«Səqələyn» hədisinin əhatə dairəsi
Burada bir neçə məsələ diqqəti cəlb edir:
1)Quran və Əhli-beytin iki xəlifə və yaxud iki bahalı şey adlandırılmasından məlum
olur ki, müsəlmanlar heç vaxt bu iki şeydən əl çəkməməlidirlər. Xüsusən, bəzi rəvayətlərdə
gəlmiş «bu iki şeydən əl çəkməsəniz, heç vaxt yolunuzdan azmazsınız» kimi ifadələr bu
həqiqəti bir az da qabardır.
2)Quranın Əhli-beytlə və Əhli-beytin də Quranla birgə deyilməsi isbat edir ki, Quran
səhvdən uzaq olub məsum olduğu kimi, Əhli-beyt də səhvsiz və məsumdur.
3)Bəzi rəvayətlərdə peyğəmbərin camaata «mən qiyamət günü bu iki şey haqqında
sizdən sual edəcəyəm, görüm, onlarla necə rəftar etmisiniz» dediyi söylənilir.
4)Əhli-beyti necə təfsir ediriksə, edək, Əli(ə) onun ən aşkar bir nümunəsi olacaq. Bəzi
rəvayətlərə görə o heç vaxt Qurandan, Quran da ondan ayrılmadı.
Bundan əlavə, bir çox rəvayətlərdə gəlmişdir ki, peyğəmbər «Mübahilə»
1
ayəsi nazil
olduqda Əli, Fatimə, Həsən və Hüseyni yanına alıb «bunlar mənim Əhli-beytimdir» deyə
buyurmuşdur.
5)Qiyamətin bir çox məsələlərinin bu dünyada bizlər üçün məlum olmasına
baxmayaraq, bir çox hədislərdən məlumdur ki, Cənnətdə olan Kövsər bulağı doğru
möminlərlə, Peyğəmbər və Əhli-beytə məxsusdur.
Dediklərimizdən məlum olur ki, müsəlmanların Peyğəmbərdən sonrakı rəhbəri Əli(ə),
ondan sonra isə Əhli-Beytdən olan digər on bir imamdır.
Dostları ilə paylaş: |