Fikirləşin və cavab verin
1-«Mənzilət» hədisi hansıdır? Peyğəmbər(s) bu hədisi neçə dəfə söyləmişdir?
2-«Mənzilət» hədisinin əhatə dairəsi hansı məqamları Əli(ə) üçün isbat edir?
3-Quran ayələrinə əsasən Harun Musaya nisbətdə hansı mövqeləri tuturdu?
4-«Mənzilət» hədisini hansı alimlər rəvayət etmişlər?
5-«Yəumud-dar» hədisini, onun əhatə dairəsini, sənədini və ondan alınan nəticəni izah
edin.
VIII dərs.
«Səqələyn» və «Nuhun gəmisi» hədisləri
«Səqələyn» hədisinin sənədi
Şiə və sünni alimlərinin məşhur hesab etdikləri hədislərdən biri də «Səqələyn» (iki
böyük əmanət) hədisidir. Bu hədisi səhabələrin bir dəstəsi bilavasitə peyğəmbərin özündən
rəvayət etmişdir. Bəzi alimlərin dediyinə görə, bu hədisi otuz nəfər ravi nəql etmişdir. Bir
çox təfsirçi, tarixçi və hədis yazanlar bu hədisi öz kitablarında qeyd etmişlər. Buna görə də,
bu hədisin məşhurluğuna heç kimin şübhəsi yoxdur. Böyük alim Seyyid Haşim Bəhrani
«Qayətül-məram» kitabında bu hədisi otuz doqquz sünni və səksən şiə alimindən
söyləmişdir. Başqa bir alim Mir Hamid Hüseyn Hindi isə bir az da çox təhqiqat aparmış və bu
hədisi iki yüz sünni alimindən rəvayət etmişdir. O, bu hədis barədə təhqiqatı altı cildli
kitabda toplamışdır. Bu hədisi söyləmiş məşhur şəxsiyyət və səhabələrdən Əbu Səid Xidri,
Əbuzər Qəffari, Zeyd ibn Ərqəm, Zeyd ibn Sabit, Əbu Rafi, Cübeyr ibn Mütim, Xüdeyfə, Zümrə
Əsləmi, Cabir ibn Abdullah Ənsari və Ümmü Sələmə (Peyğəmbərin həyat yoldaşlarından
biri) kimilərini nümunə göstərmək olar.
Əbuzər Qəffarinin dediyinə əsasən, hədis belədir: Əbuzər Kəbənin qapısından yapışıb
üzünü camaata tutaraq xitab etdi: Mən Peyğəmbərin bu cür dediyini eşitdim: «Mən sizin
aranızda iki böyük əmanət və yadigarımı qoyub gedirəm. Biri Quran, digəri isə Əhli-
beytimdir. Bu iki şey Cənnətdə Kövsər bulağının başında mənə qovuşmayınca bir-
Dostları ilə paylaş: |