Fikirləşin və cavab verin
1.Nə üçün insanlar ölümdən qorxurlar? Bunun səbəbi nədir?
2.Nəyə görə bəzi insanlar ölüm qarşısında xoşhal olur və Allah yolunda şəhid olmağa
can atırlar?
3.Ölüm anını nəyə bənzətmək olar? Ölüm zamanı imanlı və imansız şəxslər hansı
hissləri keçirirlər?
4.Ölümdən qorxmayan şəxslər görmüsünüzmü? Onlardan hansı xatirə yadınızdadır?
5.Ölüm qarşısında Əli(ə)-ın məntiqi nə olmuşdur?
II dərs
Həyata məna verən məaddır
Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, bu həyat puç və
mənasız olar. Bu, ana bətnindəki dövranı bu dünyasız təsəvvür etməyə bənzəyər. Əgər
aylarla ana bətnində əsir olan körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə
fikirləşib təəccüb edər və özündən bu sualları soruşar: Mən bu qaranlıq zindanda nə üçün
əsirəm?
Nəyə görə qan və su arasında əl-qol atmalıyam? Mənim sonum necə olacaq? Mən
haradan və nəyə görə gəlmişəm? Ancaq ona desələr ki, bu sənin keçirdiyin başlanğıc və
hazırlıq dövrüdür, sənin bədən üzvlərinin burada möhkəmlənəcək, böyük bir dünyaya
qədəm qoymağa hazırlaşacaqsan, doqquz aydan sonra sənin bu zindandan azad olma
qərarın çıxacaq, artıq geniş bir dünyaya daxil olacaqsan, orada parlaq günəş, ay, yaşıl
ağaclar, axar sular, və s. görəcəksən, onda körpə rahat bir nəfəs alıb «indi bildim ki, mən
nəyə görə buradayam» deyəcək. Bu, bir müqəddimə dövrüdür. Ali məktəbə qəbul olmaq
üçün oxunan sinifdir. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə, hər şey puç
olar. Ana bətni yalnız bir zindan olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.
70 il, bir az çox ya az bu dünyada çətinliklərlə mübarizə aparmağın nə mənası var? Bir
müddət təcrübəsiz və naşı oluruq. Yenicə təcrübə toplamış oluruq ki, ömr sona yetir. İllərlə
elm ardınca gedir, təhsil ocaqlarında can qoyuruq. Bir az məlumat topladıqdan sonra
saçımıza dən düşür.
Ümumiyyətlə, nəyə görə yaşayırıq? Yemək, paltar geymək, yatmaq və bu proqramı
illərlə təkrar etməkdən ötrümü yaşayırıq? Bu geniş asiman, geniş yer, bu qədər hazırlıq,
təhsil almaq, təcrübə toplamaq- hamısı yeyib, geyib, yatmaq üçündürmü? Bu suallarla
üzləşdikdə məadı inkar edənlər üçün həyatın puçluğu aşkar olur. Onlar nə ölümdən sonrakı
həyata inanırlar, nə də bu kiçik işləri yaşamağın mənasını bilirlər. Məhz bu səbəbdən,
onlardan bəziləri puç və mənasız həyatdan yaxa qurtarmaq üçün intihara əl atırlar. Ancaq
bu dünyanı başqa bir dünya üçün hazırlıq kimi qəbul etsək, buranı əkin yeri, axirəti isə
məhsul götürülən yer kimi tanısaq, onda bu dünya heç də puç və mənasız olmayacaq. Bu
dünya özümüzə təcrübə toplamalı və əbədi bir dünyada yaşamağa hazırlaşmalı olduğumuz
bir məktəbdir. Həyata məna verən, insana nigarançılıqlardan nicat verən məaddır.
Dostları ilə paylaş: |