Щязряти Айятуллащцл-Цзма


İmamların adları ilə təyin olunması



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə132/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

İmamların adları ilə təyin olunması

Diqqəti  cəlb  edən  budur  ki,  sünni  kitablarında  Peyğəmbərdən  söylənilmiş  bəzi 

hədislərdə on iki imamın adı və atasının adı açıq-aşkar çəkilmişdir.

Sünnilərin görkəmli alimlərindən olan Şeyx Süleyman Qunduzi «Yənabiul- məvəddət» 

kitabında  yazır:  «Nəsəl  adlı  yəhudi  bir  kişi  peyğəmbərin  hüzuruna  gəlib  ona  bir  neçə  sual 

verdi.  Sualların  əsnasında  Peyğəmbərin  özündən  sonrakı  xəlifələr  barədə  sual  etdikdə, 

Peyğəmbər  ona  belə  cavab  verdi:  «İnnə  vəsiyyi  Əliyyubnu  Əbi  Talib  və  bədəhu  sibyətil 

Həsəni vəl Husəyn təluhu tisətu əimmətin min sülbil Husəyn.»

«Qalə ya Muhəmməd fəsəmmihim li.»

«Qalə iza məzəl Husəyn fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Cəfər, 

fəiza  məza  Cəfərun  fəbnuhu  Musa,  fəiza  məza  Musa  fəbnuhu  Əliyy,  fəiza  məza  Əliyyun 

fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Əliyy, fəiza məza Əliyyun fəbnuhul 

Həsən,  fəiza  məzəl  Həsənu  fəbnuhul  Huccətu  Muhəmmədunil  Məhdiyyi(s)  fəhaulai  isna 

əşər.»  «Mənim  canişinim  Əli(ə),  ondan  sonra  iki  oğlum  Həsən  və  Hüseyn  və  Hüseyndən 

sonra onun nəslindən olan digər doqquz övladım olacaqdır.»

Yəhudi kişi peyğəmbərdən onların adlarını çəkməsini istədi.

Peyğəmbər  buyurdu:  «Hüseyn  dünyadan  getdikdən  sonra  oğlu  Əli  (Zeynül  Abidin),  o 

dünyadan getdikdən sonra oğlu Məhəmməd (Baqir), o dünyadan getdikdən sonra oğlu Cəfər 

(Sadiq), o dünyadan getdikdən sonra oğlu Musa(Kazim), o dünyadan getdikdən sonra oğlu 

Əli(Rza),  ondan  sonra  onun  oğlu  Mühəmməd(Təqi),  ondan  sonra  onun  oğlu  Əli  (Nəqi), 

ondan sonra onun oğlu Həsən(Əsgəri), ondan sonra onun oğlu Hüccət Məhəmməd əl-Mehdi 

canişin olacaqdır. Bunlar on iki imamdır.» (Yənabiul- məvəddət. S, 441) 

Yenə  də  həmin  kitabda  on  iki  imamın  adları,  ləqəbləri  verilmiş  və  Həzrət  Mehdinin 

qeyb  olmasından  sonra  zühur  edib  yer  üzündə  ədaləti  bərpa  edəcəyindən  xəbər  vermiş 

hədis qeyd olunmuşdur.

Bu  barədə  şiə  kitablarında  da  çoxlu  hədislər  gəlmişdir.  Onları  burada  qeyd  etməyə 

ehtiyac duyulmur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin