Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə136/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Əqli dəlillər

A).Dünyada  olan  nizam-intizam  bizlərə  öyrədir  ki,  nəhayət,  bəşər  ədalətə  və  ədalətli 

bir rəhbərə tabe olmalıdır. Bu dünya, bildiyimiz kimi, nizam-intizamdan ibarət bir topludur. 

Bu  dünyadakı  qayda-qanun,  nizam-intizam,  onun  bir  olduğuna  və  rabitəsinə  sübutdur. 

Nizam, qanun, proqram, hesab və bu kimi işlər dünyanın əsas məsələlərindən biridir. Böyük 

kəhkəşanlardan tutmuş, iynə ucu boyda olan yerdə milyonlarla sığışa bilən atoma qədər hər 

şey  bu  nizam-intizama  tabedir.  İnsanın  bədən  üzvlərinin  hər  biri,  kiçik  bakteriyalardan 

tutmuş,  bədənin  əsas  üzvlərindən  olan  beyin  və  qəlbi  hərəkətə  gətirən  damarlara  qədər 

hamısı  proqram  və  nizam  üzrə  işləyirlər.  Bəzi  alimlərin  dediyinə  görə,  insanın  bədən 

üzvlərinin hər biri çox düzgün işləyən saat kimi bədəndə hərəkətdədirlər. Ən diqqətli və son 

markalı  kompyüterləri  də  bədən  üzvlərinə  tay  etmək  olmaz.  Bu  cür  proqram,  nizam-

intizama  malik  olan  dünyada  nizam-intizamsız  yaşamaq  olarmı?  Ədalətsizliyin  əsas 

amillərindən bir olan ictimai və əxlaqi fəsadlar daima bəşəriyyətə hakim ola bilərmi?

Belə  nəticəyə  gəlirik  ki,  bu  dünyanın  nizam-intizamını  müşahidə  etmək  bizləri 

nəhayətdə  ədalətə,  nizam-intizama,  qayda-qanuna  tabe  olmağa  gətirib  çıxaracaq.  Bununla 

da  insanlar əsl yollarını tapacaqlar. 

B)Cəmiyyətin təkamülə irəliləməsi, bəşəriyyətin gələcəyinin parlaq olmasına daha bir 

sübutdur. Biz bəşərin özünü tanıdıqdan sonra bir an belə olduğu mərhələdə qalmadığını və 

daim irəliləməyə cəhd göstərdiyini inkar edə bilmərik.

Madiyyat  nöqteyi-nəzərindən,  (ev,  geyim,  yemək,  nəqliyyat)  insan  daim  irəliləmək 

istəyindədir.  Əvvəl  sadə  bir  evdə  yaşayırdı,  bir  müddət  keçdikdən  sonra  gözəl  bir  evdə 

yaşayır. Yenə də irəliləməyə can atır. Bu hərəkət beləcə də davam edir. Elm və mədəniyyət 

cəhətdən  də  təkamülə  doğru  irəliləyirik.  Yeni  kəşflər,  icadlar  buna  açıq-aşkar  sübutdur. 

Nəhayət,  təkamül  mənəvi  və  əxlaqi  cəhətlərdə  də  öz  işini  görür.  Bəşəriyyəti  ədalətli  bir 

qanuna,  sülhə,  əxlaqi  və  mənəvi  dəyərlərə  dəvət  edir.  Əgər  əxlaqi  fəsadların  çoxaldığını 

müşahidə  ediriksə,  bunun  özü  də  təkamülə  tərəf  irəliləyişə  səbəb  olur.  (Əxlaqi  fəsadların 

çoxaldığını  gördükdə  məcbur  olub  bəzi  işlərin  qarşısını  alırıq.)  Bu,  əxlaqi  pozğunluqları 

çoxaltmaq lazım olduğu anlamına gəlməz. Bu o deməkdir ki, əxlaqi pozğunluqlar çoxalarsa, 

insan  onun  qarşısını  almağa  məcbur  olur.  İnsanlar  bu  pozğunluqlar  nəticəsində  çıxılmaz 

vəziyyətə düşdükdə məcbur olub öz işlərindən əl çəkməli olacaqlar. Bunun özü də bir növ 

təkamüldür.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin