Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3.Quran və Allahın ədaləti

Diqqəti  cəlb  edən  məsələ  budur  ki,  Quranda  da  Allahın  ədaləti  barədə  çoxlu  ayələr 

gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.

Bir  ayə  belə  buyurur:  «Doğrudan  da,  Allah  insanlara  zərrəcə  zülm  etməz,  lakin 



insanlar özləri özlərinə zülm edərlər.» (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: «Doğrudan 

da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz (Nisa,40). Qiyamətdə sorğu-sualın da 

ədalətlə keçirələcəyi barədə deyilir: «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç 

kəsə əsla haqsızlıq və zülm edilməz» (Ənbiya, 47). (Xatırladaq ki, sonuncu ayədə deyilən 

tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi 

tərəzi deyildir.)

4.Ədalətə dəvət

Bundan  öncə  dedik  ki,  insan  gərək,  Allahın  sifətlərini  özünə  nümunə  və  örnək  etsin. 

Bununla da Allahın sifətləri cəmiyyətdə icra olunsun. Buna əsasən, Quran Allahın ədalətinə 

işarə  etdiyi  qədər  cəmiyyətdə  və  insanların  hər  bir  fərdi  tərəfindən  də  ədalətin  icra 

olunmasına  böyük  əhəmiyyət  verir.  Quran  bir  çox  ayədə  insanların  və  keçmiş  nəsillərin 

azğınlığının  əsas  səbəbini  zülm  olaraq  göstərmişdir  və  onları  ən  acınacaqlı  əzaba  düçar 

olmuş insanlar hesab etmişdir.

Qurani-Kərim  keçmiş  nəsillərin  başına  gələnləri  bəyan  etməklə  zülm  və  fəsadın 

nəticəsində keçmiş nəsilləri Allah əzabına düçar olduğunu deyir və insanları xəbərdar edir-

qorxun ki, siz də zülmün nəticəsində belə bir əzaba düçar olasınız.

Quran  açıq-aşkar  və  ümumi  bir  qayda-qanun  kimi  buyurur:  «Həqiqətən,  Allah 

(Quranda  insanlara)  ədalətli  olmağı,  yaxşılıq  etməyi,  qohumlara  haqqını  verməyi 

(kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) tövsiyə,  zina etməyi, pis 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin