Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə134/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1-On iki imam barədə hədislər hansı kitablarda gəlmişdir?

2-Bu hədislərin əhatə dairəsi nədir?

3-Bu hədisləri hansı mənalarda təfsir etmişlər?

4-Sünni kitablarında yazılmış hədislərdə on iki imamın adı çəkilibmi?

5-On iki imamın imamətini isbat etmək üçün hansı yollar var?



X dərs

On ikinci imam və dünyanın böyük islahedicisi Həzrət Mehdi(ə.c)

Zülmət gecənin sonu

Dünyanın  hal-hazırki  vəziyyətini  nəzərə  aldıqda,  cinayətləri,  ölümləri,  müharibələri, 

nahaq  axıdılan  qanları,  beynəlxalq  ixtilafları,  əxlaqi  fəsadları  müşahidə  etdikdə  insan  bu 

vəziyyətin  nə  vaxtadək  davam  edəcəyini  düşünür.  Bu  cinayətlərin  qarşısı  alınmayacaqmı? 

Əxlaqi  fəsadlar  üfunətli  bataqlıq  kimi  daima  insanları  özünəmi  çəkəcək?  Yoxsa,  nicat  və 

İslam üçün bir ümid yeri var? Bu mühüm sualın qarşısında iki cavab durur. Birinci cavabı 

materialistlər verib deyirlər: «Dünyanın gələcəyi zülmətə doğru gedir. Hər bir an gözlənilən 

təhlükələr yarana bilər».

Lakin  səmavi  şəriətlərə  inanan  şəxslər,  xüsusən  müsəlmanlar,  xüsusən  də  şiələr  bu 

suala  başqa  cür  cavab  verirlər.  Onlar  deyirlər  ki,  bu  zülmət  gecənin  bir  sonu  var.  Vaxt 

gələcək bu ölüm buludları başımızın üstündən çəkilib gedəcək, parlaq günəş bütün səmanı 

əhatə edəcək. Bu çətinliklər həmişə bizimlə olmayacaq.   Yaxında nicat sahili gözə görünür. 

Aləm böyük bir islahedici intizarındadır. O, gələrək yer üzünü ədalətlə dolduracaq.

Bütün məzhəblərə xidmət edən adamlar bu islahedicini bir adla tanıyırlar.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin