VII dərs
Yaranışda olan nizam-intizamdan nümunələr
Dünyada olan nizam-intizam, hədəf, məqsəd və proqram hamıya aşkardır. İndi isə
bunlardan bir neçə nümunəni sizlərə təqdim edirik.
Bu kitabda dünyadakı nizam-intizam barədə çəkilmiş bir neçə kiçik və böyük nümunəni
oxucuların nəzərinə çatdıracağıq.
Xoşbəxtlikdən, bu gün təbiət elmlərinin inkişafı sayəsində və təbiət incəliklərinin, eləcə
də insanın, heyvanın, bitkilərin, kəhkaşanlar aləminin, hətta, kiçik bir hüceyrənin sirlərinin
kəşf olunması ilə Allahı tanıma qapıları insanların üzünə açılmışdır. Hətta iş o yerə çatmışdır
ki, təbiət elmlərinə dair yazılmış kitabları «tövhid» və «Allahı tanıma kitabları» adlandırmaq
olar. Bu kitablar insanlara Allahın qüdrətinin əzəmət və böyüklüyünü çatdırır. Çünki bu
kitablar dünya varlıqlarının nizamına olan baxışdakı pərdəni aradan götürür. Bu kitablar
dünyanı yaradan Allahın nə qədər alim və qadir olduğunu çatdırır.
Dostları ilə paylaş: |