Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə146/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Nə üçün insanlar ölümdən qorxurlar? Bunun səbəbi nədir?

2.Nəyə görə bəzi insanlar ölüm qarşısında xoşhal olur və Allah yolunda şəhid olmağa 

can atırlar?

3.Ölüm  anını  nəyə  bənzətmək  olar?  Ölüm  zamanı  imanlı  və  imansız  şəxslər  hansı 

hissləri keçirirlər?

4.Ölümdən qorxmayan şəxslər görmüsünüzmü? Onlardan hansı xatirə  yadınızdadır?

5.Ölüm qarşısında Əli(ə)-ın məntiqi nə olmuşdur?



II dərs

Həyata məna verən məaddır

Əgər  bu  dünya  həyatını  başqa  bir  dünya  olmadan  təsəvvür  etsək,  bu  həyat  puç  və 

mənasız  olar.  Bu,  ana  bətnindəki  dövranı  bu  dünyasız  təsəvvür  etməyə  bənzəyər.  Əgər 

aylarla  ana  bətnində  əsir  olan  körpənin  düşüncəsi  olsa,  orada  keçirdiyi  günlər  barədə 

fikirləşib təəccüb edər və özündən bu sualları soruşar: Mən bu qaranlıq zindanda nə üçün 

əsirəm?


Nəyə  görə  qan  və  su  arasında  əl-qol  atmalıyam?  Mənim  sonum  necə  olacaq?  Mən 

haradan  və  nəyə  görə  gəlmişəm?  Ancaq  ona  desələr  ki,  bu  sənin  keçirdiyin  başlanğıc  və 

hazırlıq  dövrüdür,  sənin  bədən  üzvlərinin  burada  möhkəmlənəcək,  böyük  bir  dünyaya 

qədəm  qoymağa  hazırlaşacaqsan,  doqquz  aydan  sonra  sənin  bu  zindandan  azad  olma 

qərarın  çıxacaq,  artıq  geniş  bir  dünyaya  daxil  olacaqsan,  orada  parlaq  günəş,  ay,  yaşıl 

ağaclar,  axar  sular,  və  s.  görəcəksən,  onda  körpə  rahat  bir  nəfəs  alıb  «indi  bildim  ki,  mən 

nəyə  görə  buradayam»  deyəcək.  Bu,  bir  müqəddimə  dövrüdür.  Ali  məktəbə  qəbul  olmaq 

üçün oxunan sinifdir. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə, hər şey puç 

olar. Ana bətni yalnız bir zindan olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.

70 il, bir az çox ya az bu dünyada çətinliklərlə mübarizə aparmağın nə mənası var? Bir 

müddət təcrübəsiz və naşı oluruq. Yenicə təcrübə toplamış oluruq ki, ömr sona yetir. İllərlə 

elm  ardınca  gedir,  təhsil  ocaqlarında  can  qoyuruq.  Bir  az  məlumat  topladıqdan  sonra 

saçımıza dən düşür.

Ümumiyyətlə,  nəyə  görə  yaşayırıq?  Yemək,  paltar  geymək,  yatmaq  və  bu  proqramı 

illərlə  təkrar  etməkdən  ötrümü  yaşayırıq?  Bu  geniş  asiman,  geniş  yer,  bu  qədər  hazırlıq, 

təhsil  almaq,  təcrübə  toplamaq-  hamısı  yeyib,  geyib,  yatmaq  üçündürmü?  Bu  suallarla 

üzləşdikdə məadı inkar edənlər üçün həyatın puçluğu aşkar olur. Onlar nə ölümdən sonrakı 

həyata  inanırlar,  nə  də  bu  kiçik  işləri  yaşamağın  mənasını  bilirlər.  Məhz  bu  səbəbdən, 

onlardan bəziləri puç və mənasız həyatdan yaxa qurtarmaq üçün intihara əl atırlar. Ancaq 

bu  dünyanı  başqa  bir  dünya  üçün  hazırlıq  kimi  qəbul  etsək,  buranı  əkin  yeri,  axirəti  isə 

məhsul  götürülən  yer  kimi  tanısaq,  onda  bu  dünya  heç  də  puç  və  mənasız  olmayacaq.  Bu 

dünya özümüzə təcrübə toplamalı və əbədi bir dünyada yaşamağa hazırlaşmalı olduğumuz 

bir məktəbdir. Həyata məna verən, insana nigarançılıqlardan nicat verən məaddır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin