Dedik ki, atomlardan bəzilərinin çoxlu elektronları vardır. Lakin bu elektronların
hamısı bir xətt üzrə hərəkət etmir. Əksinə, onların hər birininn özünə məxsus müəyyən bir
hərəkət xətti vardır. Milyon illərlə bu elektronlar bir-biri ilə toqquşmadan, sürətlə öz xəttləri
Onların hərəsini öz xəttində yerləşdirmək və nizamla hərəkətə gətirmək sadə işdirmi?
Atomun əzəmətli qüvvəsini bilmək ücün təkcə aşağıdakı məsələni bilmək kifayət edər.
1945-ci ildə Meksikanın quraq səhralarının birində atom bombası təcrübəsi aparıldı.
Çox kiçik bir atom bombasını poladdan hazırlanmış bir binanın üstünə atdılar. Partlayış
nəticəsində bina əriyib suya dönmüş, daha daha sonra isə buxara çevrilmiş, partlayış zamanı
dəhşətli bir alov və səs (partlayış səsi) çıxmışdı. Alimlər oraya gəldikdə qaladan hec bir əsər-
Həmin ildə amerikalılar tərəfindən Yaponiyanın Xirosima (6 avqust 1945) və Naqasaki
(9 avqust 1945) şəhərlərinə kiçik atom bombası atıldı. Xirosimada 30-40 min nəfər ölmüş,
həmin miqdarda insan yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdı. Naqasikidə isə
15
70 min nəfər ölmüş və 70 min nəfər yaralanmışdır. Buna görə də Yaponiya Amerikaya
təslim olmaq (boyun əymək) məcburiyyətində qalmışdır.
Mütərcimdən: Atom bombası, nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili
enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan
aviasiya bombasıdır. İlk atom bombası ikinci dünya müharibəsinin sonunda ABŞ-da
hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında,
lazımi dərinlikdə ) partladıla bilər.
1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın
Xirosima (6 avqust) şəhərlərinə partlayış gücü 20 min «T» trotil partlayışına ekvivalent olan
2 bomba atmışdır. (Yaponiyada olan tələfatın sayında kitabda deyilənlə buradakı miqdarda
fərq vardır). Xirosomada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, 160 minə yaxın adam
yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdır. Naqasikidə isə 73 mindən adam
ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam
ölmüşdür. (Azərbaycan Sovet Ensiklopediyası).
Təkcə bir atom haqqında mütaliə etmək insanın Allahı tanımağına kifayət etməzmi?
Belə nəticəyə gəlmək olar ki, Allahın varlığına dünyada olan atomların sayı qədər sübut
vardır. Qurani Məcid bu barədə buyurur: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə
Dostları ilə paylaş: