq yoxdur. Əlbəttə, əgər onun qarşısında olan manelərdən xəbəri 

olmasaydı, yəqin ki, yavaş-yavaş uçardı.

Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən 

uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət 

qalmayan  bir  halda  qırağa  çıxacaqdır.  O,  bu  işlərini  hamısını  ötürücü  siqnal  vasitəsi  ilə 

görür.

Yarasanın ötürücü siqnala malik olduğunu başa düşmək üçün, gərək, ötürücü siqnalın 



nə olduğunu bilək.

Fizikada «tələffüzün səsi» bəhsi «səsin ardınca gedən siqnal və dalğalar» haqqındadır. 

Bu dalğaların uzunluğu o qədər coxdur ki, insan onu eşitməyə qadir deyil. Buna görə də bu 

dalğaları  «səsin  ardı»  adlandırmışlar.  Bu  dalğaları  güclü  bir  ötürücünün  vasitəsi  ilə  irəli 

göndərdikdə irəli yayılırlar. Fəzada bir maneə ilə rastlaşdıqda divara dəyib arxaya qayıdan 

top kimi geri qayıdırlar. Bu, insanın bir dağ, yaxud uca divar qarşısında qışqırığına bənzəyir. 

Dalğaların  qayıtma  zamanını  nəzərə  almaqla  həmin  maneəyə  nə  qədər  məsafə  qaldığını 

bilmək olar.

Bir  çox  təyyarə  və  gəmilər  bu  cür  hərəkət  edirlər.  İstədikləri  yerə  gedirlər.  Düşmən 

təyyarə və gəmisini tapmaq üçün də bundan istifadə edirlər.

Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər yarasanı bir otağa 

salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon 

qoysalar, yarasanın səsindən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 

60-a qədər belə səs eşidiləcək.

Burada  belə  bir  sual  irəli  çıxır:  bu  dalğa  və  siqnal  yarasanın  hansı  üzvü  ilə  səslənir? 

Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici üzvü hansı?

Alimlər  bu  suala  belə  cavab  verirlər:  bu  dalğalar  yarasanın  boğazındakı  güclü  səs 

telləri  vasitəsilə  yaranır  və  burun  dəliklərindən  çıxaraq  irəli  hərəkət  edirlər.  Qulaqlar  da 

geri qayıdan dalğaları qəbul edirlər.

Deməli, yarasanın gecə zamanı uçmasında ən böyük rolu onun qulaqları oynayır.

Rus  alimi  Yurin  aparığı  təcrübələr  nəticəsində  müəyyən  etmişdir  ki,  əgər  yarasanın 

qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin onun gözünü 

çıxarsalar, o, öz hərəkətindən qalmayacaq. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür. Bu 

da çox təəccüblü və maraqlı bir məsələdir.

İndi fikirləşin, görün, bu iki aparatı (ötürücü və qəbuledici aparata) kim yarasanın kiçik 

bədənində xəlq etmişdir? Bu aparatlardan istifadə etməyi kim ona öyrətmişdir? Yarasa bu 

təlimin  sayəsində  gecə  zamanı  yolunun  üstündə  olan  bütün  maneələrdən  qorunmuş  olur. 

Doğrudan, kim bunları ona təlim vermişdir?




12

Əmirəl-möminin  Həzrət  Əli  (ə)  Nəhcül-bəlağədə  yarasanın  xilqət  və  yaranışı  barədə 

söylədiyi  geniş  bir  xütbədə  buyurur:  «Hec  vaxt  gecənin  zülmətinə  görə  öz  hərəkət  və 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin