yolundan qalmır... Hər şeyi qabaqcadan nümunəsi olmadan yaradan Allah pakdır.»
(Nəhcül-bəlağə, 155-ci xütbə.)
Fikirləşin və cavab verin:
1.Yarasanın yaranışı barədə başqa maraqlı məlumat bilirsinizmi?
2.Yarasanın qanadlarının, yumurta qoymasının (doğmasının) və yatmasının başqa
quşlardan fərqli olduğunu bilirsinizmi?
IX dərs
Həşaratlarla güllərin dostluğu
Bahar zamanı hava yavaş-yavaş istiləşdikdə bağlara, yaşıl tarlalara nəzər salsanız,
çoxlu həşərat dəstələri,bal arıları, kəpənəklər, milçəklər və digər həşaratlar görəcəksiniz. Bu
həşaratlar səssiz-sədasız hər tərəfə uçuşurlar. Bu güldən o birisinə , o birisindən bir
başqasına və s. üzərinə qonurlar. Bir budaqdan başqa bir budağa uçurlar.
O qədər çalışırlar ki, elə bil bir başçı onların başının üstünü alıb işləməyə məcbur edir.
Onların sarı rəngli gülə bənzər, toza bulaşmış qanad və ayaqları onları iş paltarı geyib
calışqanlıqla işlə məşğul olan işçilərə bənzədir.
Doğrudan da bu həşaratlar mühüm bir iş ardıncadırlar. Bu, o qədər əhəmiyyətlidir ki,
professor Relion Berten bu barədə deyir: «Həşaratsız bizim meyvə səbətlərimizin boş
qalacağını çox az insan bilir.»
Biz isə onun sözlərinə bunu da əlavə edirik: «Bizim bağ-bağcalarımız bu cür vəziyyətdə
get-gedə öz xürrəm və abadlığını itirəcəkdir.» Deməli, həşaratlar həqiqətdə meyvə və gül
dənələrini yetişdirənlərdir.
Yəqin ki, soruşacaqsınız nə üçün?
Ona görə ki, bitkilərin həyatının ən əsas hissəsi olan tozlanma həşaratların köməyi və
vasitəsi ilə həyata keçir. Yəqin ki, bitkilərin də heyvanlar kimi erkək və dişi olduqlarını
bilirsiniz. Btikilər arasında (erkək bitki ilə dişi bitki arasında) tozlanma əməliyyatı
getməyincə toxum və dən, daha sonra isə meyvə əmələ gəlməyəcəkdir.
İndiyədək bu barədə fikirləşmisinizmi ki, heç bir hissiyat və hərəkətə qadir olmayan
bitkilər necə bir-biri ilə əlaqədə olurlar? Erkək bitkinin toxumları dişi bitkinin toxumları ilə
necə birləşir?
Bu iş cox vaxt həşaratların öhdəsində olur. Bəzən isə küləyin köməyi ilə bu iş həyata
keçir.
Lakin bu iş biz fikirləşdiyimiz kimi sadə deyil. Bu tozlanmanın gözəl və maraqlı bir
tarixi vardır. Onun bir hissəsini aşağıda qeyd edirik.
Dostları ilə paylaş: |