ölümə münasibəti südəmər uşağın anasının döşünə olan münasibətindən də artıqdır.»
İslam tarixində bəzi insanların ölümə olan münasibətini gördükdə insan heyrətə gəlir.
İmam Hüseyn(ə) və Kərbəlanın digər şəhidlərinin üzlərində şəhadət zamanı yaxınlaşdıqda
sevinc, təbəssüm nişanələrinin görünməsi heç də təsadüfi deyil. Məhbubun görüşünə
gedəcəklərindən, onların sevinclərinin həddi-hududu yox idi.
Yenə də təsadüfi deyil ki, dünyanın ən böyük cinayətkarı, insaniyyət aynasını ləkələyən
Əbdürrəhman ibn Mülcəm Həzrət Əlinin başına qılınc endirərkən o Həzrət fəryad edərək
deyir: «And olsun Kəbənin Rəbbinə ki, mən səadətə qovuşdum.» Bu insanın özünü
təhlükəyə salmalı olduğu və böyük nemət olan həyatda yüksək nailiyyətlər əldə etmək üçün
çalışmalı olmadığı mənasına gəlməz. Bu sözün mənası budur ki, insan həyatından düzgün
istifadə etməlidir. Ömür sona yaxınlaşdıqda -xüsusən, ali məqsədlər uğrunda- qorxuya
düşməməlidir. Xüsusən, yüksək hədəflər yolunda.
3
Nameyi- əməl əməllərin qeyd olunduğu kitaba deyilir. Bu kitab qiyamət günü insanın özünə təqdim
olunacaq.
|