Peyğəmbərin sünnilərin hədis kitablarında gəlmiş hədisində oxuyuruq: «Kim ölən
zaman imamı olmadan dünyadan getsə, onun ölümü cahiliyyət dövrünün ölümü kimidir.»
Bu hədis şiə kitablarında kiçik bir fərqlə qeyd olunmuşdur: «Kim ölən zaman öz imamını
Bu hədisdən belə nəticə çıxır ki, yer üzündə hər zaman məsum bir imam vardır. Bütün
insanlar onu tanımalıdırlar. Onu tanımamaq insanı küfrlə İslam arasında təhlükəyə salır.
71
İmam deyərkən hökumət başında olan şəxslərmi nəzərdə tutulur? Şübhəsiz ki, bu suala
mənfi cavab veriləcək. Çünki onlar məsum şəxslər deyillər. Onda, bu imam məsum bi şəxsdir
və mütləq onu axtarıb tapmaq lazımdır (Ona əqidə bağlamaq lazımdır). Onun rəhbərliyini
qəbul etmək bütün müsəlmanların vəzifəsidir.
İmamların hər birinin imamətini sübut etmək üçün yuxarıdakı hədisdən başqa bir yol
da vardır. O da budur ki, bir imam özündən sonrakı imamı tanıtdırır.
Möcüzə yolu ilə də onların imaməti sübut olunur.
Dostları ilə paylaş: